Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2711/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi 10600 manat pulun və ödənilmiş 122 manat dövlət rüsumunun tutulub İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət tanıdığı Cavabdeh 2022-ci ilin iyun ayından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla (xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000, xx.xx.2022-ci il tarixdə 1000, xx.xx.2023-cü il tarixdə 1000 manat və 2023-cü ilin oktyabr-noyabr aylarında 3000 manat) ümumilikdə 11.000 manat məbləğində borca pul vəsaiti vermişdir. Lakin borclu həmin məbləğdən cəmi 2024-cü ilin mart ayında 400 manat məbləğində pul vəsaitini qaytarmışdır. Cavabdeh 1 ildən çoxdur ki, müxtəlif bəhanələr adı ilə götürdüyü borcu qaytarmır. Belə ki, Cavabdeh 2024-cü ilin aprel ayında guya İddiaçı tərəfindən təhqir olunması bəhanəsi ilə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət etmiş və şikayət ərizəsində İddiaçı 8000 manat məbləğində borclu olduğunu, həmin pul vəsaitini guya faizə götürdüyünü qeyd etmiş və həmçinin həmin məbləği 1 ay müddətində qaytaracağına öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş bu günə kimi İddiaçı olan borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, cavabdehi 25 il olar ki, tanıyır. O, həm qarmon ifaçısıdır, həm də zərgərdir. O, nəvəsi üçün qızıl düzəltdirmək istəyirdi. Bunun üçün cavabdehə pul verdi, o da qızılı düzəldib gətirdi. Bir müddət keçdikdən sonra 20 günlük ondan 1500 manat borc pul istədi və qarmonunu da girov qoymaq üçün gətirdi, lakin o götürmədi. 20 gün sonra pulu ona qaytardı. May ayında ondan 2500 manat pul istədi. Nazim adlı dostu ilə biznesi olduğunu və ona 90000 manat pul verdiyini dedi. Bir müddət sonra yenidən pul istədi. Ona faizə pul heç vaxt verməmişdir. Cəmi 11000 manat pul verib. Bu əlyazmalarında da öz təsdiqini tapıb. Hər dəfə pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. Cəmi 400 manat qaytarıb və həmin pulu bütöv şəkildə əlbəəl vermişdi. Ödəniş qəbzlərindəki pullar isə onun başqa şəxsdən aldığı pullardır. Onun tanışları olduğu üçün onun kartına köçürüb o da onlara verib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında dostluq münasibətləri olub. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda cəmi 11000 manat borc almışdır. Borcu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini tam şəkildə icra etməmişdir. Qarşı tərəf borcundan 400 manat tərəfinə qaytarmışdır. Təqdim edilmiş səs yazılarından tərəflər arasında olmuş danışıqlar aydın şəkildə görünür. Həmin səs yazılarında nə qədər borc olduğu, cavabdeh 400 manat qaytarıldıqdan sonra 10600 manat borcu qaytarmasını da bildirir. Eyni zaman da qarşı tərəf iddiaçını onu və ailəsini təhqir etməsi ilə bağlı X2 şikayət ərizəsi yazmış, lakin daha sonra tərəflər arasında barışıq olmuşdur. Cavabdeh izahatında 8000 manat borcu olduğunu etiraf etmişdir. Əslində isə 11000 manat idi. Bundan başqa qarşı tərəf borcları hissə-hissə qaytarması və faizə götürməsi ilə bağlı qəbzləri elektron kabinetə daxil etmişdir. Həmin qəbzlər isə başqa şəxslərə ödənilməli olan pullar idi. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, musiqiçi kimi bir-birlərini tanımışlar. İlk dəfə 2022-ci ildə 1500 manat borc almışdır. O, borcu aya 10 faiz ödəmək şərtilə vermişdir. Borcu nə vaxt qaytarmaq barədə danışıq olmamışdı. Bir dəfə də 10-15 günlük pul lazım idi, o zaman da pulu alanda faizlə vermişdi. 1500, 1000 manat olmaqla il ərzində 7000 manat, sonrakı il isə 1000 manat, cəmi 8000 manat pul götürmüşdü. Hər ay ödənişlər etmişdir. Həmin ödənişləri faizlərə hesablamışdır. Elə ay olub ki 700 manata qədər ödəniş etmişdir. Hər ayın neçəsi pul götürmüşdürsə həmin ayın həmin günü də faizləri istəyirdi. Ödəniş gününə bir neçə gün qalmış özü xəbərdar edirdi ki, borcu vaxtında ödəsin. Ona cəmi 7800 manat ödəniş etmişdir. Cəmi 180 manat borcu qalıb. Lakin bəzi ödənişləri əlbəəl vermiş, bəzilərinin isə çeki onda qalmamışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, kart vasitəsilə 9 dəfə, cəmi 1080 manat ödəniş edilib. Bu ilin mart ayına kimi 10 dəfə, terminalla isə 1030 manat ödəniş olub. Bundan əlavə isə 2023-cü ilin mart ayında 400 manat ödəniş edilib. Bunu iddiaçı özü etiraf edir, o pulu əlbəəl vermişdir. Digər ödənişlərin sübutu onlarda olmasa da, əslində borcu tam şəkildə qaytarmışdır. Pulun faizlə verilməsi qanunvericiliklə qadağandır. Ona görə də ödənilmiş pullar faizə deyil, əsas borca hesablanmalıdır. İddiaçı sübutları saxtalaşdırıb məhkəməyə təqdim edir. Əlyazmalara düzəlişlər edib vermişdir. Borc 11000 manat deyil, 8000 manat olmuşdur. 3000 manat da faizi hesablayıb yazmışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, polis şöbəsinə müraciət edərək yazdığı ərizədə qeyd etmişdir ki, 2022-ci ilin may-iyun aylarında tanıdığı İddiaçı 8000 manat 10%-lə borc götürmüşdür. Götürdüyü aydan başlayaraq, 1 il hər ay 10%-ni ödəmişdir. Anlaşma əsasında 8000 manatı faizlə bir yerdə qaytaracağına razılaşmışdırlar. Müəyyən səbəblərdən faizləri gecikdirdiyinə görə günün saatından asılı olmayaraq, hətta gecə saat 2-də, 3-də zəng edib, onu təhqir edir, hədə gəlirdi. Evinə zəng edir, yoldaşını, ailəsini təhqir edir, yoldaşının iş yerinə gedib, şikayət edəcəyi ilə hədələyirdi, onu dəfələrlə təhqir edib, hədələyib bütün dost-tanışlarının arasında onu biabır edəcəyini deyir. Dəfələrlə danışdıqdan sonra heç nəyə baxmayaraq, “mənim adamlarım var, pulum var” deyə təhdid və təhqirlərini davam eləyirdi. İndi isə sosial şəbəkədə onu təhqir edib paylaşıb. Sosial şəbəkədə bu yaxınlarda onu ad günü münasibəti ilə təbrik edən səhifədə də onu təhqir edib; - Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, 2022-ci ilin may-iyun ayından 8000 manat 10%-ə pul götürmüşdür, hər ay ödəmişdir və 2023-cü ilin may ayından 5%-ə endirdi. May ayından bu yana məbləğ faizlə bir yerdə 11000 manata gəlib çıxıb. Bu məbləğ ümumi razılıq əsasında dayandırılıb. Bu məbləği 2023-cü il dekabr ayının sonuna qədər ödəməyi öz öhdəsinə götürmüşdür; - İş materiallarına əlavə edilmiş kartın fotoşəklindən görünür ki, 4127320****1976 saylı kart İddiaçı məxsusdur; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 150 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 130 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 250 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 85 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 5 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 110 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 80 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 70 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 50 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 30 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 150 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 250 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 4127320****1976 saylı karta 100 manat pul köçürülmüşdür; - Təqdim edilmiş səs yazılarından görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etmiş, cavabdeh isə borcu ödəyəcəyini bildirmişdir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Namiqlə qonşudurlar, Vahidi isə Namiqə görə tanımışdır. O, 3000 manat Namiqə vermişdir. Həmin pulu torpaq məsələsini həll etmək üçün vermişdi. Cavabdeh yazılı surətdə borcu olduğunu təsdiq etmişdi. O, bir dəfə 1300 manat, 1700 manat vermişdir. Onun pulunu isə Namiq kimdənsə borc alıb qaytardı. Namiq pulu faizlə vermirdi. Vahid ondan pul istəyəndə demişdi ki, onda yoxdur. 3000 manatı isə ondan əvvəl vermişdi. Həmin pulu torpaqla bağlı sənəd işi olduğu üçün vermişdi; Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, tərəflərin pul məsələsi ilə bağlı danışıqları onun yanında olub. Namiq ondan pul istəmişdi. Həmin pulu isə Vahidə görə xahiş etmişdi, o Vahidin uşağının xəstə olduğunu da demişdi. Namiq də pulu Vahidə verirdi. O, faizlə pul verməmişdir. Xeyli müddət keçdiyi üçün dəqiq tarix və məbləğ xatırlamır. O, özü şəxsən Vahidə borc verməmişdir. Namiq ondan xahiş edirdi və o da ona pul verirdi. Namiq az-az ona geri qaytarırdı. Vahidin Namiqə borcu 10000 manatdan yuxarı idi. Dəqiq məbləğ xatırlamır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə 11000 manat məbləğində pul verdiyini, həmin puldan cəmi 400 manat qaytardığını iddia edərək cavabdehdən qalan 10600 manat pulun tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçının ona cəmi 8000 manat pul verdiyini, həmin pulun böyük hissəsini qaytardığını, lakin iddiaçının, onun ödədiyi pulları faizə hesabladığını bildirərək iddiaya etiraz edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bu mənada məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn gələn münasibətlərin yaranmış olduğunun sübut edilməsinə ehtiyac yoxdur; tərəflər işin qeyd edilən halını mübahisələndirməmişlər, o cümlədən işin bu halı iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon 18-ci Polis Şöbəsinə cavabdehin verdiyi xx.xx.2024cü il tarixli ərizə və izahatla, eləcə də xx.xx.2023-cü il tarixli əl yazıları ilə təsdiq olunur. Tərəflər arasındakı mübahisə, cavabdehə borc olaraq verilən pulun və qalıq borcun məbləği ilə bağlıdır. İddiaçı özünün iddiasında cavabdehə 11000 manat pulun verildiyini, həmin puldan cəmi 400 manat qaytarıldığını qeyd edir. Cavabdehin mövqeyinə görə isə ona cəmi 8000 manat pul verilmiş, həmin pula faizlər hesablanmış, 8000 manata yaxın məbləğ ödənilmiş, cəmi 180 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin qənaətinə görə, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli əl yazıları ilə cavabdeh İddiaçı borc aldığı müəyyən edilmişdir. İddiaçı borcun 11000 manat olduğunu bildirsə də bu halı sübut edə bilməmişdir. İş üzrə təqdim edilmiş sübutlardan, işin hallarından və cavabdehin izahatından görünür ki, borc faizlə verilmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən normasından da göründüyü kimi hansısa şəxsə kredit verilməsi yalnız bu hüququn həyata keçirilməsinə dair müvafiq orqan tərəfindən verilmiş icazə əsasında həyata keçirilə bilər. İndiki halda iş üzrə iddiaçı bu cür icazəyə sahib olan fiziki şəxs və ya hüquqi şəxs deyildir, o cümlədən bunu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış razılaşmada faiz məbləği qeyd olunsa da, mövcud qanunvericilik normalarının tələbləri baxımından həmin şərt etibarlı şərt kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə verdiyi borc məbləğinin ümumilikdə 8000 manat olduğu qəbul edilməli və ödənilmiş məbləğlər həmin borcdan çıxılmalıdır. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlərin, iddiaçının faizə pul vermədiyi, borcun 10000 manatdan çox olduğu barədə izahatları inandırıcı olmamışdır. İddiaçının yaxın tanışları olan şahidlərin onların yanında verilməmiş pulun məbləği ilə bağlı verdiyi ifadələr borc verilən pulun məbləğini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qalıq borcun məbləğinə gəldikdə isə, iddiaçı cavabdehə vermiş olduğu borcdan 400 manat pulun ödənildiyini, həmin məbləğin əlbəəl verildiyini bildirmişdir. Cavabdeh isə, iddiaçının kart hesabına ödənişlər etdiyinə dair qəbzlər təqdim etmişdir. İddiaçı sözügedən qəbzlərdə göstərilən ödənişlərin cavabdeh tərəfindən həyata keçirildiyini mübahisələndirməmişdir. Lakin həmin məbləğlərin onun borcuna aidiyyəti olmadığını, cavabdehin onun dostlarına olan borcları ödəmək üçün köçürdüyünü bildirmişdir. Lakin bu izahatlar inandırıcı olmamaqla iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh ümumilikdə 2110 manat məbləğində pulu iddiaçıya geri qaytarmışdır. Həmçinin iddiaçı 400 manat pulun əlbəəl ödənildiyini qəbul etmişdir. Ümumi 2510 manat pulun qaytarıldığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab ediir ki, ümumi borcun məbləğinin 8000 manat olması müəyyən edildiyindən, qalıq borc olan 5490 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 106.1, 217.3 və 217.4-cü maddələrinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5490 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 122 manat pulun 63 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5490 (beş min dörd yüz doxsan) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 122 manat pulun 63 (altmış üç) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2711/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2711/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver