Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2729/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışının təxirə salınması və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Lakin cavabdeh “BANK OF BAKU" ASC etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, İddiaçı Elbrus oğlu tərəfindən verilən iddia tələbinə etiraz edir, Notarius tərəfindən aparılmış icra hərəkəti, həm notariat haqqında Azərbaycan Respublikası Qanunvericiliyinə, həm də müvafiq təlimata uyğun şəkildə aparılmışdır. MPM 50.3-cü maddəsinə əsasən, İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Aparılan icra hərəkəti üzrə Bank of Baku ASC heç bir cavabdehlik daşımır. Yəni icra hərəkəti ləğv olunacağı təqdirdə, bununla bağlı Bankın üzərinə hər hansı öhdəlik qoyula bilməyəcəyindən bu hissədə bankı cavabdeh qoymaq prosessual pirnsiplərə ziddir. iddia ərizəsi verilən zaman ərazi aidiyyatı da pozulmuşdur. notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında notarius yerləşdiyi yerin ümumi məhkəməsinə iddia tələbi ilə müraciət etmək lazımdır. 19 saylı notaiat ofisi ünvan 1 ünvanında yerləşir və notariat hərkəti həmin ofisin xüsusi notariusu Hafiz Hacızadə tərəfindən aparılmışdır. MPM 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, bu hal iddia ərizəsi və ona əlavə olunan sənədlərin geri qaytarılması üçün əsasdır. Qeyd olunanları nəzərə almasını məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bu Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC və Bakı Şəhəri 19 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz ilə ödənilmiş dövlət rüsumu olan 99,60 manat İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2729/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2729/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver