Məhkəmə qərarları › İş №2(005)-2668/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2668/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2668/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5600 manat pulun və 2400 manat pulun və üzərinə hesablanmış 130 manat faizi, cəmi 8130 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddət birgə sahibkarlıq fəlaiyyəti ilə məşğul olmuşdur. Belə ki, cavabdeh tapşırıq müqavilələri üzrə nümayəndə kimi məhkəmələrdə iştirak edərək vətəndaşlara hüquqi xidmətlər göstərməklə məşğul olmuş və cavabdehin köməkçisi işləmişdir. 2017-ci ilin aprel aylarında cavabdeh fəaliyyətini genişləndirmək istədiyini və bunun üçün pul lazım olduğunu bildirərək ondan borca pul istəmişdir. İddiaçı ona borca 5600 (beş min) manat pul vermişdir. Cavabdeh həmin pulları öz məqsədləri üçün istifadə etmiş, lakin borcu bu günə kimi qaytarmamışdır. 2019-cu ildə cavabdeh bildirmişdir ki, nümayənədlik institutu ləğv edilir, məhkəmə işlərinə çıxa bilməyəcəkdir, işlərini dayandırmaq təhlükəsi ilə üzləşib, fəaliyyətini davam etdirmək üçün Vəkillər Kollegiyasına üzv keçməlidir, lakin bunun üçün 10.000 manat pul tələb olunur. Cavabdeh xahiş etmişdir ki, aralarında olan isti dostluq münasibətləri naminə ona dəstək olsun, kömək göstərsin, yenidən borca pul verib, bütün borclarını bir ay müddətində birdəfəlik qaytaracaqdır. İddiaçı cavabdehə inanaraq ürək yumuşaqlığı nümayiş etdirərək ona 2400 (iki min dörd yüz) manat borca pul vermiş, lakin bu dəfə cavabdehdən şəxsi dəst-xətti yazılmış, xidməti vəsiqəsi əlavə edilmş qəbz (iltizam) almışdır. Həmin qəbz xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş və onun icra müddəti bir ay olmaqla xx xxxxxx 2019-cu il tarixdə tamamlanmışdır. Lakin, cavabdeh verdiyi vədlərə əməl etməmiş, iddiaçının borclarını qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin əslindən göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə 2400 (iki min dörd yüz) manat məbləğində pulu borc aldığını və həmin pulu 1 (bir) ay müddətində qaytaracağını etiraf etmişdir. İş materiallarında olan ərizənin məzmununda Cavabdeh 2400 manat məbləğində borcunun olduğunu və lakin maddi imkanının olmaması səbəbindən qaytara bilmədiyini qeyd etmişdir. Belə ki, iş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə Qazax rayonu Salahlı kəndində anadan olmuş və ünvan 1 B, mənzil.37 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdyi 5600 manat məbləğində borcun olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 2400 (iki min dörd yüz) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğin cavabdehdən tutulması məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu barədə tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar