Məhkəmə qərarları › İş №2(005)-2686/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2686/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2686/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X10 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyan görə 11.850 (on bir min səkkiz yüz əlli) manatın, mənəvi ziyana görə 5.000 (beş min ) manatın, daşınar əmlakın daşınması və saxlanması üçün "xxxx" MMC-yə ödədiyi 3.170 (üç min yüz yetmiş) manatın, ümumilkdə 20.020 (iyirmi min iyirmi ) manatın və ödədiyi 150.06 (bir yüz əlli manat altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 16 iyul 2021-ci ildə Bakı şəhəri 9 saylı notariat ofisində Pənahlı İcran Kazım qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, mənzil 12 ünvanda yerləşən 64.24 kv/m sahədən ibarət olan 3 otaqlı mənzili onun etibarnamə əsasında nümayəndəsi ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh dəyərini ödəyərək əldə etmişdir. Həmin zaman Cavabdeh ailəsi birlikdə qeyd edilən mənzildə yaşayırdı. Cavabdeh alqı-satqı zamanı ona bir ay ərzində mənzili boşaldıb təhvil verəcəyini söz vermişdi. Razılaşılan müddət tamam olandan sonra cavabdeh öz vədinə əməl etməmişdir. Bundan sonra iddiaçı ondan dəfələrlə mənzili boşaltmasını tələb etsə də cavabdeh mənzili boşaltmaq istəmirdi. İddiaçı bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Nərimanov RPİ-sindən həmin işin mülki iş olduğu üçün ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Polisə müraciət etdiyi zaman Ofelyanın başqa bir şəxsə də ona mənzil satacağını vəd verərək 67.000 manat pulunu aldığını və həmin şəxsə qarşı dələduzluq etdiyi ona məlum olmuşdur. Sonradan həmin şəxsin şikayətinə əsasən Cavabdeh barəsində cinayət işinə başlanmış və istintaq yekunlaşdıqdan sonra cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə verilmişdir. Hazırda həmin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Doğrusu belə bir məlumatın ortaya çıxması onu çox həyancanlandırdı və hətta psixiolji cəhətdən çox narahat etmişdir. Cavabdehə onu boş yerə incitməməyi, ona lüzumsuz problemlər yaratmamağı, mənzili təcili boşaltmağını ondan tələb etsə də heç bir faydası olmamışdır. Ona görə də, mənzilin cavabdeh tərəfindən boşaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bütün məhkəmə instansiyaları onun xeyrinə qətnamə qəbul etmələrinə baxmayaraq cavabdeh özünün haqsız olduğunu bildiyi halda qəsdən onu məhkəmələrə get-gələ salmaqla yanaşı 22 ay müddətində ona məxsus mənzildə qanunsuz və əsassız olaraq yaşamaqda davam etdi. Sonda icra mərhələsində kassasiya məhkəməsinin qərarının icra edilməsi ilə əlaqədar icra məmurunun xəbərdarlıqlarına baxmayaraq cavabdeh qərəzli olaraq qərarı könüllü icra etməkdən qəsdən yayındığı üçün qərar məcburi qaydada icra edilmişdir. Cavabdehin daşınar əmlakı saxlanc yerinə yerləşdirilmiş, daşınmasına və saxlanmasına görə iddiaçı tərəfindən həmin şirkətə ümumilikdə 3.170 (üç min yüz yetmiş) manat pul ödənilmişdir. Cavabdehin hərəkətləri və özbaşınalığı nəticəsində iddiaçıya xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, 12 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-5527/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən 3 (üç) otaqdan ibarət mənzildən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1181/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “16 iyul 2021-ci il tarixdə, AN-İ seryalı ******* saylı, 4Ə-841 ilə qeyd edilmiş etibarnamə üzrə nümayəndə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, mənzil 12-ni yaşayış evidaşınmaz əmlakın alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(103)-2163/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)-5527/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1364/2023 saylı qərarı ilə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2163/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılmış təhlil və hesablamalara əsasən ünvan 2 ünvana bilavasitə yaxın olan 5 mərtəbəli köhnə tikili binalarda 3 otaqlı, ümumi sahəsi 64,24 kv.metr olan orta təmirli mənzillərin 2021-ci ilin iyul ayından 2023-cü ilin may ayına kimi aylar üzrə kirayə haqları 11850,0 (on bir min səkkiz yüz əlli) manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2686/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. İş materiallarında olan “X7 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM№ 005- 047/2023 nömrəli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin orta aylıq kirayə haqqını müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin deyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin aylıq kirayə haqqının dəyəri müəyyən edilmişdir. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində, ünvan 3 ünvanında yerləşən 64.24 kv.m sahədən ibarət 3 otaqlı 12 saylı mənzilin orta bazar kirayə haqqı 2021-ci il üzrə 475 manat, 2022-ci il üzrə 500 manat, 2023-cü il üzrə 550 manat müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icra edilməsindən ötrü 10 gün müddət verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, borclu Cavabdeh mənzilin qapısını açmadığından icra hərəkətləri məcburi qaydada icra olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbkar İddiaçı nümayəndəsi X4 tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 051291 və 051292 saylı mədaxil qəbzlərinin surətindən görünür ki, daşınma və 6 aylıq Anbarda saxlama üçün xidmət haqqı olaraq cəmi 3170 manat X6 tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-5527/2021 saylı qətnaməsi ilə Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən 3 (üç) otaqdan ibarət mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1181/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2163/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)-5527/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(007)-1181/2022 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunmamışdır. “X7 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM№ 005-047/2023 nömrəli hesabatı ilə ünvan 3 ünvanında yerləşən 64.24 kv.m sahədən ibarət 3 otaqlı 12 saylı mənzilin orta bazar kirayə haqqı 2021-ci il üzrə 475 manat, 2022-ci il üzrə 500 manat, 2023-cü il üzrə 550 manat müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, borclu Cavabdeh mənzilin qapısını açmadığından icra hərəkətləri məcburi qaydada icra olunmuşdur. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, Cavabdeh özünün haqsız olduğunu bildiyi halda qəsdən onu məhkəmələrə get-gələ salmaqla 22 ay müddətində ona məxsus mənzildən təmənnasız şəkildə istifadə etmiş, sonda icra mərhələsində məhkəmə qərarının icra edilməsi ilə əlaqədar icra məmurunun xəbərdarlıqlarına baxmayaraq, cavabdeh qərəzli olaraq qərarı könüllü icra etməkdən qəsdən yayındığı üçün qərar məcburi qaydada icra edilmişdir. Bununla bağlı cavabdehin daşınar əmlakı saxlanc yerinə yerləşdirilmiş, daşınmasına və saxlanmasına görə iddiaçı tərəfindən həmin şirkətə ümumilikdə 3.170 (üç min yüz yetmiş) manat pul ödənilmişdir. Cavabdeh 2021-ci ildən 2023-cü il tarixədək, iddiaçıya məxsus olan mənzildə yaşamış, iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətlərinin (mənzildən istifadə edilməsi və sahibliyi) qanunsuz olması kimi qiymətləndirilmiş, həmin faktiki hal məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında mübahisə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən ibarətdir, ona görə də tərəflər arasında yaranan mübahisə həmin çərçivədə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, 12 saylı mənzilindən istifadəsi və sahibliyinin qanunsuz olması müəyyən edildiyindən və işin həmin faktiki halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1364/2023 saylı qərarı ilə öz təsdiqini tapdığından hesab edir ki, iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Düzdür hazırda iddiaçı məhkəmə mübahisələri getdiyi tarixlər də daxil olmaqla, mübahisə üzrə birinci insatansiya məhkəməsinin (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 5527/2021 saylı qətnaməsi) çıxarıldığı tarixdən cavabdehdən mənzildən qanunsuz istifadə etməsinə görə dəymiş zərərin əvəzini tələb edir. Lakin məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Nə qədər ki məhkəmə mübahisələri gedirdi, cavabdehin həmin mübahisəli mənzildən istifadəsinin qanunsuz olması öz təsdiqini tapmamışdı, həmin müddətdə cavabdehdən mübahisəli mənzildən sahiblik və istifadə etmənin dayandırılmasını gözləmək düzgün olmazdı. Belə ki, həmin müddətdə Cavabdeh mübahisəli mənzilə görə İddiaçı mülkiyyət hüququnun olmasını mübahisələndirirdi. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə son olaraq Ali Məhkəmənin MK-nın yuxarıda sözügedən qərarı ilə hüquqi qiymət verilmişdir. Belə olanda Cavabdeh həmin qərarın çıxdığı tarixdən xx.xx.2023-cü il tarixinədək mübahisəli mənzili iddiaçıya təhvil verməyərək, əmlakdan istifadə etmiş, mənzildən çıxarılması qət olunmasına baxmayaraq, sahibliyi davam etdirməklə, iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, bu zaman “X7 Mərkəzi” MMC-nin təqdim etdiyi 2023-cü il üçün orta aylıq kirayə haqqını əks etdirən hesabatdakı qiymət əsas götürülməklə, cavabdehdən İddiaçı xeyrinə təqribi 1,5 aylıq müddət üçün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) 825 manat (550 +275) pul tutulmalıdır. Bununla yanaşı işin faktiki hallarında və iş materiallarında olan dəlillərdən müəyyən olunur ki, cavabdeh qərarı könüllü icra etməkdən yayındığı üçün məhkəmənin qərarı məcburi qaydada icra edilərək, cavabdehə məxsus daşınar əmlakların saxlanc yerinə yerləşdirilməsi, daşınmasına və saxlanmasına görə iddiaçı tərəfindən ümumilikdə 3.170 (üç min yüz yetmiş) manat pul ödənilmişdir. Belə olanda həmin hissədə iddia tələbi əsaslıdır və cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, mənzil 12-dən çıxarılması barədə iddia tələbi öz təqsdiqini tapdığından, sonuncu İddiaçı məxsus mənzildə 1.5 ay ərzində heç bir hüquqi əsas olmadan yaşadığından iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 825 manat pul və daşınarəmlakların daşınması və saxlanması xərci 3170 manat tutulmalıdır. Çünki, hazırda mübahisələndirilən iddia tələbi üzrə dəymiş zərərin əvəzinin tələb edilməsi (iddiaçının iradə ifadəsinin ziddinə mənzildən qanunsuz istifadə etdiyinə, nəticə etibarilə iddiaçı öz əmlakından məhrum olduğuna görə) mülki qanunvericilin tələblərinə uyğun olmuşdur. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 150 manat dövlət rüsumu və qiymətləndirmə hesabatı üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat xərc İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 825 manat, əmlakların daşınması və saxlanmasına görə çəkilmiş 3170 manat xərc, 200 manat qiymətləndirmə xərci və 150 manat dövlət rüsumu olmaqla cəmi 4345 (dörd min üç yüz qırx beş) manat ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 825 manat, əmlakların daşınması və saxlanmasına görə çəkilmiş 3170 manat xərc, 200 manat qiymətləndirmə xərci və 150 manat dövlət rüsumu olmaqla cəmi 4345 (dörd min üç yüz qırx beş) manat ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar