Məhkəmə qərarları › İş №2(005)-2676/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2676/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2676/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X2 mübahisə ppredmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququnun tanınaması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (X2 mübahisə ppredmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququnda Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaqdan ibarət olan 36.7 kv.m sahəsi olan hissəsinin ½ hissəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində MA seryalı ******* nömrəli, 26.07. 2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında keçmiş həyat yoldaşı Cavabdeh mülkiyyətində olmaqla o elə həmin ünvanda da qeydiyyatdadır. Biz hal-hazırda övladları X11, X10, X12 ilə birlikdə həmin ünvanda yaşayırlar. 22 avqust 2013-ci ildə həyat yoldaşı ilə ayrılsalar da övladları ilə birgə həmin mənzildə yaşamışlar. ünvan 3 ünvanında yerləşən həmin mənzil 2 otaqdan ibarət olmaqla sahəsi 36.7 kv.m-dir. O dəfələrlə qeyd edilən mənzilin müəyyən bir hissəsi üzərində uşaqları ilə birlikdə onun hüquqlarının tanınmasını cavabdehdən tələb etsə də cavabdeh müxtəlif bəhanə və yollarla bundan yayınmışdır. Cavabdeh hər dəfə bu tələbi yerinə yetirməkdən boyun qaçırarkən bildirir ki, mənzilin paylı mülkiyyətdə olması mənzilin onların arasında bölünməsi üçün maneə yaradır. Guya bunun üçün digər mülkiyyətçi - hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X2 razılığı tələb olunur. Lakin qeyd edir ki, onun tələbi mənzilin digər paylı mülkiyyətçisi X2 mülkiyyətində olan 2 otaq (y/s 28.0 kv.m.) sahəyə aid olmamaqla onun hər hansı bir hüququnu məhdudlaşdırmır. Ona görə də iddianın əsaslı olması qənaətindədir və təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarının tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 14.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, 24 saylı mənzil 05.10.1996-cı il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı DNKnın 3M-a-34 reyestr nömrəli 12.02.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adma qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın 4Ə/03-436 reyestr nömrəli 19.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X5 adına qeydiyyatdan keçmişdir. 21 saylı DNK-nın 2v-510 reyestr nömrəli 21.02.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin 2 otağı X2 adına qeydiyyatdan keçmişdir. 21 saylı DNK-nın 2v-45 reyestr nömrəli 07.05.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 4Ə/1-101 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı Bağ rov Namiq Hüseyn oğlunun adına qeydiyyatdan keçmişdir. Notarius R.Sadıqov tərəfindən təsdiq edilmiş 4Ə/3-1019 reyestr nömrəli 18.07.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X4 adına qeydiyyatdan keçmişdir. 21 saylı DNK-nın 4Ə-87 reyestr nömrəli 18.05.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X1 adına qeydiyyatdan keçmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddia tələbinə dair mübahisəyə məhkəmədə baxıla bilməz. Çünki hazırda İddiaçı iddia tələbi cavabdehin mülkiyyətində olan mənzilin ½ hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması ilə əlaqədardır. Ona görə də ərizəçi qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati – iqtisadi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdeh X7 qarşı “mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar çıxarışın qismən ləğv edilməsi” tələbinə iddia ərizəsi üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (X2 mübahisə ppredmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar