Məhkəmə qərarları › İş №2(005)-274/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-274/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-274/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçın, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və X4 mübahisə predmeti barəsdində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dsn 157.842 (yüz əlli yeddi min səkkiz yüz qırx iki) manat borcun, gecikməyə görə 15000 (on beş min) manat məbləğində əlavə faizin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “PRO CEİLİNG" MMC-nin təsisçisi oldudğu müddətdə ayrı-ayrı vaxtlarda borc müqavilələri əsasında cəmiyyətə ümumilikdə 157.842 (yüz əlli yeddi min səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaitini cəmiyyətin Rabitəbank ASC-də bank hesabına köçürmək yolu ilə borc vermişdir. Belə ki, 1) 16.03.2018-ci il tarixli 01 saylı borc müqaviləsi üzrə 31900 manat; 2) 09.04.2018-ci il tarixli 02 saylı borc müqaviləsi üzrə 11000 manat 3) 17.04.2018-ci il tarixli 03 saylı borc müqaviləsi üzrə 500 manat; 4) 25.04.2018-ci il tarixli 04 saylı borc müqaviləsi üzrə 2300 manat 5) 14.05.2018-ei il taı ixli 05 saylı borc müqaviləsi üzrə 17000 manat; 6) 04.07.2018-ci il tarixli 06 saylı borc müqaviləsi üzrə 16000 manat 7) 06.07.2018-ci il tarixli 07 saylı borc müqaviləsi üzrə15000 manat 8) 16.07.2018-ci il tarixli 08 saylı borc müqaviləsi üzrə 7000 manat; 9) 20.09.2018-ci il tarixli 09 saylı borc müqaviləsi üzrə 14692 manat; 10) 21.11.2018-ci il tarixli 10 saylı borc müqaviləsi üzrə 16000 manat; 11) 03.12.2018-ci il tarixli 11 saylı borc müqaviləsi üzrə 20000 manat 12) 17.12.2018-ci il tarixli 12 saylı borc müqaviləsi üzrə 15000 manat 13) 10.01.2019-cu il tarixli 13 saylı borc müqaviləsi üzrə 650 manat. Əlavə olaraq bildirir ki. 14.05.2018-ci il tarixli 05 saylı borc müqaviləsi üzrə verdiyi 17000 manat məbləğində borc müqaviləsinin sürəti onda olmadığından iddia tələbinə əlavə edə bilməmişdir. Bu səbəbdən də həmin müqavilənin Rabitəbank ASC-dən götürülməsi zərurəti vardır. Cavabdeh aldığı borcu müqavilədə qeyd olunmuş tarixdə qaytarmaq öhdəliyini götürsə də, bu günə kimi müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Borcun geri qaytarılması ilə bağlı çoxsaylı şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq cavabdeh hələ də mənə məxsus pul vəsaitinin qanunsuz olaraq öz istifadəsində saxlamaqla ona maddi və mənəvi ziyan vurmaqdadır. Belə olan halda pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Hesab edir ki, cavabdeh vaxtında qaytarmalı olduğu borcla yanaşı bu günə kimi pul vəsaitlərini qanunsuz istifadəsində saxladığına görə illik 5% olmaqla əlavə faiz də ödəməlidir. Faiz məbləği isə borcun 31.12.2018-ci il tarixdə qaytarılmasım nəzərə alaraq həmin vaxtdan bu günə kimi olan 20 ay müddətinə 15.000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X9 izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi. Həmçinin cavabdehin nümayəndəsi və vəkili X9 məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində mülki işə cəlb edilməklə Cavabdehndən 157.842,00 (yüz əlli yeddi min səkkiz yüz qırx iki) manat borcun, gecikməyə görə 15.000,00 (on beş min) manat məbləğində əlavə faizin və 30,00 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun tərəfindən müxtəlif vaxtlarda yəni 01 saylı, 01 mart 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 31.900,00 (otuz bir min doqquz yüz) manat, 02 saylı, C9 aprel 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 11.000,00 (on bir min) manat, 03 saylı, 17 aprel 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 500,00 (beş yüz) manat, 04 saylı, 25 aprel 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 2.300,00 (iki min üç yüz) manat, 05 saylı, 14 may 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 17.000,00 (on yeddi min) manat, 06 saylı, 04 iyul 2018ci il tarixli "Borc müqaviləsi"nə əsasən 16.000,00 (on altı min) manat, 07 saylı, 06 iyul 2018-c: il tarixli "Borc müqaviləsi"nə əsasən 15.000,00 (on beş min) manat, 08 saylı, 16 iyul 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 7.000,00 (yeddi min) manat, 09 saylı, 20 sentyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 14.692,00 (on dörd min altı yüz doxsan iki) manat, 10 savlı, 21 oktyabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 16.000,00 (on altı min) manat, 11 saylı, 03 dekabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 20.000,00 (iyirmi min) manat, 12 saylı, 17 dekabr 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən 15.000,00 (on beş min) manat, 13 saylı, 10 yanvar 2019-cu il tarixli "Borc müqaviləsi"nə əsasən 650,00 (altı yüz əlli) manat ümumilikdə isə 157.872,00 (yüz əlli yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğndə pul vəsaiti Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan cari bank hesabına mədaxil edilmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, 05 saylı, 14 may 2018-ci il tarixli "Borc müqaviləsi"nə əsasən cavabdehə vermiş olduğu 17.000,00 (on yeddi min) manat məbləği üzrə "Borc müqaviləsi"nin surəti onda yoxdur. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, İddiaçı Cavabdeh əvvəlki təsisçisi olmuş və ona məxsus təsis payı alqı-satqı müqaviləsinə əsasən başqa Şükran Əliyevə satmış, bundan sonra həmin alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirsədə xeyrinə nəticə əldə olunmamışdır. İddiaçı tərəfindən "Borc müqavilələri"nə əsasən Cavabdeh cari bank hesabına mədaxil etdiyi pul vəsaiti iddiaçıya məxsus olmamışdır. Mübahisəli hüquq münasibətinin obyekti hərəkət yəni qaytarılmalı olan pul vəsaitidir. Mülki hüquq münasibətinin formalaşması üçün isə üç element lazımdır hüquq münasibətinin məzmunu, subyektiv tərkibi, obyektiv tərkibi, bunlarında olması halmda hüquq münasibətinin əmələ gəlməsinin əsas şərtidir, tərəflər arasında bağlanmış "Borc müqaviləsi"ndən görünür ki, əmələ gəlmiş bu mülki hüquq münasibətinin subyektləri borc verən şəxs-iddiaçı və borc alan şəxs isə cavabdehdir. Tərəflər arasında bu hüquq münasibətinin məzmununu isə borc verən (iddiaçı) borc alana (cavabdehə) 157.872,00 (vüz əlli yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində mülkiyyətinə pul verilməsi, borc alan (cavabdeh) isə borc verənə (iddiaçıya) borc pul məbləğini qaytarılması təşkil edir. Tərəflər arasında bu hüquq münasibətinin obyektini isə qaytarılmalı olan pul məbləğidir. Göründüyü kimi iddiaçı cavabdehin cari bank hesabına mədaxil etdiyi pul vəsaitinin mülkiyyətçisi olması borc münasibətlərin yaranmasının vacib şərtdir. İddiaçı onun barəsində verilmiş şikayət üzrə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BMCMİ-də aparılan materiallarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə hər hansı tələbinin olmadığını bildirmişdir. Çünki, onun tərəfindən mədaxil edilən vəsait ona məxsus olmamışdır. Belə ki, mübahisə edilən pul vəsaiti X3 və X2 məxsus olmuş, bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də aparılan araşdırma materialları ilə də təsdiqini tapmışdır. Məhkəmə iclasında üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək, iddianın tam əsassız olduğunu, hüquqi şəxsin əslində onunla digər şəxsə məxsus olduğunu, iddiaçının onun qızı ilə ailə qurmasından sonra Azərbaycanda hüquqi şəxs təsis edərək, onun adına rəsmiləşdirdiyini, hazırda tələb edilən pul vəsaitlərinin onun tərəfindən iddiaçıya göndərildiyini, həmin vəsaitin məhz onun özünəməxsus olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mükün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16.03.2018-ci il tarixli, 01 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 31900,00 (otuz bir min doqquz yüz) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 09.04.2018-ci il tarixli, 02 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 11000 (on bir min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 17.04.2018-ci il tarixli, 03 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 500 (beş yüz) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 25.04.2018-ci il tarixli, 04 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 04.07.2018-ci il tarixli, 06 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 16000 (on altı min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 06.07.2018-ci il tarixli, 07 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 15000 (on beş min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 16.07.2018-ci il tarixli, 08 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 7000 (yeddi min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 20.09.2018-ci il tarixli, 09 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 14692,25 (on dörd min altı yüz doxsan iki) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 21.11.2018-ci il tarixli, 10 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs Cavabdeh MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 16000 (on altı min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 03.12.2018-ci il tarixli, 11 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 17.12.2018-ci il tarixli, 12 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 15000 (on beş min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 10.01.2019-cu il tarixli, 13 saylı müqavilənin surətindən görünür ki, Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs İddiaçı (Şəxsiyyət vəsiqəsi Seriya AZE № 09328188 26.12.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2018-ci il tarixində ********** Qeydiyyat (VÖEN) nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən «Borc verən» 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanlandığı 10.08.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, bildirirəm ki, "xxxx" MMC-nin təsisçisi olduduğum müddətdə ayrı-ayrı vaxtlarda borc müqavilələri əsasında cəmiyyətə ümumilikdə 157.842 m a n a t məbləğində borc vermişəm. Müqavilələrə əsasən borcu müəyyən edilmiş müddətdə mənə qaytarılmalı olsanız da bu günə kimi öhdəliyinizi yerinə yetirməmisiniz. Belə olan halda pozulmuş hüquqlarımın müdafiəsi məqsədilə məhkəməyə müraciət edəcəm. Bu zaman borcu tələb etməklə yanaşı borcu qəsdən qaytarmadığınıza görə mənimsəmə niyyətiniz barədə xüsusi qərardad çıxarılmaqla araşdırılma aparılması üçün prokurorluğa göndərilməsini xahiş edəcəm. (Belə ki, sözügedən qanun tələbinə əsasən etibar edilmiş özgə əmlakım talama mənimsəmə və ya israf etmə cinayət məsuliyyəti yaradır və qanunla bunun ən ağır cəzası 14 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırlır.) İş materiallarında olan 19.03.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 31900 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 10.04.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 11000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 17.04.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 500 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 25.04.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 2300 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 04.07.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 16000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 06.07.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 15000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 16.07.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 7000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 20.09.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 14.692,25 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 21.11.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 16000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 03.12.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 20000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 17.12.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına 15000 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. İş materiallarında olan 10.01.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 650 manat pul köçürülməsi üçün nağd ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, fiziki şəxs İddiaçı (bundan sonra “Borc verən adlandırılacaq) və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan” ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlandırılacaq) borc müqavilələrinə əsasən «Borc verən» pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı borc müqavilələri üzrə verdiyi pul vəsaitini geri tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, İddiaçı tərəfindən "Borc müqavilələri"nə əsasən Cavabdeh cari bank hesabına mədaxil etdiyi pul vəsaitinin iddiaçıya məxsus olmadığını bildirir, habelə qeyd edir ki, mübahisə edilən pul vəsaiti X3 və X2 məxsus olmuş, bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də aparılan araşdırma materialları ilə də təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 49-1.1-ci maddəsinə əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; ( maddə 49-1.1.1 ) hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; (maddə 49-1.1.2.) bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri; (maddə 49-1.1.8.) Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi yazılı borc müqavilələri üzrə ödənilməmiş borcun tutulması hissəsində qismən əsaslıdır, yəni 150042 manat (yüz əlli min qırx iki manat) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, keçirilmiş bir neçə məhkəmə iclaslarına baxmayaraq iddiaçı tərəfindən 14 may 2018-ci il tarixli 05 saylı müqavilə məhkəməyə təqdim edilməmiş, həmin müqavilənin tələb edilməsi ilə bağlı hər hansı vəsatət də verilməmişdir. Bundan başqa mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən də həmin müqavilənin surəti təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə mülki iş materiallarına əlavə edilmiş sübutlarla kifayətlənərək, onlara hüquqi qiymət verməyi zəruri hesab etmişdir. Bundan başqa məhkəmə, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də aparılan araşdırma materialları ilə hüquqi şəxsin iddiaçıya məxsus olmaması faktının təsdiq edilməsi və s. ilə bağlı istinad etdiyi hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin müddəalarına əsasən, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, hüquqi şəxsin əslində iddiaçıya məxsus olmamasına dair məhkəməyə mötəbər dəlillər təqdim edilməmişdir. Məhkəmə sorğusu edilməsinə baxmayaraq, polis orqanında alınmış izahatların nəticəsi barədə məhkəməyə cavab verilməmiş, bununla belə həmin araşdırmanın MPM-in 88-ci maddəsinin müddəaları baxımından da hazırki mübahisəyə preyudisial əhəmiyyəti olmadığından cavabdehin etirazları əsassızdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, mübahisəli müqavilələr üzrə pul vəsaitlərinin iddiaçıya məxsus olmadığı ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh İddiaçı tərəfindən "Borc müqavilələri"nə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cari bank hesabına mədaxil etdiyi pul vəsaitinin iddiaçıya məxsus olmadığını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı cavabdeh MMCnin nümayəndəsinin yalnız izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçının bildirdiyi və təqdim edilən müqavilələrin surətindən göründüyü kimi, iddiaçı cavabdehə 150042 manat (yüz əlli min qırx iki manat) məbləğində borc pul verdiyi sübuta yetmişdir. Məhkəmə iddia tələbinin “15000 (on beş min) manat əldən çıxmış fayda” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, heç bir hüquqi əsasa söykənmədiyindən müvafiq tələb həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə mülki iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 150042 manat (yüz əlli min qırx iki) manat məbləğində borc İddiaçı xeyrinə ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 04 manat hissəsi dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 150042 manat (yüz əlli min qırx iki) manat məbləğində borc İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" MMC-dən mülki iş üzrə ödənilmiş 26 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun 04 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar