Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2720/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan uşaqların - xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 və xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 üçün hər ay 470 azn alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2012-ci il tarixində rəsmi bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)-7542/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 anası İddiaçı himayəsində saxlanılmışdır. 2(005)-7649/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamə ilə, xx.xx.2016-cı il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 117 (yüz on yeddi) manat stabil pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1085/2020 nömrəli qətnaməyə əsasən müəyyən edilmiş aliment məbləğinin həcmi artırılaraq, hər uşağa 170 (yüz yetmiş) manat qət edilmişdir. İddiaçı hesab edir ki, hazırda 170 manat hər uşağın saxlanılması üçün yetərli məbləğ deyildir. Maddi köməyə ehtiyacı olmasına tutulması baxmayaraq, iddaçı uşaqların saxlanılması ilə maraqlanmır. Bildirir ki, günügündən ərzaq və məişət məhsullarının qiymətləri və Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının miqdarı da artır. Hazırda övladları 10 və 11 yaşlarında olmaqla 5-ci sinifə gedillər. Cavabdeh isə bir valideyn olaraq öhdəliklərini tam yerinə yetirmir. Uşaqların ehtiyaclarının böyük qismi bir ana kimi tək iddiaçının üzərinə qalmışdır. Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, o, İddiaçı ilə nikahının pozulmasından sonra başqa bir şəxslə rəsmi ailə həyatı qurmuş və bu nikahdan da övladı dünyaya gəlmişdir. Bildirir ki, ailə başçısı kimi bu övladını və həyat yoldaşını maddi cəhətdən təmin etmək onun borcudur. Qeyd edir ki, o, İddiaçı iddiası ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimenti ödəyir. Lakin İddiaçı qərəzli şəkildə hər dəfə alimentin məbləğinin artırılması barədə məhkəməyə iddia ərizəsi verərək cavabdeh üçün əlavə problemlər yaratmaq istəyir. Belə ki, iddiaçı, onun hal-hazırda işləmədiyini və maddi vəziyyətinin çətin olduğunu bilir. Özü isə hal-hazırda özəl bir şirkətdə aylıq 1000 manatdan artıq əmək haqqı almaqla işləyir. Lakin buna baxmayaraq o, cavabdehin inzibati qaydada həbsinə nail olmaq üçün hər dəfə alimentin məbləğinin artırılması barədə iddia ərizəsi verərək cavabdehi çıxılmaz vəziyyətə salmaq istəyir. Qeyd edir ki, cavabdeh hal-hazırda işsiz kimi məşğulluq idarəsində qeydiyyata alınmışdır. Müxtəlif idarə və təşkilatlara iş ilə əlaqədar müraciət etsə də, bu günə kimi işlə təmin edilə bilməmişdir. Eyni zamanda bildirir ki, onun əvvəl mülkiyyətində avtomobil var idi. Cavabdeh həmin avtomobil ilə əhaliyə sərnişindaşıma xidməti göstərib gəlir əldə edirdi. Cavabdeh bildirir ki, bu gəlir ilə iddiaçıya həm aliment ödəyir, həm də özünün digər problemlərini həll edə bilirdi. Ancaq onun iddiaçıya aliment borcu yarandığına görə o həmin avtomobilin satılmasını tələb etmiş, həmin avtomobil hərrac yolu ilə satılaraq pulu iddiaçıya ödənilmişdir. Cavabdeh qeyd edir ki, ondan sonra yenidən avtomobil almaq üçün maddi imkanı olmadığına görə artıq sərnişindaşıma xidməti ilə məşğul ola bilmir. Həmçinin bildirir ki, qanunvericiliyə görə, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Cavabdeh bildirir ki, o da bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirir. Lakin iddiaçının maddi vəziyyəti ondan daha yaxşı olduğu halda o, cavabdehdən əlavə vəsait tələb edir. Bu isə cavabdehin onsuz da çətin olan maddi vəziyyətini daha da çətinləşdirir. Eyni zamanda bildirir ki, iddiaçı cavabdehin uşaqlarla ünsiyyətdə olmağına şərait yaratmır. O, qərəzli şəkildə onların görüşməyini əngəlləyir. Cavabdeh bildirir ki, o, dəfələrlə uşaqlarla onların təhsil aldığı məktəbdə görüşmək istəsə də, uşaqları məktəbə gətirən şəxs buna imkan yaratmamış və aralarında mübahisə yaranmışdır. Bu halın özü də iddiaçı tərəfindən cavabdehin həbs edilməyi üçün qərəzli şəkildə şəraitin yaradılması deməkdir. Yəni işin bütün nalları açıq-aydın sübut edir ki, İddiaçı əsas məqsədi guya ki, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar alimentin məbləğinin artırılması yox, cavabdeh üçün qərəzli şəkildə əlavə çətinliklər və problemlər yaradaraq onun yenidən inzibati qaydada həbs edilməyinə nail olunmasıdır. Ona görə də hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 11152393 seriya №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. AZE 11152376 seriya №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(005)-7542/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 28 avqust 2012-ci il tarixdə 661 nömrə ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 05 oktyabr 2012-ci il tarixində doğulmuş X8 və 29 sentyabr 2013-cü il tarixində doğulmuş X9 anaları İddiaçı yanında qalması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(005)- 7649/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2012-ci il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin 21 iyun 2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2022-ci il tarixdə verilmiş AZ-İV 654474 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04 mart 2021-ci il tarixdə verilmiş, AZ-İİ 425421 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2053/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın xərclərinin artdığını bildirərək qeyd olunan qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə iddia tələbi rədd olunmalıdır. Belə ki, işin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində müsbət yöndə dəyişiklik olmamışdır. İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda birinci növbədə uşaqların hüquq və mənafeləri gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2053/2022 saylı qərarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1085/2020 saylı icra sənədi üzrə Cavabdeh 9020 manat borcu yaranmışdır. Həmin borc məbləğindən 2000 manat İddiaçı hesabına ödəniş edilmişdir. Qeyd olunan qərarla Cavabdeh 500 AZN cərimə edilmişdir və hazırda da EMİS-dən əldə olunan məhkəmə və icra işləri barədə məlumatdan aydın olur ki, Cavabdeh tərəfindən 500 manat cərimə məbləği ödənilməmişdir. Göründüyü kimi, cavabdehin əvvəlki icra sənədi üzrə yaranmış aliment borcu qalmaqda davam edir. Belə bir halda, iddiaçının iddiasının təmin olunub alimentin məbləğinin artırılması aliment ödəyicisinin (cavabdehin) maddi vəziyyətinə təsir edərək məhkəmə aktının icrasını mümkünsüz edəcək və cavabdehin süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb olunmasına səbəb olacaqdır. Qeyd olunanlarla yanaşı, məhkəmə bildirir ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında cavabdehin maddi imkanının kifayət qədər olmasını, mülkiyyətində daşınmaz əmlaklar olmasını bildirsə də, o, qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, beləliklə, iddiasının dəlillərini əsaslandıra bilməmişdir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2720/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2720/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver