Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2754/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1629.85 manat məbləğində kredit borcu, 19.68 manat məbləğində faiz borcu və 646.92 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2296 (iki min iki yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 18.12.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1629.85 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 21.01.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1629.85 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 402 gün üçün hesablanmış faiz borcu 19.68 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 26.02.2021-ci il tarixə 402 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 646.92 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; İddiaçı QSC “Azadlıq” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 009A********** nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 1629.85 (bir min altı yüz iyirmi doqquz manat səksən beş qəpik) manat məbləğində kredit verilmiş müqavilənin 1.1-ci bəndinə əsasən bank ümumi məbləği 1629.85 (bir min altı yüz iyirmi doqquz manat səksən beş qəpik) manat olan borc pulu (bundan sonra “kredit”) illik faiz dərəcəsi 1 (bir) % olmaqla 60 (altmış) ay (1(bir) il güzəşt müddəti ilə) kredit alana verir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan krediti və faizi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına (ödəniş planı) uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 18.12.2019-cu il tarixli 009A********** nömrəli ödəniş planının məzmunundan görünür ki, cavabdeh kredit ödəniş cədvəlinə uyğun olaraq aylıq qrafik üzrə 33.63 manat (otuz üç manat altmış üç qəpik) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC “Azadlıq” filalı ilə digər Cavabdeh2 arasında bağlanmış 009G**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci surətindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin 19.04.2021-ci il tarixli 08 nömrəli cədvəlindən görünür ki, Cavabdeh1 009A********** saylı 18.12.2019-cu il tarixli kredit razılaşması üzrə borcu 26.02.2021-ci il tarixinə əsas məbləğ üzrə borc 1629.85 manat, faiz üzrə borc 19.68 manat, cərimə borcu 646.92 manat olmaqla cərimə hesablanmış gecikdirilən günlərin sayı 402 gün olmaqla cəmi borc məbləği 2296.45 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 18.12.2019-cu il tarixli kreditin verilməsinə dair məxaric qəbzindən görünür ki, Cavabdeh1 1629.85 (min altı yüz iyirmi doqquz manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini qəbul edərək öz şəxsi imzası ilə təsdiqləmişdir. “xxxx” QSC-nin Cavabdeh1 ünvanladığı 05.04.2021-ci il tarixli 08 nömrəli xəbərdarlığın surətindən görünür ki, İddiaçı QSC ilə bağlanılan 18.12.2019-cu tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 60 ay müddətinə aylıq ödəmək şərti ilə 1629.85 AZN məbləğində kredit götürülmşüdür. Kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadaək kredit borcunun ödənilməsindən yayınmışdır. 04.04.2021-ci il tarixinə gecikdirilmiş ödəniş məbləği 827,16 AZN (əsas məbləğ 101,01 AZN, faiz ödənişi 20,55 AZN, cərimə məbləği 705,60 AZN) təşkil edir. 15.04.2021-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarılmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borcu olan 2356.76 AZN məbləğin (1629,85 AZN təşkil edən əsas məbləğ, 21,31 AZN faiz məbləği və 705,6 AZN cərimə məbləği), həmçinin 04.04.2021-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. “xxxx” QSC-nin Cavabdeh2 ünvanladığı 07.04.2021-ci il tarixli 08 nömrəli xəbərdarlıqın surətindən görünür ki, İddiaçı QSC ilə X2 arasında bağlanmış müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 60 ay müddətinə aylıq ödəmək şərti ilə 1629.85 AZN məbləğində kredit verilmişdir. Kazımov X1 Şirin Sabir qızının öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyır və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürmüşüdür. Hazırda Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınır. 05.04.2021 tarixinə gecikdirilmiş ödəniş məbləği 832,05 AZN (əsas məbləğ 101,01 AZN, faiz ödənişi 20,55 AZN, cərimə məbləği 710,49 AZN) təşkil edir. 16.04.2021 tarixnədək gecikdirilmiş ödəniş məbləği banka qaytarılmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borcun olduğu 2361,69 AZN məbləğin (1629,85 AZN təşkil edən əsas məbləğ, 21,35 AZN faiz məbləği və 710,49 AZN cərimə məbləği), həmçinin 05.04.2021 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1957-ci ildə Naxçıvan şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 07.08.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh2 xx.xx.1956-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. 22.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı QSC-nin hüquqi ünvanı ünvan 3 məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: “xxxx” QSC tərəfindən məhkəməyə təqdim edilmiş 19 aprel 2021-ci il tarixli 08 nömrəli cədvəldən görünür ki, Cavabdeh1 18 dekabr 2019-cu il tarixli 009A********** saylı müqavilə üzrə 646,92 (altı yüz qırx altı manat doxsan iki qəpik) manat cərimə borcu vardır. Məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1629,85 (min altı yüz iyirmi doqquz manat, 85 qəpik) manat əsas, 19,68 (on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 50 (əlli manat) manat cərimə borcu olmaqla, ümumilikdə 1699.53 (min altı yüz doxsan doqquz manat, 53 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1629,85 (min altı yüz iyirmi doqquz manat, 85 qəpik) manat əsas, 19,68 (on doqquz manat altmış səkkiz qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1699.53 (min altı yüz doxsan doqquz manat, 53 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2754/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2754/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver