Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1920/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC X10rşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC X10rşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxx” MMC Təmir Tikiııti İNŞAAT-ın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 37000 (otuz yeddi min) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumu 31 manat (otuz bir) cavabdeh “xxxxxxxxxx” MMC Təmir Tikinti İNŞAAT-dan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki, Donuzçuluq Kökəltmə sovxozu adlanan ərazidə X2 alğı-satqı müqaviləsi əsasında 12000 manata 4 sot torpaq sahəsi almış və ondan məlumat almışdır ki, həmin sahədə “xxxxxxxxxx” MMC Təmir Tikinti İNŞAAT tikinti təşkilatı ev tikintisi ilə məşğul olur. O, həmin təşkilata müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixdə Podrat müqaviləsi bağlamış və həmin təşkilatın nümayəndəsi 130 kv.m yaşayış sahəsini ona tam təmirli təhvil verilməsi üçün İlkin ödəniş kimi 15000 borc müqaviləsi əsasında və 5000 manat məbləğində nəqd qaydada, cəmi 20.000 manat pul ödəmişdir. Bundan sonra cavabdeh ondan müxtəlif bəhanələrlə, müxtəlif vaxtlarda əlavə olaraq 5000 manat pul almış və bunun əvəzində qəbz verilmişdir. Müqavilə öhdəliklərinin vaxtı ötdüyündən o, cavabdehə müraciətlər etmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə öhdəliklərin icrasından yayınmışdır. O, həmin sənədlərlə Suraxanı rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, həmin torpaq sahəsində tikintiyə icazə verilməmişdir. Belə olan halda çıxılmaz vəziyyətində qalaraq cavabdeh “xxxxxxxxx” MMC Təmir Tikinti İNŞAAT təmsilçilərinin özbaşılığı ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona vurulan maddi zərər bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, mənəvi ziyan isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulduğundan cavabdeh “xxxxxxxxx” MMC Təmir Tikinti İNŞAAT tərəfindən ödənməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “xxxxxxxxxx” MMC X19 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməiddiaçının izahatını dinləyib, iddia əizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki,İş materiallarına əlavə edilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən X5 99 il müddətinə icarəyə verilmişdir. İşin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısına dair müqavilədən görünür ki, X6 ilə İddiaçı arasında müqavilə bağlamış, həmin müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin Abşeron Rayon ərazi idarəsi tərəfindən verilmiş 16Ö8002040 Qeydiyyat №-li xx.xx.2008-ci il tarixli **********92 reyestr №-li Çıxarışa əsasən X3 icarəsində olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı 4000 AZN-ə satmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016cı il tarixdə verilmiş arayışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti X4 Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışla icarəsində olan, Abşeron rayonu, Donuzkökəltmə sovxozı ərazisində yerləşən 1,0 hektar torpaq sahəsi üzərindəki icarə hüququnun X1 etiraz etmir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda 0.04 ha torpaq sahəsini İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən olunur ki, “xxxxxxxxxx” MMC X16 İddiaçıarasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Podratçı “xxxxxxxxxx” MMC Təmir Tikinti İnşaatBakı şəhəri,Yeni Suraxanı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında 4 sot torpaq sahəsində ümumi sahəsi 130 kv.m. fərdi yaşayış evinin tikintisini 4 ay müddətində başa çatdırılmasını üzərinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “xxxxxxxxxx” MMC-yə məxsus kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı Mirməmməd oğlu sözügedən Podrat müqavləsi üzrə xx xxxx 2019-cu il tarixində 5000 manat, xx xxxx 2019-cu il tarixində 695 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxx 2019-cu il tarixində 240 manat ödəmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı icarəyə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində ev tikdirmək üçü cavabdeh “xxxxxxxx” MMC X20 ilə xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yeni yaşayış massivi ünvanında 4 sot torpaq sahəsində ümumi sahəsi 130 kv.m. fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürmüş, lakin öhdəliklərini icra etməmişdir. İddiaçı həmin müqavilə çərçivəsində cavabdeh təşkilata xx xxxx 2019-cu il tarixində 5000 manat, xx xxxx 2019-cu il tarixində 695 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxx 2019-cu il tarixində 240 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlardan müəyyən edilir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə xx xxxxxx 2019-cu il tarixli Podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Bu isə ona dəlalət edir ki, cavabdeh aldığı pul müqabilində müəyyən işlər görülməsini bildirsə də, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən öhdəliyin icra edildiyinə dəlalət etmir. Çünki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi iki evin tikinti və təmir işlərini görüb sifarişçiya təhvil verilməsindən ibarət olmuşdur. Bir sözlə, podrat müqaviləsini bağlamış sifarişçinin podrat müqaviləsi bağlanılan zaman gözlənilən hüquqi nəticə - hazır və təmir olunmuş, yaşamaq üçün yararlı və əmlak kimi qiymətləndirilə bilən tikili oldmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 8935 manat cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. Bununla belə məhkəmə hesab edir ki, qalan hissədə iddia əsassız olduğuna görə təmin edilməməlidir. İlk növbədə məhkəmə onu bildirir ki, iddiaçı Podrat müqaviləsi çərçivəsində məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərdən başqa pulun digər hissəsini ödənilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu isə ona dəlalət edir ki, İddiaçı mədaxil qəbzlərdə qeyd olunan vəsaitdən əlavə Cavabdeh MMC-yə pul ödədiyini sübuta yetirə bilməmişdir. Eləcə də, İddiaçı xx.xx.2019-cu il tarixli X7 ilə bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin kredit müqaviləsinin iş üzrə tərəflər arasında imzalanmış Podrat müqaviləsinə aidyyatı sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdeh “xxxxxxxxxx” MMC X12 İddiaçı xeyrinə 8935 manat pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxx” MMC X12 8935manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1920/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1920/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver