Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2714/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hacıəhməd qızına qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Hacıəhməd qızına qarşı “borc tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıəhməd qızından İddiaçı ASC-nin xeyrinə 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1035.59 AZN əsas borc, 85.16 AZN faiz borcu və 39.57 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1160.32 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Hacıəhməd qızı 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend" Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 1399 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 818 №-İi 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 23 sentyabr 2019-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh Hacıəhməd qızı ilə “FİNtrend’’ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "Nikoyr İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 13-dək Cavabdeh Hacıəhməd qızının banka 18 sentyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 1035.59 AZN əsas borc, 85.16 AZN faiz borcu və 39.57 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1160.32 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Fintrend” Bank olmayan kredit təşkilatı ilə Cavabdeh Hacıəhməd qızı arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh Hacıəhməd qızına istehlak məqsədləri üçün 36 ay müddətinə illik 35% ödəmək şərtilə 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavənin məzmunundan görünür ki, Cavabdeh Hacıəhməd qızı qeyd edilən müqavilənin şərtlərinə əsasən 36 ay müddətinə hər ay 63,29 (altmış üç manat iyirmi doqquz qəpik) manat (sonuncu ay 62,95 (altmış iki manat doxsan beş qəpik) manat) aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində kredit vəsaiti “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh Hacıəhməd qızının hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 23 sentyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişin surətindən görünür ki, müvafiq sazişə əsasən Cavabdeh Hacıəhməd qızı ilə “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş 13 aprel 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Hacıəhməd qızınun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1035,59 (bir min otuz beş manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 85,16 (səksən beş manat on altı qəpik) manat məbləğində faiz borcu və 39,57 (otuz doqquz manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1160,32 (bir min yüz altmış manat otuz iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Hacıəhməd qızına ünvanlanmış 01 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun 5 (beş) gün müddətində qaytarılması, əks təqdirdə müvafiq iddia ərizəsi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı bank cavabdeh şəxsi xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 15 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh Hacıəhməd qızı 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend" Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 1399 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 818 №-İi 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 23 sentyabr 2019-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh Hacıəhməd qızı ilə “FİNtrend’’ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "Nikoyr İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 13dək Cavabdeh Hacıəhməd qızının banka 18 sentyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 1035.59 AZN əsas borc, 85.16 AZN faiz borcu və 39.57 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1160.32 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hacıəhməd qızından 1035,59 (bir min otuz beş manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 85,16 (səksən beş manat on altı qəpik) manat məbləğində faiz borcu və 39,57 (otuz doqquz manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1160,32 (bir min yüz altmış manat otuz iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2714/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2714/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver