Məhkəmə qərarları › İş №2(005)-2671/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2671/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2671/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 15.10.2016-cı il tarixli müqavilə, eləcə də onunla Cavabdeh1 MMC arasında şifahi formada bağlanmış müqavilə şərtlərinə əməl edilməklə ona Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,45 ha torpaq sahəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin, 2020-ci ilin may ayından günü bugünədək hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat pul cavabdehlərdən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh2 MMCnin üzərinə qoyulması, həmçinin cavabdehlərin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması hesab edilməklə, cavabdehlərdən onun xeyrinə 10 000 (on min) mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında - İddiaçı 1 otaq (15,0 kv.m), dəhliz, 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı); X5 - 1 otaq; X3 - 1 otaq (15,0 kv.m), dəhliz 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı) məxsus olmaqla, Daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 oktyabr 2016-cı il tarixdə onunla Cavabdeh1 MMC arasında T42 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin prcdmeti ondan ibarət olmuşdur ki, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçini mülkiyyətinə verməyi öhdəsinə götürür. Eləcə də, həmin müqaviləni İİ bəndinin 2.1.2-ci hissəsinə əsasən “Mülkiyyətçi”nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququ vardır. Bundan əlavə, həmin müqavilənin İİ bəndinin 2.2.4-cü hissəsinə əsasən Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi olaraq müəyyən edilmişdir. İlk olaraq, iddiaçı mülkiyyətində olan mənzilə dair müqaviləni Cavabdeh1 MMC ilə bağlamış olsa da, hazırda Bakı şəhər Nərimanov Rayon İHB-nın 01.05.2017-ci il tarixli, 181 saylı Sərancamını əldə etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 MMC 27.04.2017-ci il tarixli, 03 nömrəli məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli Sərancamım dəyişdirilərək “RNQ GROUP" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu Sərancamda “Araz-2011 A" MMC-yə rayonun Qarabağ və Tələt Şıxəliyev- küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşaysakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərancamın “RNQ GROUP" MMC-nın adına sənədləşdirilməsi üçün “Araz-2011 A" MMC-nin 25.04.2017-ci il tarixli, 78 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. X9 RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli Sərancamı qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Qarabağ və Tələt Şıxəliyev - küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0.45 ha torpaq sahəsi “RNQ GROUP" MMC-nin daimi istifadəsinə verilmişdir. Göründüyü kimi, Nərimanov rayonunun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması Nərimanov RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli Sərancamına əsasən "xxxx" MMC-yə həvalə edilmişdir. Buna uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanında yerləşən 8 saylı mənzilin mülkiyyətçisi olaraq onunla “Araz-2011 A" MMC arasında 15.10.2016-cı il tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə MMC mülkiyyət hüququ əsasında ona məxsus olmuş 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürməklə yanaşı, MMC ilə aralarında olan şifahi razılaşmaya əsasən MMC ona əlavə olaraq 20 kv.m artıq olmaqla təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, hazırda onlara məxsus həmin binanın yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması Bakı Şəhər Nərimanov Rayon İHB-nın 01.05.2017-cı ıl tarixli, 181 saylı Sərancamına əsasən Cavabdeh2 MMC-yə həvalə edildikdən sonra, hazırda “RNQ GROUP" MMC-yə müraciət edərək, onunla “Araz-2011A" MMC arasında bağlanmış 15.10.2016-cı il tarixli müqavilənin şərtlərinə əməl edilməsi tələb olunsa da, “RNQ GROUP" MMC-nin rəhbərləri iddiaçıya yalnız 15 oktyabr 2016-cı il tarixli müqavilədə müəyyən edilmiş, yəni 1 otaqdan ibarət 38 kv.m, özüdə təmirsiz vəziyyət olan mənzillə təmin edəcəklərini bildirirlər. O, isə buna etiraz edərək və “Araz-2011A" MMC-nin rəhbərləri ilə aralarında həm yazılı, eləcə də şifahi formada olan razılaşmanın yerinə yetirilməsini tələb etsə də, “RNQ GROUP" MMCnin rəhbərləri, onunla “Araz-2011 A" MMC arasında bağlanmış həm yazılı müqavilənin, eləcə də şifahi razılaşmaların onlara heç bır aidiyyətlərinin olmadığını bildirmişlər. Halbuki, həmin ərazidə tikilmiş bina sakinləri ilə də eyni formada müqavilə bağlanmış olsa da, müqavilədə nəzərdə tutulduğundan artıq, yəni müqavilədə nəzərdə tutulduğundan əlavə olaraq 20 kv.m mənzil təhvil verilmələrinə dair şifahi razılığı yerinə yetirmişlər. Bundan əlavə müqavilə şərtlərinə uyğun olaraq mənzil onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququları vardır. Lakin cavabdehlər müqavilənin bu şərtlərini də pozaraq 2020-ci ilin may ayından günü bugünədək həmin 300 manat kirayə pulunu ona verməkdən imtina etmişlər. Odur ki, 2020-ci ilin may ayından günü bügunə kimi hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat cavabdehlərdən alınıb ona ödənilməlidir. Bundan başqa, qanunsuzluq və özbaşınalıq edən Cavabdeh2 MMC tərəfindən onlara dəfələrlə psixoloji təzyiqlər olmuş, nəticədə ağır iztirab və sarsıntı keçirməyi ilə nəticələnmişdir. Bütün bunların nəticəsində mənəvi zərərə, təzyiqlərə, sarsıntılara məruz qalmışdır, bununla da, iddiaçıya 10.000 (on min) manat məbləğində mənəvi ziyan dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)-2671/2021 nömrəli qiyabi qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmişdir. Cavabdeh2 MMC 11.10.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)-2671/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(005)-2671/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bak Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)-2671/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X8 verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Bildirir ki, iddiaçıya mənzilin təhvil verilməsi ilə bağlı təklif olunmuş, lakin o imtina etmişdir, digər tərəfdən, kirayə pulunun ödənilməsi pandemiya ilə əlaqədər mümkün olmamamışdır. Cavabdeh olaraq Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 17.11.2019-cu il tarixli müqavilə təklif etmişlər, həmin müqaviləyə görə yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində yerləşən, 111 saylı, 1 otaqlı, ümumi sahəsi 40,0 kv.m-dan ibarət olan təmirli mənzili həmin sahədə sökülən mənzillə əvəz etməyi öhdəsinə götürmüş, lakin iş üzrə iddiaçı həmin müqaviləni imzalamaqdan imtina edir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mülkiyyətçi İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.10.2016-cı il tarixli, T42 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalardan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ümumi sahəsi 29.9 kv.m və 1 otaqlı mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsi 15-25% əlavə etməklə 1 (bir) ədəd təmirli, 1 (bir) otaqlı, 38 kv.m. sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzili təhvil vermək şərti ilə, mənzil təhvil verildiyi gündən etibarən 1 (bir) otaqlı mənzil üçün aylıq 300 AZN (üç yüz) manat kirayə haqqı verməyi, Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»-yə mənzili təhvil verməyi, «Mülkiyyətçi» isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi, Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etməyi, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin bu müqaviləyə dair etirazlarının olduğu halda məsuliyyəti özü üzərinə götürməyi öhdəsinə götümüşlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53, 8 nömrəli ümumi sahəsi 85,5 kv.m, yaşayış sahəsi 48.0 kv.m, yardımçı sahəsi 37.5 kv.m olan 3 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı 1 otaq (15.0 kv.m), dəhliz 8.0 kv.m, mətbəx 3.0 kv.m və 1.5 kv.m sanitar qovşağı 30.06.2012-ci il tarixdə, X6 1 otaq 07.02.2012-ci il tarixdə, Rüstəmova Zemfira Yusuf qızına 1 otaq (y\s 15.0 kv.m), dəhliz 8.0 kv.m, mətbəx 3.0 kv.m və 1.5 kv.m sanitar qovşağı 27.04.2012-ci il tarixdə payı ayrılmışdır; 08.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında - İddiaçı 1 otaq (15,0 kv.m), dəhliz, 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı); X6 - 1 otaq; X3 - 1 otaq (15,0 kv.m), dəhliz 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı) məxsus olmaqla, Daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 oktyabr 2016-cı il tarixdə onunla Cavabdeh1 MMC arasında T42 saylı müqavilə bağlanmış, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçini mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci hissəsinə əsasən aylıq 300 manat kirayə almaq hüququ vardır. 2.2.4-cü hissəsinə əsasən 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi müəyyən edilmişdir. Lakin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. İddiaçı hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Lakin cavabdehlər verilmiş iddiaya qarşı hər hansı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Məhkəmə iddia tələbinin «çoxmənzilli yaşayış binasından ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin, 2020-ci ilin may ayından günü bugünədək hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat pul cavabdehlərdən alınıb ona ödənilməsi» hissəsində qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.10.2016-cı il tarixli, T42 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC mülkiyyətçiyə ümumi sahəsi 38 kv.m. sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü üçün iddia tələbi bu hissədə qismən təmin edilməli, eyni zamanda 2020-ci ilin may ayından günü bugünədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, (11 ay x 300 ) cəmi 3300 manat Cavabdeh2 MMC alınıb iddiaçıya ödənilməlidir. İddiaçının müqavilədə nəzərdə tutulmadığı halda cavabdehdən ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin qoyulmasını tələb etməsi əsassızdır, iddia həmin hissədə qismən 38 kv.m. sahəsi olan mənzilin təhvil verilməsi hissəsində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin «mənəvi zərərin əvəzi kimi 10.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması hissəsini əsaslı saymır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tələbinin təmin olunaraq pul tutulması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X15 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15.10.2016-cı il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,45 ha torpaq sahəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından ümumi sahəsi 38 kv.m olan mənzilin verilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. 2020-ci ilin may ayından günü 31 mart 2021-ci il tarixədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 3300 (üç min üç yüz) manat pul Cavabdeh2 MMCdən alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar