Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2749/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3, nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü Nəcəfova (Səlimova) Aylin Elman qızının saxlanması üçün o, yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimenlin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2801/2017 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı iddia tələbi təmin edilmiş və xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh X1 13.01.201 7-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 atası olması müəyyən edilmiş, Cavabdeh ilə iddiaçının faktiki münasibətindən olmuş xx.xx.2017-ci il təvəllüdlü Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçının soy adı dəyişdiyindən övladının da soyadı dəyişdirilmiş və X9 olmuşdur. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq təhsilə ehtiyacı var və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 194 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Əvəzində alimenti babası ödəməyə çalışmışdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması’' barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddiaçı ilə oğlunun rəsmi nikahdan kənar övladlarının dünyaya gəldiyini, həmin uşaq doğulmamışdan öncə uşağı istəmədiklərini, bu halı iddiaçının özünə dəfələrlə bildirdiklərini, lakin iddiaçı uşağa görə onlardan hər hansı kömək tələb etməyəcəyini bildirmişdir. Hazırda oğlunun rəsmi nikah bağlayaraq ailə qurduğunu, əmək haqqının isə təxminən 500-560 manat olduğunu, bu səbəbdən də alimentin məbləğinin artırılması barədə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək, yazılı etiraz təqdim edib bildirdi ki, iddiaçı Nəcəfova X2 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü Nəcəfova (Səlimova) Aylin Elman qızının saxlanması üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi əsassızdır, aşağıda göstərilənlərə görə təmin olunmamalıdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta alimenti bir dəfə belə olsun ödəməmişdir, əvəzində aliımenti babasının ödəməyə çalışdığını göstərmişdir. Bildirir ki, iddiaçı alimentin ödənilməsi ilə əlaqədar məhkəməyə yalan məlumatlar verir, cavabdeh alimenti hər ay mütəmadi olaraq ödəyir, qəbzlərin surətini məhkəməyə təqdim edə bilər. Cavabdehin övladı ilə maraqlanmaması ilə əlaqədar onu göstərir ki, xx.xx.2017-ci il təvəllüdlü Nəcəfova (Səlimova) Aylin Elman qızı iddiaçının cavabdehlə qeyri qanuni əlaqəsindən həyata gəlmişdir, uşağın dünyaya gəlməsinə cavabdeh qəti əleyhinə olmuşdur. Belə ki, cavabdeh 2016-cı ildə repetitor olaraq iddiaçıdan individual ödənişli əsaslarla dərs götürmək barədə razılaşmış, dərslər zamanı iddiaçı cavabdehi bir gənc olaraq tora salaraq intim əlaqəyə girmiş, sonra isə hamilə olduğunu bildirərək həmin uşağın özünün istədiyini, cavabdehdən uşaqla əlaqədar heç bir tələbi olmayacağını, uşağı hər cəhətdən özünün təmin edəcəyini bildirmiş və uşağı dünyaya cavabdehin buna razılığı və istəyi olmadan həyata gətirmiş, sonra isə ayrılmışlar. Uşaq dünyaya gəldikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2017- ci il təvəllüdlü Nəcəfova (Səlimova) Aylin Elman qızının atası Cavabdeh olması müəyyən edilmiş və onun saxlanması üçün cavabdehdən hər ay 136.60 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Onu da qeyd edir ki, iddiaçı ilə cavabdehin intim əlaqələri qısa müddət ərzində, cavabdeh tərəfindən hər hansı öhdəlik daşımayacaq şəkildə davam etmiş, iddiaçı həmin vaxt ailəli, cavabdeh isə subay gənc oğlan olmuş, iddiaçı cavabdehdən istifadə etmiş, bununla da həm öz ərini, həm Cavabdehı aldatmışdır. Beləliklə, cavabdehin nəyə görə uşağı tanımadığı və bunun üçün cəhd göstərmədiyi bəlli olur, lakin buna baxmayaraq qətnamə ilə müəyyən olunmuş aliment məbləği cavabdeh tərəfindən vaxtı-vaxtında cavabdehin hesabına köçürülür. Bundan başqa nəzərə çatdırır ki, cavabdeh özü ailə qurmuş, birgə nikahdan 1 uşağı var, arvadı və uşağı onun himayəsindədir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikahından xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuş, uşaq anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)- 2801/2017 saylı mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh X1 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 atası olması müəyyən edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 136,60 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinin AZ-İV № 727626 saylı, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1602 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı. İş materiallarında olan AZEMİS informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X14 Klubu” MMC-də mütəxəssis vəzifəsində çalışır və 1250 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 2801/2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 13 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2749/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2749/2022
22.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver