Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2700/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondu"nun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3050 (üç min əlli manat) AZN əsas borc, 681.38 (altı yüz səksən bir manat, otuz səkkiz qəpik) AZN faiz borcu, 1479.89 (bir min dörd yüz yetmiş doqquz manat, səksən doqquz qəpik) AZN Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 2783.09 (iki min yeddi yüz səksən üç manat, doqquz qəpik) AZN cərimə borcu olmaqla, cəmi 7994.36 (yeddi min doqquz yüz doxsan dörd manat, otuz altı qəpik) AZN məbləğində kredit borcunun, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Binəqədi" filialı ilə Cavabdeh arasında bağlanmış 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik faiz dərəcəsi 26% (iyirmi altı) faiz ödənilmək şərti ilə 3500 (üç min beş yüz) AZN məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir və “Bank" qarşısında bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən kreditin və ona hesablanmış faizlərin tam ödənilməsinə qədər qüvvədə olur. Müqavilənin 3.1-ci maddəsinə əsasən “Borc alan” bu müqavilə əsasında krediti, kreditin qüvvədə olduğu bütün müddət üçün hər ay bərabər miqdarda olmaqla ödəməlidir. Müqavilənin 3.3-cü maddəsinə əsasən kreditin və ona hesablanmış faizlərin ödənilməsi “Borc alan” tərəfindən nağd şəkildə hər ay Banka ödənilməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun 08.01.2018-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 3050 (üç min əlli manat) AZN əsas borc, 681.38 (altı yüz səksən bir manat, otuz səkkiz qəpik) AZN faiz borcu, 1479.89 (bir min dörd yüz yetmiş doqquz manat, səksən doqquz qəpik) AZN Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 2783.09 (iki min yeddi yüz səksən üç manat, doqquz qəpik) AZN cərimə borcu olmaqla, cəmi 7994.36 (yeddi min doqquz yüz doxsan dörd manat, otuz altı qəpik) AZN təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(005)-2460/2018 nömrəli qiyabi qətnaməsinə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh 16.04.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(005)-2460/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(005)-2700/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(005)-2460/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondu"nun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil 01.06.2021-ci il tarixində iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, "xxxx" ASC-nin ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi ilə bağlı iddiasından görünür ki, iddiada istinad olunan kredit müqaviləsi 06 mart 2012-ci il tarixdə 12 (on iki) ay müddətinə bağlanmışdır. Kredit müqaviləsində kreditin mənim götürülməyim qeyd olunsa da, əslində müqavilə üzrə o heç bir kredit məbləği almamışdır. O cümlədən, Ləğv prosesində olan "xxxx" ASC məhkəməyə 25 iyun 2018-ci il tarixli maliyyə arayışı təqdim edərək, cavabdeh tərəfindən əsas borcdan 450 manat ödəniş olduğunu göstərmişdir. Bu ödənişləri Bank özü, 63 nəfərin hər biri barəsində ödəmişdir ki, guya iddia müddətini təzələsin. Halbuki bu ödəniş real olsaydı belə iddia müddətini təzələyə bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin mənasından göründüyü borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddəti ərzində baş verməlidir ki, iddia müddətinin axımı kəsilmiş olsun. Bank cavabdehin adından ödənişləri iddia müddəti bitdikdən sonra etmişdir. Yəni müddət bitib, onun axımı yoxdur, mövcud olmayan, bitmiş müddət axımı necə kəsilə bilər? Kredit müqaviləsinin müddəti isə 06 mart 2013-cü ildə bilmişdir. Qeyd olunan borc məbləğini iddiaçı götürməmişdir. Bundan əlavə borcla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Yəni iddia üzrə iddia müddətinin axımı 06 mart 2012-ci ildən başlayaraq 06 mart 2016-cı ildə bitmişdir. 2000-ci il sentyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 3 il təşkil edir. Müqavilənin müddəti 06 mart 2016-ci ildə bitmiş, iddia ərizəsi isə məhkəməyə 2018-ci ilin 12 aprelində verilmişdir. Bu səbəblə də iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən hazırki mülki işə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsinə əsasən borcverən illik 26% dərəcəsi ilə 12 ay müddətinə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə görə hesablanacaq cərimələri borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kreditin ödəmə müddəti 06.03.2013-cü il tarixə qədər müəyyənləşdirilmişdir; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2012-ci il tarixli, 30 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 06.04.2012-ci il tarixdən 06.03.2013-cü il tarixədək hər ay 334,36 manat ödəməli idi; 06.03.2012-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 3500.00 AZN məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən Cavabdeh verilmişdir; 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə borc 16.12.2016-ci il tarixindən 03.06.2021-ci il tarixinədək olan dövrü əhatə edir. 08.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO "xxxx" ASC-yə 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsi üzrə 08.01.2018-ci il tarixinə 3050 manat məbləğində əsas, 681,38 manat faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1479,89 manat faiz borcu, 2783,08 manat gecikmiş faiz borcu, cəmi 7994,36 manat məbləğində borcu var; 02.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO "xxxx" ASC-yə 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsi üzrə 25.06.2018-ci il tarixinə 3050 manat məbləğində əsas, müddətin sonuna 2783,09 manat faiz borcu, cəmi 5833,09 manat məbləğində borcu var; LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondu" tərəfindən Cavabdeh ünvanlanan 08.02.2018-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit müqaviləsindən irəli gələn borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 15.03.2018-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı LPO "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərardadın surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixindən etibarən İddiaçı təyin edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qərarda qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2012-ci il tarixli, 30 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 12 ay müddətinə illik 26% olmaqla 3500 manat məbləğində kredit vermişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin götürdüyü kredit üzrə əsas və faiz borcunu, habelə öhdəliyi vaxtında icra etmədikdə hesablanmış cərimə borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəməsi barədə öhdəlik götürsə də, bu öhdəliyini icra etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti 06.03.2013-cü il tarixdə bitmişdir. Cavabdeh son dəfə 19.04.2017-ci tarixdə ödəniş etmişdir. İddiaçı “Əmanətlərin Sığortalanması Fondu" cavabdehə qarşı hazırki iddia ərizəsi ilə 12.04.2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı 12.04.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 06.03.2012-ci il tarixli kredit müqavilə üzrə öhdəliyin icrası müddəti isə 06.03.2013-cü il tarixdə bitmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Bununla belə, hazırki kredit müqaviləsi üzrə iddia müddətinin axımı 06.03.2013-cü il tarixdən başlanmış və 06.03.2016-cı ildə artıq iddia müddəti ötürülmüşdür. 19.04.2017-ci tarixdə həmin kredit müqaviləsi üzrə ödəniş edilməsi iddia müddətinin axımını kəsmir və ya həmin müddəti təzələmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə qeyd edir ki, istinad olunan müddəanın mənasına görə borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən yalnız real hərəkətlər iddia müddətinin axımı kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra ödənişin olması borcun etirafına yönəlmiş real hərəkət deyildir. İddia müddətinin axımının kəsilməsinə borclunun yalnız real hərəkətləri səbəb ola bilər. İddia müddətinin bitməsinə qədər cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi barədə real hərəkətlərin edilməsi iş materiallarından görünmür və iddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 12.06.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 12 iyun 203-cü il tarixdə bitmiş, həmin müqavilə üzrə son ödəniş isə 29.04.2016-ci il tarixdə olmuşdur. Bununla belə, həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 2016-ci ilin aprel ayından başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı “Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2700/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2700/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver