Məhkəmə qərarları › İş №2(005)-27/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-27/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-27/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı) İddiaçı Cavabdeh qarşı “öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair, Birləşdirilmiş iş üzrə iddiaçı (bundan sonra ikinci iş üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyama görə 30 000 manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 180 manat məbləğində, cəmi 30180 manat məbləğində pul tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə “'Xəzər Layihə Tikinti" Məhdud Məsuliyyətinə müraciət edərək, inşa ediləcək evin layihəsini tərtib etdirmiş, daha sonra, instaqram sosial şəbəkəsi vasitəsi ilə cavabdehə müraciət edərək, qeyd olunduğu layihə üzrə evin inşası barədə danışıqlar aparmış və belə razılığa gəlmişlər ki, cavabdeh 77 600 manat məbləği müqabilində sahəsi 207 kv.m. olan iki mərtəbədən ibarət fərdi evi inşa edib təmir edəcəkdir, bundan əlavə həyətyanı torpaq sahəsində 6.25 kv.m. sahəsi olan hovuzu isə hədiyyə edəcəkdir, yəni, hovuzun inşası, təmiri və tam işlək vəziyyətdə təhvil verilməsi. Evin inşa edilməsinə dair Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə Sumqayıt şəhər 4 saylı notariat ofisi xüsusi notarius tərəfindən təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə 10.03.202l-ci il tarixədək təmirli ev və hovuz tikilib təhvil verilməli idi. Müqavilənin 5.1.-ci bəndinə əsasən 15 000 manat məbləğində ilk ödəniş notariusda müqavilə bağlandığı zaman cavabdehin depozit hesabına onun tərəfindən qoyuldu, qalan məbləğlər isə cavabdehin tələb etdiyi müxtəlif tarixlərdə cavabdehin Kapital Bank ASC -də olan bank hesabına, pul köçürmələri şəklində tam olaraq ödənilmişdir. Müqavilə üzrə nəzərdə tutulan 77 000 manat məbləğində pul vəsaiti 2021-ci ilin mart ayınadək cavabdehə verilmişdir. Bundan əlavə, tikinti prosesi davam etdiyi zaman, cavabdehin təklifi ilə həyətdə əlavə tikinti işləri də aparılmışdır: torpaq sahəsinin hasarı, həyətin döşəməsi, 10 tonluq su anbarı, sanitar qovşağı ilə hamam, 6,0 kv.m. sahəsi olan əl damı, kanalizasiya anbarı. Əlavə tikintilər üçün cavabdehlə sövdələşdi, kimi, ona 2021ci ilin marı ayından başlayaraq, müxtəlif tarixlərində əlavə olaraq cəmi 18 000 manat pul ödəmiş, bunlardan 14000 manat bank köçürmə ilə, 500 manat bank kartına və 3500 manat nağd şəkildə ödəmişdir. 2021-ci ilin aprel ayında cavabdehdən tikintinin təhvil verilməsini tələb etmiş sə bu barədə təhvil-təslim aktının imzalanmasını tələb etmiş, lakin o, bəhanələr gətirərək bunu etməkdən imtina etmişdir. Evin, hovuzun və həyətdə olan olan tikililərin inşasında çoxlu sayda qüsurlar var. Təqdim edilən fotoşəkillərdə bu hal açıqaydın görünür. Hal-hazırda tikililər bərbad vəziyyətdədir, cavabdehin tikinti prosesində buraxdığı nöqsan və qüsuların aradan qaldırılması üçün 30 000 manat məbləğində əlavə xərc çəkilməlidir Bu barədə cavabdehə bildirmiş, o, nə qüsurları aradan qaldırır, nə də ki, pulu geri verir. Cavabdeh danışıqlar zamanı bildirmişdir ki. O, "X8” şirkətinin rəhbəridir. Müqavilənin Əlavəsi də həmin şirkətin adından tərtib olunub və hər ikisi tərəfindən müqavilə bağlandığı zaman Əlavə də imzalanmışdır. Bundan əlavə, cavabdeh işə başlamazdan əvvəl, onun evinin 1-ci mərtəbəsi başqa usta (bənna) tərəfindən inşa edilmişdir, yəni cavabdeh tikintini artıq evin ikinci mərtəbəsindən başlamışdır. Cavabdehin İnstaqram səhifəsində də şirkətin adından istifadə olunur, həmin səhidəfə ona məxsus 1-ci mərtəbəsi inşa olunmuş evin şəkli də vardır. Cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və psixoloji stress keçirtmiş və hal-hazırada da həmin vəziyyətdədir. Cavabdehə tikililərin təhvil verilməsi barədə yazılı xəbərdaqlıq edilməsinə baxmayaraq, indiyədək təhvil verməmiş və təhvil verməkdən imtina etmişdir. Onun bu cür hərəkətləri barədə polis orqanına da müraciət etmiş, orada araşdırma aparılmış və iddiaçıya izah olunmuşdur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində ona maddi ziyan vurulmuşdur. Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh ona məxsus olan Bakı şəhər, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində 207 kv.m. sahəsi olan fərdi ev və 6.5 kv.m. sahəsi olan hovuz tikib təhvil verilməsi öhədliyi üzərinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən evin və hovuzun tikintisi xx.xx.2021-ci il tarixdə başa çatrıdılmalıdır. Müqaviləmi 6-cı bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə təqsirli tərəf digər tərəfə onların çəkdiyi zərəri özünün şəxsi vəsaiti hesabına ödəyir. Cavabdeh indiyədək tikililəri təhvil verməmiş, tikililər yarımçıq vəziyyətdə qalmış, icra olunan hissələr qüsurla həyata keçirilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Rəfail qızından 42800 manat pul vəsaitinin və 220 manat dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, fərdi yaşayış evlərinin tikintisi ilə məşğuldur. İddiaçı ilə münasibətləri bu əsasla yaranmışdır. Aralarında 28 dekabr 2020-ci il tarixdə ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi “1530F” ünvanında yerləşən tam mülkiyyət üzrə 0.06 ha torpaq sahəsi üzərində təmirli 207 kv.metr fərdi yaşayış evi və 16.25 kv. metr hovuz tikilib təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş fərdi yaşayış evi və hovuzun qiymətini müqaviləyə əsasən 77 000 manata razılaşdırılmışdır. İddiaçı ilə razılaşdıqdan sonra müqavilə üzrə nəzərdə tutulan fərdi yaşayış evini tikmiş, mənzilin tikintisi bitərək təhvil verilənə yaxın cavabdeh müqavilədə nəzərdə tutulmuş 207 kv.metr sahədən əlavə artım edərək 1 kv. metri 450 manatdan olmaqla 60 kv.metr (27 000 manat) tikilməsinə razılaşmışdır. Əlavə razılaşma 60 kv.metr sahədə tikilərək təmir edilsə də 27 000 manat pulu o ödəməmişdir. Bundan əlavə cavabdeh tikilinin həyətində materialı 15 800 manat və usta haqqı 10 000 manat təşkil edən əlavə tikililəri (4x4 olan şambo,3x5 su çəni beton konstruksiya ilə, hasarların tikilməsi, suvaq edilməsi işləri, hasarın üzərinə 10 metr uzunluğunda jalüz vurulması, həyətin bölünməsi, pilləkan salınması, su və kanalizasiya xətlərinin çəkilməsi, həyətin döşənməsi, bölünən yerə doldurulması,həyətə beron verilməsi, aqlay örtüyünün vurulması, həyətin elektrik xətlərinin çəkilməsi, plafon işıqlarının quraşdırılması, həyətdə olan köhnə tikililərin sökülməsi və daşınması, həyətdə sanitar qovşağının və hamamın tikilməsi) təmir işləri gördürmüşdür. Cavabdeh qeyd edilən əlavə tikililərdən yalnız həyətdə olan tikilinin pulu olan 25 800 manat puldan 10 000 manat pul ödəmişdir. Hazırda cavabdeh fərdi yaşayış evinin tam təhvil verilməsi üçün cəmi 3 000 manat pul lazımdır ki, borcu ola ola onu ödəmir. Cavabdehin hazırda 60 kv.metr əlavə tikilmiş sahənin 27 000 manat pulu və həyətdə olan tikilidən 15 800 manat borcu qalmışdır ki,ödəmir. Onun bu hərəkətlərindən pulunun alınması üçün Cavabdeh Xəzər RPİ-yə ərizə ilə müraciət etmiş və şikayətin mülki iş xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsini bildirmişlər. Cavabdehin hazırda cəmi 42 800 manat borcu vardır ki, ödəmir və ödəməkdən yayınır, hətta ödəməyəcəyi ilə təhdid edir. Bu səbəbdən o pulunun alınması üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1736/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair e-2(006)-1736/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(005)-5928/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Birinci iş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, evin tikintisinin qüsurlu olması mülki işin mübahisəsiz halı olduğunu, bu halın ekspert rəyləri ilə də təsdiq olunduğunu qeyd etmişdir. Ekspert rəyi ilə ziyanın məbləği 15 918 manat müəyyən edilsə də, həmin məbləğ iddiaçıya dəyən ziyanın real qiymətini əks etdirmədiyini, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh işinə laqeyd yanaşmaqla icranı qüsurlu şəkildə həyata keçirdiyini bildirmişdir. Bu qüsurlara baxmayaraq cavabdeh başqa məhkəmədə iddia tələbi irəli sürərək, iddiaçıdan 43 000 manat pul vəsaiti tələb etdiyini, bu tələbin əsassız olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərlə təsdiq olunur ki, iddaçı cavabdehə 95 000 manat pul vəsaiti ödəmiş, əlavə tikililərə 17 000 manat məbləğində xərc çəkildiyi də nəzərə alınmaqla, iddiaçı ona əlavə 300 manat vəsaitin də ödəniş etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İkinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 birinci iş üzrə iddiaçının iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iş üzrə ekspert rəyi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinə 90 966 manat və əlavə olaraq həyətyanı sahəyə təqribən 17 000 manat məbləğində xərc çəkilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərlə təsdiq olunur ki, iddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh 93 000 manat pul vəsaiti ödəmişdir. xx.xx.2021-ci il tarixdə 2 000 manat məbləğində vəsaitin cavabdehə ödənilməsinə dair qəbzlə təsdiq olunmadığını, həmçinin iddiaçı ekspertizanın keçirilməsinə maneələrin yaratdığını, sonuncu baxış iclası təyin edilən zaman iddiaçı evi satdığını məhkəməyə bildirmişdir. Lakin evin satıldığını təsdiqləyən sənəd məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq ekspert rəyində materialların dəyəri real bazar qiymətindən artıq 1 kv.metr sahəyə münasibətdə 70 manat olaraq hesablandığını və bunun əsassız olduğunu qeyd etmişdir. Qüsurların aradan qaldırılması üçün ekspert rəyində hesablanan 15 978 manat pulun yüksək məbləğ olduğunu bildirərək, birinci iş üzrə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında birinci iş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 iddianı müdafiə edib, birinci iş üzrə iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verib iddianın təmin olunmasını, ikinci iş üzrə iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ikinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 ikinci iş üzrə iddianı müdafiə etdi. Həmçinin də, tərəflərin 207 kv.metr sahədə tikinti inşa edilməsinə 77 000 manat müqabilində razılaşdığını, layihədə dəyişiklik edilməsi nəticəsində əlavə olaraq 60 kv.metr sahəyə görə hər kv.metr 450 manat olmaqla 27 000 manat ödəniş edilməsini şərtləşdiklərini bildirərək, daha sonra həyətdə aparılan tikililərə görə İddiaçı yalnız 10 000 manat ödəniş edərək, qalan 15 800 manat pulu ödənilmədiyini, ümumi 42 800 manat məbləğində pulun tələb olunduğunu qeyd edərək, ikinci iş üzrə iddianın təmin olunmasını, göstərilənlərə əsasən birinci iş üzrə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının uzaq qohumudur, Cavabdeh bağ sahəsində tikinti işlərinin həyata keçirdiyini və ustalara nəzarət etmək üçün bağ sahəsinə getdiyini bildirmişdir. Birinci mərtəbənin çöl divarlarının onlar tərəfindən tikildiyini, həmin mərtəbəyə ümumi olaraq 10 000 manata yaxın pulun xərcləndiyini qeyd etmişdir. Ödənişləri iddiaçının şəxsən özü tərəfindən ödənildiyini, ustalara pulun onun tərəfindən verildiyini bildirmişdir. Əlavə olaraq cavabdehin vəkili və nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, mənzil plana uyğun tikilmiş, sonradan müəyyən dəyişikliklər edilmişdir. Şirkət tərəfindən 3-4 nəfər işçi mövcud imiş. 10 000 manat məbləğində pulun tikinti materiallarına və digər xərclərə ödənildiyini qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci və ikinci iş üzrə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx/xx/2020-ci il tarixdə verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Rəfail qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ sahəsi “1530F” ünvanında yerləşən tam mülkiyyət üzrə 0.06 ha torpaq sahəsi üzərində təmirli 207 kv.metr fərdi yaşayış evi və 16.25 kv.metr hovuz tikib təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”-yə 77 000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən «Tərəf-2» həmin torpaq sahəsi üzərində təmirli 207 kv.metr fərdi yaşayış evi və 16.25 kv.metr hovuz tikib, xx.xx.2021-ci il müddətinə təhvil verilməsini öhdəsinə götürür. «Tərəf-1» tərəfindən bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləğin 15000 (on beş min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Tərəf-2” -yə ödəyir, alan 62000 ( altmış iki min) min manatı isə 2 ay 20 000 ( iyirmi min). 3-cü ay 22 000 ( iyirmi iki) min manatı “Tərəf-2” -yə ödəməyi öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Rəfail qızı tərəfindən Cavabdeh "xxxx" ASC-dəki bank hesabına 18 000 manat; xx.xx.2021-ci il tarixli qəbzə görə 10 000 manat köçürmə etmişdir. - xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Rəfail qızı tərəfindən Cavabdeh "xxxx" ASC-dəki bank hesabına 10 000 manat; xx.xx.2021-ci il tarixli qəbzə görə 10 000 manat köçürmə etmişdir. - xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Rəfail qızı tərəfindən Cavabdeh "xxxx" ASC-dəki bank hesabına 7 000 manat köçürmə etmişdir. -xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Rəfail qızı tərəfindən Cavabdeh "xxxx" ASC-dəki bank hesabına 10 000 manat, xx.xx.2021-ci il tarixli qəbzə görə 3 000 manat köçürmə etmişdir. - Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh kart hesabına 2 000 manat, 50 manat və 5 000 manat köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərardan müəyyən olunur ki, vət. Cavabdeh xx.xx.2021-ci il tarixdə 42-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, fərdi olaraq tikinti işləri ilə məşğul olmuş, bu barədə sosial şəbəkələrdə elanlar da vermişdir. Elanlar vasitəsilə Dogukan adlı şəxs onunla əlaqə saxlamış. Bilgəh qəsəbəsində evinin tikintisi üçün müraciət etmiş və onlar razılaşmışdır. Ev 207 kv.m olmuş, sonradan 60 kv.m də əlavə olunmuşdur. Bundan başqa həyətyanı sahənin düzəldilməsi də sifariş olunmuşdur Ə. Məmmədov bütün işləri müqaviləyə əsasən görüb qurtardığını, son tamamlama işləri gedən zaman Dogukanın bəhanələr gətirərək işi dayandırdığını, ona ümumi olaraq 45 000 (qırx beş min) manat borclu qaldığını bildirmişdir. Borcunu istədikdə isə qarşı tərəfin bütün xəbər səhifələrində, bütün sosial şəbəkələrdə onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini bildirmişdir. O, Məmmədov pulunun qaytarılmasında köməklik göstərilməsini və Dogukan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Vət. X4 42-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qaynanası İddiaçı məxsus 0.06 ha ölçüdə 1530 F nömrəli bağ sahəsində fərdi yaşayış evi tikdirmək üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh adlı şəxslə 207 kv.m sahəsi olan ev və 16-25 kv.m hovuzun tikilib tam başa çaldırılması üçün 77 000 (yetmiş yeddi min) manatlıq müqavilə bağlamışdır. Dörd ay müddətində hissə-hissə həmin məbləği Cavabdeh hesabına ödəmişdir. Bundan əlavə həyətdə digər işlərin görülməsi üçün müqavilədən kənar 14 000 (on dörd min) manat ödəmişdir. Buna baxmayaraq Əli görməli olduğu işləri vaxtında və qaydasında verinə yetirməmişdir. Halhazırda onlara ümumilikdə təxminən 30 000 (otuz min) AZN borclu qalmışdır. X4 həmin məbləğin Əli tərəfindən ödənilməsində köməklik göstərilməsini və Əli barəsində qanuni tədbir görülməsini xahiş elmişdir. X4 ödəniş qəbzlərini araşdırmaya təqdim etmişdir. Beləliklə aparılmış təhqiqat araşdırması nəticəsində müəyyən edilmişdir ki, vət. Cavabdeh İslanı oğlu və vət. X1 müraciəti əsasında toplanmış malerilda cinayət hadisəsi yoxdur. Buna görə də toplanmış material üzrə cinayət hadisəsi olmadığı qənaətinə gələrək material üzrə cinayət işinin başlanması rədd edilməli, tərəflər arasında yaranmış mübahisə ilə bağlı olaraq mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri, göstərilən fakt üzrə cinayət işinin başlanması rədd edilməlidir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 10/1413 №-li ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ sahəsi 1530 F ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin inşaasına (Sweet House adından) smetada qeyd olunan materiallardan istifadə olunduğu müəyyən edilir. Lakin görülən işlər qüsurlu şəkildə aparıldığı müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən yaşayış evinin ikinci mərtəbəsinin ümümi sahəsi 119,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın 3-cü, 6-cı, 7-ci və 8-ci suallları üzrə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən evin İkinci mərtəbəsinin inşaasında və evin 1-ci və 2-ci mərtəbələrində o cümlədən damının inşa və təmirində həyətyanı torpaq sahəsində olan tikililərin daxili və çöl konstruksiyaları üzərində, boyanın qabarması, divarın üzərinə vurulan dekorativ daşların tökülməsi, döşəməyə vurulan laminat materialların biri birindən aralanması, tavanın üzərinə vurulmuş alçıban materialının üzərində artıq dəliklərin açılması, damın üzərinə vurulmuş metal şiferin qüsurlu vurulduğu, həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş aqlay daşlarının bir hissəsinin çatladığı müəyyən edilmiş və həmin qüsurları aradan qaldırılması üçün fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 70,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evində əmələgəlmiş qüsurların aradan qaldırılması üçün 15918 manat (227,4 x70) dəyərində vəsaitin sərf olunacağı müəyyən edilir. Qərardadın 4-cü sualı üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 798C saylı sahədə İddiaçı məxsus fərdi yaşayış evi təqdim olunmadığından qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmadı. Qərardadın 5-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin tikintisinə və aparılmış müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 400,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin tikintisinə və təmirinə 90,960 manat (227,4x400) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 10/2918 №-li əlavə ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi baq, sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evinin tikinti sahəsi 148.2 kv.m. təşkil edir. Qərardadın 2-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhlizdə döşəməyə vurulan laminatın bir-birindən aralanması müəyyən olunmuşdur. Döşəməyə vurulmuş laminatın tikinti texnologiyasına uyğun vurulmamasına görə laminatların aralanması baş vermiş və həmin qüsurlu sahə 12,0 kv.m. təşkil edir. Qərardadın 3-cü sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evində divarlara vurulmuş dekorativ daşların töküldüyü, altında boşluğun olduğu müəyyən olunmuşdur. Divara vurulmuş dekorativ daşların tikinti texnoloqiyasına uyğun vurulmaması səbəbindən qopması baş vermiş və həmin sahə təqribən 7.8 kv.metr təşkil edir. Qərardadın 4-cü sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evində aşkar edilmiş qüsurlardan daxili və çöl konstruksiyaları üzərində boyaların qabarması, tikinti- təmir işlərinin və evin tikintisi zamanı izol/asiya işlərinin düzgün aparılmaması və tikinti materialarının keyfiyyətsiz olması səbəbindən baş verə bilər. Evin daxili və çöl konstruksiyaları üzərində boyaların qabarmış hissələri müxtəlif yerlərdə olduğundan həmin hissələrin ümumi sahəsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qərardadın 5-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tavanının üzərinə vurulmuş alçıpanın üzərində spotlar quraşdırılmış və otağın orta hissəsində çilçıraq asılması üçün dəliklərin açıldığı müəyyən olunmuşdur. Homin dəliklər qərardadın sualında göstərilən və ya digər səbəblərdən açıla bilər. Dəliklərin konkret açılma səbəbi araşdırılmalarla məhkəmə tərəfindən müəyyən edilə bilər. Qərardadın 6-cı sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin dam hissəsinə çıxılması texniki cəhətdən mümkün olmadığı üçün baxış keçirilməklə evin damının qüsurlu vurulub- vurulmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin iş materiallarında olan foto şəkillərdən görünür ki, yaşayış evinin dam hissəsinə vurulmuş dəmir təbəqə, navalçalar düzgün vurulmamışdır. Qərardadın 7-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş aqlay daşlarının üzərində olan çatların əmələ gəlməsi və daşların korroziyaya uğraması (ovulması) aqlay daşının düzgün vurulması və keyfiyyətsiz materialın istifadə olunması səbəbindən baş vermişdir. Eyni zamanda keyfiyyətsiz vurulmuş aqlayın ümumi sahəsi 213.3 kv.m təşkil edir. Qərardadın 8-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən evin ikinci mərtəbəsinin inşasında və evin “1-ci və 2-ci mərtəbələrində, o cümlədən damının inşa və təmirində həyətyanı torpaq sahəsində olan tikililərin daxili və çöl konstruksiyaları üzərində, boyanın qabarması, divarın üzərinə vurulan dekorativ daşların tökülməsi, döşəməyə vurulan laminat materialların bir-birindən aralanması, tavanın üzərinə vurulmuş alçıpan materialının üzərində artıq dəliklərin açılması, damın üzərinə metal şiferin qüsurlu vurulması, həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş aqlay daşlarının bir hissəsinin çatladığı müəyyən edilmiş və həmin qüsurları aradan qaldırılması üçün fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0kv.m sahəyə təqribən 70,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 153CF ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün 15918.0 manat dəyərində vəsaitin sərf olunacağı müəyyən edilir. Qərardadın 9-cu sualı üzrə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evinin həyətində tikilmiş (4x4 olan şambo, 3x5m su çəni beton kostruksiya ilə hasarların tikilməsi, suvağın vurulması, rəng işləri, hasarın üzərinə 10 m uzunluğunda jalüz vurulması, həyətin bölünməsi, pilləkən salınması, su və kanalizasiya xətlərinin çəkilməsi, həyətin döşənməsi, bölünən yerə qədər doldurulması, həyətə beton verilməsi, aqlay örtüyünün vurulması, həyətin elektik xətlərinin çəkilməsi, plafon işıqların quraşdırılması, həyətdə sanitar qovşağının və hamamın tikilməsi zamanı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 17721.5 manat məbləğində olduğu müəyyən olunur. Həmçinin qeyd olunur ki, həyətdə olan köhnə tikililərin ölçülərini müəyyən etmək mümkün olmadığı üçün sökülməsi və daşınmasının dəyərini müəyyən etmək mümkün olmadı. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ödəmələr bu qaydada aparılmışdır: xx.xx.2020-ci il - ilkin ödəniş-15 000 manat; xx.xx.2021-ci il - X7, qəbz, bildiriş -18 000 manat; xx.xx.2021-ci il - X7, qəbz, bildiriş-10 000 manat; xx.xx.2021ci il - X7, ödəniş bildirişi-10 000 manat; xx.xx.2021-ci il - X7, ödəniş bildirişi -10 000 manat; xx.xx.2021-ci il - Rabitə bank, barat hesab, qəbz, ödəniş bildirişi -10 000 manat; xx.xx.2021-ci il Muğan bank, monex göndərilmə, qəbz və bildiriş - 7 000 manat; xx.xx.2021-ci il - Rabitə bank köçürmə , qəbz və ərizə -3 000 manat; xx.xx.2021-ci il - ABB monex exspress, qəbz və ərizə - 5 000 manat; xx.xx.2021-ci il X7, pos terminal, qəbz - 5 000 manat məbləğlərin ödənildiyi müəyyən edilir. xx.xx.2021-ci il tarixli 24836737 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 180 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli 32330254 saylı mədaxil qəbzindən görünür ki, cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 220 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhər Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmir işlərinin aparılması üçün tərəflər xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi üçün tərəflər 77 000 manat məbləğində razılaşmışlar, İddiaçı tərəfindən həmin məbləğ Cavabdeh ödənilmişdir. Bundan əlavə Cavabdeh tərəfindən tikilinin həyətində əlavə tikililərin (4x4 olan şambo, 3x5 su çəni beton konstruksiya ilə, hasarların tikilməsi, suvaq edilməsi işləri, hasarın üzərinə 10 metr uzunluğunda jalüz vurulması, həyətin bölünməsi, pilləkan salınması, su və kanalizasiya xətlərinin çəkilməsi, həyətin döşənməsi, bölünən yerə doldurulması,həyətə beron verilməsi, aqlay örtüyünün vurulması, həyətin elektrik xətlərinin çəkilməsi, plafon işıqlarının quraşdırılması, həyətdə olan köhnə tikililərin sökülməsi və daşınması, həyətdə sanitar qovşağının və hamamın tikilməsi) təmir-tikinti işləri görülmüşdür. Bununla bağlı tərəflər arasında şifahi razılaşma olmuşdur. Qeyd edilən işlərin həcmini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 10/1413 №-li və 23 avqust 2023-cü il tarixli 10/2918 №-li əlavə ekspert rəylərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ sahəsi 153CF ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün 15918.0 manat dəyərində vəsaitin sərf olunacağı müəyyən edilir. İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin tikintisinə və aparılmış müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 400,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ sahəsi 1530F ünvanında yerləşən 0,06 ha torpaq sahəsində İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin tikintisinə və təmirinə 90,960 manat (227,4x400) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. İddiaçı məxsus fərdi yaşayış evinin həyətində tikilmiş (4x4 olan şambo, 3x5m su çəni beton kostruksiya ilə hasarların tikilməsi, suvağın vurulması, rəng işləri, hasarın üzərinə 10 m uzunluğunda jalüz vurulması, həyətin bölünməsi, pilləkən salınması, su və kanalizasiya xətlərinin çəkilməsi, həyətin döşənməsi, bölünən yerə qədər doldurulması, həyətə beton verilməsi, aqlay örtüyünün vurulması, həyətin elektik xətlərinin çəkilməsi, plafon işıqların quraşdırılması, həyətdə sanitar qovşağının və hamamın tikilməsi zamanı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 17721.5 manat məbləğində olduğu müəyyən olunur. Hazırda birinci iş üzrə iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh indiyədək tikililəri təhvil verməmiş, tikililər yarımçıq vəziyyətdə qalmış, icra olunan hissələr qüsurla həyata keçirilmişdir. Hal-hazırda tikililər bərbad vəziyyətdədir, cavabdehin tikinti prosesində buraxdığı nöqsan və qüsuların aradan qaldırılması üçün 30 000 manat məbləğində əlavə xərc çəkilməlidir. İkinci iş üzrə iddiaçı cavabdehin hazırda ona 60 kv.metr əlavə tikilmiş sahəyə görə 27 000 manat və həyətdə olan tikililərə görə 15 800 manat borcu qaldığını mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 767.1-ci maddəsinə əsaəsn, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyliyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından birinci iş üzrə İddiaçı və Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birinci iş üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh (Tərəf - 2) İddiaçı (Tərəf - 1) sifarişinə əsasən müqavilənin 5.1-ci bəndinəd göstərilən işləri həyata keçirməyi öz öhdəsinə götürür. “Tərəf-1” işlərin yerinə yetirilməsinin əvəzində icraçıya bu müqavilənin 3-cü bəndində göstərilən məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi- hazırkı halda mənzildə təmir-tikinti işləri aparmağı, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh (ikinci iş üzrə iddiaçı) iddiaçıya aid mənzildə təmir-tikinti işlərini aparmağı, iddiaçı (ikinci iş üzrə cavabdeh) isə xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Birinci iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən birinci iş üzrə İddiaçı habelə ikinci iş üzrə iddiaçı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Buna görə də, birinci iş üzrə İddiaçı göstərilən müqavilənin şərtləri üzrə öhdəliyin qüsurlu icrasına görə maddi ziyanın ödənilməsini, o cümlədən ikinci iş üzrə iddiaçı Cavabdeh əlavə razılaşma üzrə görülmüş işlərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (ikinci iş üzrə iddiaçı) tərəflər arasında bağlanmış müqavilə (həmçinin də sonradan şifahi razılaşma) əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam və qüsursuz şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin bir qisminin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti qüsursuz icra etməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də birinci iş üzrə iddiaçı göstərilən müqavilənin qüsurlu icra edilməsi səbəbindən dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda birinci iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə (həmçinin də sonradan şifahi razılaşma) əsasında cavabdehdən iddiaçıya tam və qüsursuz şəkildə xidmətin göstərilməsini tələb etmək hüququna malik olduğu kimi, həmçinin də görülmüş xidmətin dəyərini tam və vaxtında ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh (birinci iş üzrə iddiaçı) isə göstərilən müqavilə əsasında xidmətin bir qisminin göstərilməsinə dair hüququndan istifadə etmiş, lakin həmin xidmətin dəyərini tam və vaxtında ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də ikinci iş üzrə iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin (hər iki iddia üzrə) öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, birinci iş üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, Cavabdeh müqavilənin 5.1-ci bəndinə əsasən fərdi yaşayış evini və hovuzu təmir etməyi, o cümlədən şifahi razılaşmaları üzrə əlavə tikinti işlərini görməyi öhdəsinə götürsə də müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş, həmin öhdəlikləri lazımi qaydada yerinə yetirməsinə dair hər hansı sübutlar təqdim etməmişdir. Habelə, ikinci iş üzrə cavabdeh İddiaçı tərəflər arasındakı əlavə tikililərin təmiri-tikintisinə görə yerinə yetirilmiş işlərin haqqını iddiaçı Cavabdeh ödəməli olduğu halda, razılaşmanın şərtlərini tam yerinə yetirməmiş, həmin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İlk öncə məhkəmə onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə, qanunvericiliyin sübutlarla bağlı tələbini əsas götürüb qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta bir mənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2022-ci il tarixli 10/1413 №-li nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçı birinci iş üzrə İddiaçı məxsus fərdi yaşayış evində əmələgəlmiş qüsurların aradan qaldırılması üçün 15918 manat (227,4 x 70) dəyərində vəsaitin sərf olunacağı müəyyən olunmuşdur. Belə olan halda təsdiq olunmuşdur ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək, işləri qüsurlu icra etmişdir. Eyni zamanda həmin ekspert rəyindən müəyyən olunmuşdur ki, birinci iş üzrə İddiaçı Rafael qızına məxsus fərdi yaşayış evinin tikintisinə və təmirinə 90,960 manat dəyərində vəsaitin sərf olunmuşdur. İşin məhkəmədə araşdırılmış mübahisələndirilməyən hallarına əsasən, birinci iş üzrə İddiaçı Rafael qızı tərəfindən Cavabdeh bağ sahəsində tikinti-təmir işlərinin aparılması üçün ümumilikdə 93000 (doxsan üç min) manat ödənilmişdir. Bu hal birinci iş üzrə iddiaçının məhkəmə araşdırması zamanı təqdim etdiyi ödəniş qəbzləri və cavabdehin etirafı əsasında öz təsdiqini tapmışdır. Lakin cavabdeh iddiaçının xx.xx.2021ci il tarixdə Kapital bank vasitəsilə ödənilməsini qeyd etdiyi 2 000 manat vəsaiti qəbul etmədiyini bildirmiş, iddiaçı isə həmin vəsaitin ödənildiyini təsdiqləyən mötəbər dəlili ödəniş qəbzini təqdim etməmişdir. Məhz buna görə də məhkəmə iddiaçı tərəfindən cavabdehə 95000 manat ödənilməsi barədə iddia dəlilini qismən əsaslı hesab edərək, cəmi 93000 (doxsan üç min) manat pul vəsaitinin cavabdehə ödənilməsi faktını əsaslı və sübuta yetmiş hesab edir. Məhkəmə mübahisənin faktiki hallarına hüquqi qiymət verməyi davam etdirərək qeyd edir ki, 23 avqust 2023-cü il tarixli 10/2918 №-li əlavə ekspert rəyindən göründüyü kimi, İddiaçı məxsus fərdi yaşayış evinin həyətində tikilmiş əlavə tikililər və əlavə görülmüş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 17721.5 manat məbləğində olduğu müəyyən olunur. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ümumilikdə ödədiyi vəsait fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf olunmuş vəsaitdən artıq olduğu iş üzrə təyin olunmuş mötəbər sübut hesab olunan ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. (93000 -90,960 manat = 2040) Bu səbəbdən də məhkəmə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyləri mötəbər sübut kimi qiymətləndirərək, hər iki iddia tələbini müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə pulun tutulması hissəsində qismən əsaslı hesab edərək, Cavabdeh İddiaçı xeyrinə 15918 manat, habelə cavabdeh İddiaçı birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh xeyrinə 15681,5 manat (17721,5 – 2040) pul vəsaitinin tutulmasını qanuni və əsaslı hesab edir. Cavabdeh etirazının dəlillərində iddiaçıya məxsus fərdi yaşayış evindəki qüsurların aradan qaldırılması üçün zəruri olan vəsaitlə bağlı əlavə ekspert rəyində materialların dəyərinin real bazar qiymətindən artıq 1 kv.metr sahəyə münasibətdə 70 manat pulun əsassız olduğunu qeyd etsə də etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə, cavabdehin etirazının dəlilləri ilə razılaşmır və hesab edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar onun tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, iddianın dəlillərində İddiaçı bildirir ki, cavabdeh işə başlamazdan əvvəl, onun evinin 1-ci mərtəbəsi başqa usta (bənna) tərəfindən inşa edilmiş, cavabdeh tikintini artıq evin ikinci mərtəbəsindən başlamış, cavabdehə məxsus sosial şəbəkədəki hesabında ona məxsus evin 1-ci mərtəbəsinin inşa olunmuş evinin şəkli yerləşdirilmişdir. İddiaçı tərəf məhkəmə iclaslarındakı izahatlarında qeyd edir ki, mübahisəli evin birinci mərtəbəsi daha əvvəl inşa edilmiş və evin inşasına 10000 manata yaxın vəsait xərclənmişdir. Qeyd olunanları təsdiq etmək üçün sosial şəbəkədəki fotoşəklə və bir şahid ifadəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki mübahisədə mübahisəli evin birinci mərtəbəsinin inşa edilməsinə 10000 manat həcmində vəsaitin xərcləndiyini, habelə cavabdehin yalnız birinci mərtəbənin inşasının davamı olaraq evin ikinci mərtəbəsinin təmir etməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu dəlillərinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə birinci iş üzrə cavabdeh o cümlədən ikinci iş üzrə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilmədiyi müəyyənləşdirilmişdir. Qeyd olunanlar mülki işin materialları öz təsdiqini tapmışdır. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından birinci iş üzrə Cavabdeh, habelə ikinci iş üzrə cavabdeh İddiaçı Rafael qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər yuxarıda qeyd edilən müqavilə ilə üzərilərinə götürdüyü öhdəkləri lazımi qaydada icra etməmişlər, müqavilə ilə və razılaşmaları ilə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilənin və aralarında olan şifahi razılaşmanın şərtlərini pozmuşlar. Buna görə də, hər iki iş üzrə cavabdehlər özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar birinci iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 180 manat dövlət rüsumunun 84,50 manat hissəsi, habelə ikinci iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 220 manat dövlət rüsumunun 139,4 manat hissəsi onların özünə aid edilməli, Cavabdeh 95,5 manat dövlət rüsumu birinci iş üzrə iddiaçının, cavabdeh İddiaçı 80,6 manat dövlət rüsumu ikinci iş üzrə iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 ( iki yüz) manat məbləğində pul İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə fərdi yaşayış evində əmələgəlmiş qüsurların aradan qaldırılması üçün 15918 ( on beş min doqquz yüz on səkkiz) manat pul vəsaiti və 95,5 manat dövlət rüsumu tutulsun. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh İddiaçı Cavabdeh xeyrinə əlavə görülmüş tikinti-təmir işlərinə görə 15681,5 (on beş min altı yüz səksən bir manat 50 qəpik) manat pul vəsaiti və 80,6 manat dövlət rüsumu tutulsun. Qalan hissədə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutulsun, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar