Məhkəmə qərarları › İş №2(005)-2738/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2738/2020

01.09.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2738/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsinin Cavabdeh qarşı “artıq alınmış pensiyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsi Cavabdeh qarşı “artıq alınmış pensiyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1077,20 manat məbləğində pul Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsindən mərhum qardaşı X3 əmək pensiyasının ölümündən sonra da aldığı faktı aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X4 xx xxxx 2019-cu il tarixdə vəfat etməsinə baxmayaraq, vətəndaş Cavabdeh qardaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni İdarəyə vaxtında təqdim etmədiyindən, 31 08.2019-cu il tarixədək olan əmək pensiyası mərhumun plastik kartına tam məbləğdə köçürülmüşdür. Nəticədə 1557,20 (bir min beş yüz əlli yeddi) manat artıq pensiya alınmışdır. Artıq ödənilmiş pensiyadan 480,00 (dörd yüz səksən) manat dəfn üçün müavinat məbləğdən çıxılmış, qalan 1077,20 (bir min yetmiş yeddi) manat borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, AZ-İİ № 036992 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixdə Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsinə müraciət edərək, X2 ölümü səbəbi ilə dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X2 hesabına 846,90 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X2 hesabına 846,90 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 39.4-cü maddəsinə əsasən isə “artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən - “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qanuni əsas və ya müqavilə əsas olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1077,2 manat məbləğində pul tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı və Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1077,20 manat məbləğində pul Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Yanında Dövlət X8 X7 İdarəsinə ödənilsin. Cavabdehdən 30 manat dövlət rüsumu tutulsun və Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar