Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2754/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə görə davam edən kompensasiya” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə görə davam edən kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aramızda Bakı şəhəri 14 saylı notariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən götürülmüş öhdəliklər icra edilmədiyinə görə cavabdehdən mənim xeyrimə 170.000 (yüz yetmiş min) manat kompensasiya məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında xx xxxx 2018-ci il tarixində Bakı şəhəri 14 saylınotariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. AN-İ ******* nömrəli müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 942 saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alıcı olaraq İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. AN-İ ******* nömrəli müqavilənin 1-ci bəndinin a yarımbəndinə əsasən “Satıcı”, yəni Cavabdeh Əli oğlu Bakı şəhəri, Binəqədi rayonu. Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m), 6 otaqlı 944 saylı bağ evini və həmin müqavilənin 1-ci bəndinin b yarımbəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən 944 saylı bağ evinin mülkiyyətində olan 0.09 ha torpaq sahəsini alıcı olaraq İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan torpaq sahəsi və bağ evi ilə bağlı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Adı çəkilən hər iki müqavilənin 11-ci bəndinə əsasən ''Satıcı" daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Alıcı'nın bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2018-ci il tarixinədək alıcının faktiki sahibliyinə təhvil verməyi və bağ evini torpaq sahəsi ilə birlikdə qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürür. Satıcı ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş) manat kompensasiya ödəməyi öhdəsinə götürür. Alıcı olaraq iddiaçı tərəfindən müqavilələr üzrə öhdəlik götürdüyü vəzifələrin icra olunmasına baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1953/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci ıl tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən ünvan 4 saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini qeyd-şərtsiz tərk edərək həmin torpaq sahəsini yardımçı vasitələri ilə birlikdə İddiaçı, təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1957/2019 saylı, 11.03 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m), 6 otaqlı 944 saylı bağ evini torpaq sahəsi ilə birlikdə qeydsiz-şərtsiz boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddia tələbləri tam təmin edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnamələrini apellyasiya qaydasında mübahisələndirmişdir. Bakı Apellyasiya Məıhkəməsinin 2(103)-9337/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(103)-9317/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələri ilə apellyasiya şikayətlərim qismən təmin edilərək Binəqədi rayon Məhkəməsinin hər iki qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabehdən iddiaçının xeyrinə 20.000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamələr qəbul edilmiş, hər iki qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə 20.000 manat məbləğində pul tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlsə də bu günki günə qədər Cavabdeh bağ evi və torpaq sahəsini tərk etməyərək ona təhvil verməmişdir. Bu səbəbdən də müqavilələrdə nəzərdə tutulan kompensasiya məbləği hər ay artmaqda davam edir. Hesab edir ki, Cavabdeh xx xxxx 2018-ci il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə qeyd olunan daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə təhvil verilməli olduğu müddətdən 21 ay keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən 170.000 (yüz yetmiş min) manat kompensasiya məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir (10.000 manat x 21 ay = 210.000 manat; 210.000 - 40.000 = 170.000 manat). Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin real olmadığını, borc üçün formal bağlandığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu. Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m). 6 otaqlı 944 saylı bağ evini və həmin bağ evinin mülkiyyətində olan 0.09 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəh., Binəqədi ray.. Novxanı kəndi, 942 saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001 )-1957/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi və kompensasiya tələbinə dair" iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə iddiaçı arasında olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə uyğun olaraq X1 öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağı sahəsi ünvanında yerləşən y/s 239,7 kv/m k/s 205,6 kv/m olan (ü.s 445.6 kv/m) 6 otaqlı 944 saylı bağ evini torpaq sahəsi ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehin öhdəliyini yerinə yetirmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 (iyirmi min) manat kompensasiyanın, ödəniləcək kompensasiya məbləğinin hər gün üçün 0,1% olmaqla dəbbə pulu qismində 2400 (iki min dörd yüz) manat pulun tutulması hissəsində rədd edilməsi, icdia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatını Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%-i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1953/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh carşı «müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi və kompensasiya tələbinə dair» iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə iddiaçı arasında olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən ünvan 4 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi boşaldılaraq yardımç vasitələri ilə birlikdə İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehin öhdəliyini yerinə yetirmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20 000 (iyirmi min) manat kompensasiyanın, ödəniləcək kompensasiya məbləğinin hər gün üçün 0,1% olmaqla dəbbə pulu qismində 2400 (iki min dörd yüz) manat pulun tutulması hissəsində rədd edilməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatını Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%-i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9317/2019 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-957/2019 nömrəli qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 9337/2019 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1953/2019 nömrəli qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2738/2020 saylı qərarı ilə Cavabdeh və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-9317/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-9337/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü ünvan 4 saylı bağ sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9317/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 944 saylı bağ sahəsi torpaq sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılışdırılmış iradə ifadəsi (iki tərəfli əqdi) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, tərəflər arasında iradə ifadəsi əsasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZ-İ No ******* və ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinin şərtləri həmin əqdlər üzrə tərəf olan şəxs tərəfindən pozulmuş, yəni Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən 942 və 944 saylı bağ evlərini və həmin bağ evilərinin mülkiyyətində olan müvafiq olaraq 0,09 ha və 0.12 ha torpaq sahəsini boşaldılaraq yardımçı vasitələri ilə birlikdə İddiaçı təhvil verməli olduğu halda bunu etmədiyindən müqavilə üzrə razılaşdırılmış digər əsasən yaranmasına şərait yaratmışdır. (müqavilələrin 11-ci maddəsi) Belə ki, xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı (Cavabdeh) ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya (İddiaçı) təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı (Cavabdeh) ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya (İddiaçı) təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırki iddia tələbindən və iş materiallarından da müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli akta əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)- 9337/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü ünvan 4 saylı bağ sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9317/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 944 saylı bağ sahəsi torpaq sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* və AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinin şərtləri nəzərə alınmaqla aşağıda qeyd olunan kompensasiyanın tələb etməkdə haqlıdır. xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı müqavilə üzrə (5000 manat x 21 ay=105 000 manat) xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı müqavilə üzrə (5000 manat x 21 ay=105 000 manat) Məhkəmədə sübut olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. (10000 x 21 ay = 210 000 manat; 210000 – 40000 = 170 000) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yəni 170 000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 170000 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2754/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2754/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver