Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2755/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 485 (dörd yüz səksən beş) manat məbləğində dəymiş ziyanın, təbii qaza görə 340 manat istifadə olunmuş təbii qaza görə debitor borcu və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 856 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı” İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli, AXK-00518xx/xx-2018 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********20090 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları"nın tələblərinə əməl etmək) və “X2 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışaır. Beiə kı, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixçə "İddiaçı” İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və X1 göndərilmiş. Labaratoriyada sayğac yoxlanılarkən çıxış plastmas borunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilmişdir. İTRİ-nin rəyi əsasında “İddiaçı" İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə Təbii X2 pozulması haqqında" aktlar tərtib edilmiş cavabdeh imzalamaqdan imtina etmişdir. Cavabdehə Birliyin işçiləri tərəfindən 485 (dörd yüz səksən beş manat) məbləğində dəymiş zərərin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. İddiaçı İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə edilməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş akt və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla təqsirli hərəkəti ilə təbii qazdan qeyri- qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Hüquqi məsələlər: Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AXK-00518xx/xx-2018 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.Məlum olduğu kimi, sahə üzrə qanunvericilikdə (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 201'-ci il 12 may tarixli, 80 nömrəli Qərarla təsdiq edilmiş “Qazdan istifadə qaydaları') sayğaca müdaxilə, qaz xəttinə qeyri- qanuni qoşulma hallarında təbii qazın talanması nəticəsində olunmuş qazın dəyərinin müəyyən edilməsi ilə əlaqədar münasibətlər tənzimlənilmir. Bu münasibətlər vaxtı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin xx xxxxxx 2006-cı il tarixli, 85 nömrəli əmri ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları'’ ilə nizamlanırdı. Lakin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin xx xxxxxx 2011-ci il tarixli 8 nömrəli əmri ilə 16 noyabr 2Ü06-cı il tarixli 55 nömrəli əmr qüvvədən düşürülmüş və nəticədə faktiki münasibətlər hüquqi nizamlanmadan kənar qalmışdır.Beləliklə, sahə üzrə qanunvericilikdə yaranmış boşluq zahiri xarakter daşımadığına, normativ tənzimləməyə zərurət olduğuna (qaz xətlərinə qeyri- qanuni qoşulma nəticəsində böyük həcmdə istehlak olunan, lakin haqqı ödənilməyən təbii qaz itkisi halları Kütləvi xarakter daşımaya başlayır), normativ tənzimləmə qanunla qadağan olunmadığına və normativ tənzimləmə mövcud olmadığına görə ‘Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.. sadəsindən (konkret İctimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-ın kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 nömrəliqərarı ilə ‘İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarını təsdiq etmişdir.Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. ‘Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixi, 2üÖ nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaet siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cu bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsinə texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli. 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət X3 ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün.. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 253 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR istehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması, üzrə münasibətləri tənzimləyə bilər Bundan başqa, istehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasın xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd şərtsiz dayandırılır və təbi qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir.Yuxarıda qeyd edildiyi sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti aşkar edildikdə dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh məxsus abonentin saldosundan görünür ki, ünvan 1 ünvanının qaz təchizatına görə 485 manat borcu vardır. "İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AXK-00518xx/xx-2018 saylı qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli **********9 Smart Sayğaclı abonentin məlumatlarından görünür ki, Cavabdeh 340 manat məbləğində təbii qaza görə borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, "İddiaçı” İB-nin AKT № QSN-29/030500001/5-32 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2018-ci il tarixli QSN-29/030500001/5-32 saylı aktından görünür ki, "İddiaçı” İBnin SOCAR**********00040020A00371 saylı, xx xxx 2018-ci il tanxll məktubuna əsasən "Qaz sayğaclarına nəzarət" komissiyası tərəfindən Bak: rqöQX Depərtamentinin xidməti ərazsındə əhali sektorunda istismarda olan qaz sayğaclarına xx xxxxxx 2018-ci il tarixləri ərzində aparılmış təftiş işləri nəticəsində aşağıda nömrəsi qeyd olunan Smartkart tipli qaz sayğacı xx xxxxxx 2018-cl il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cii maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilənin tələblərini əsaslı qaydada pozaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməkdən yayınmış və bu zaman onun təbii qazdan sayğacdan kənar istifadəsi nəticəsində ümumilikdə 3.362,48 manat borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə bağlamış olduğu müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan müqavilədən kənar və qeyri-qanuni yollarla istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh təbii X2 pozulması nəticəsində dəymiş ziyana görə 485 manat məbləğində dəymiş ziyan, təbii qaza görə 340 manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 855 (səkkiz yüz əlli beş) manat borc (pulun) İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii X2 pozulması nəticəsində dəymiş ziyana görə 485 manat məbləğində dəymiş ziyan, təbii qaza görə 340 manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2755/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2755/2020
11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver