Məhkəmə qərarları › İş №2(005)-2756/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2756/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2756/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cğlu tərəfindən İddiaçı İB-yə vurulmuş 572,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 602,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-00801xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında 'İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "İddiaçı" İB^nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00152 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2nın tələblərirə əməl etmək) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar da tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixində ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş müvafiq aktdan müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. Rəyə əsasən «qaz sayğacında hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı cüzi zədəli» olduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğunun, dəymiş ziyanın bərpası məqsədilə xx.xx.2019-cu il tarixində (itirilmiş təbi qazın dəyəri üzrə) hazırda 572,40 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda qeyd olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt Cavabdeh iştirakı ilə rəsmiləşdirilməklə aktlaşdırılmış və iş üzrə cavabdeh tərəfindən həmin tarixdən bu günə kimi hər hansı bir pretenziya və irad Birliyə daxil olmamışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldo üzrə 572,40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, cavabdehin verdiyi etirazın əsassız olduğunu bildirib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Etirazda qeyd edilmişdir ki, ona məxsus fərdi yaşayış evinə küçə divarlarında quraşdırılan “SMARTKART” tipli qaz sayğacı istismarda olunduğu müddətdə yalnız kart yüklənilmiş, müqavilə şərtlərinə tam olaraq riayət olunmuşdur. Sayğaca cavabdeh müdaxilə edilməsi tam olaraq absurddur, heç bir müdaxilədən söhbət belə gedə bilməz."İddiaçı" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına guya müxtəlif tarixdə baxış keçirilərkən tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktının aşkar olunması, aşkar olunmuş faktın yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilməsi iddiası da əsassızdır. Çünki, bir dəfə olmayıb ki, Birliyin əməkdaşları qaz sayğacını yoxlayan zaman ailədən kimisə baxış yerinə dəvət etsin, onları məlumatlandırsın. Necə ola bilər ki, akt tərtib edilən zaman onların iştirakı təmin olunmasın, onların iştirakı olmadan akt tərtib edilsin. Digər tərəfdən əgər baxış bir necə dəfə keçirilibsə, pozuntu, müdaxilə aşkarlanıbsa niyə ilk vaxtlardan onun əvvəlcə şifahi, sonra isə yazılı nəzərinə çatdırmalı idi. Nədənsə bunu etmək yadlarına düşməyib. Göründüyü kimi "İddiaçı"ın bu iddiası da əsassızdır. Digər tərəfdən əslində sayğac istismar müddəti başa çatdığı üçün dəyişdirilib. Lakin əməkdaşların tərtib etdiyi xx.xx.2019-cu il tarixli ******* nömrəli aktında guya qaz sayğacında müdaxilə faktı aşkarlandığından sayğac yoxlanılmaq üçün labaratoriyaya göndərilmişdir. xx.xx.2019-cu il tarixli MSK- 29/1710-01086 nömrəli labaratoriya rəyinə əsasən "Qaz sayğacında hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı cuzi zədəli" olduğu müəyyən olunmuşdur. Bu rəylə də razılaşmaq olmaz belə ki, plomb yuva arının ətrafındakı cuzi zədələrin onun tərəfindən olmasını heç kim, heç bir halda sübut edə bilməz, çünki, qəti olaraq tərəfindən heç bir müdaxiləyə yolverilmir. Plomb isə heç bir zədə almadan tam vurulduğu vaxtdan stabil vəziyyətdə olub. Digər tərəfdən həmin zədə sayğaca baxan, onu dəyişdirən əməkdaşlar tərəfindən də törədilə bilər. Sayğacın qablaşdırılması, daşınması, qoyuluşu zamanı da baş verə bilər. Odur ki, bu zədənin cavabdeh tərəfindən baş verməsi əsassızdır, rədd edilməlidir.Digər tərəfdən bizə xəbərdarlıq etmədən, iştirakı təmin edilmədən köhnə sayğac çıxarılaraq dəyişdirilmiş yalnız yenisi quraşdırılan zaman cavabdeh bu mənzərənin şahidi olmuşdur.Prosesi həyata keçirən iki nəzarətçidən köhnə sayğacı cavabdehə göstərmələrini, onun hansı vəziyyətdə olduğunu öz gözlərilə görmək istədiyini bildirdikdə imtina etdilər, hər şeyin qaydada olduğunu problemin olmadığı nəzərinə çatdırıldı. Cavabdeh yalnız yeni sayğacı quraşdırılması barədə akta imza etmişdir.Göründüyü kimi, iddiada irəli sürülən görülən ittihamlar tamamilə əsassiz ,absurddur. Hər bir prosesdə cavabdehin iştirakı təmin olunmayıb. Kimlərinsə bəd əməlləri, absurd ittihamlarını ona şamil etmək doğru deyil, haqsızlıqdır.Hər ay orta hesabla mövsümə uyğun olaraq 10-20 manat civarında karta yüklədiyi qaz onu tam olaraq qane etdiyindən cavabdehin hər hansı bir müdaxiləyə, əyri yollara əl atmağına ehtiyac olmamışdır. Digər tərəfdən cavabdeh namuslu, ləyaqətli, şərəfini hər zaman uca tutan bir ailə başçısı, vətəndaş olduğundan ona yönələn bu ittihamı, qərəzli olaraq 602 manat cərimə olunmağını özünə qarşı qərəz, təhqir hesab edir.Məhkəmədən deyilənləri nəzərə alaraq, müvafiq iddianın əsassız olduğu üçün, tamamilə rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Dəymiş Ziyanın bərpasına dair qərara əsasən Abonent kodu **********00152 olan, istehlakçı Cavabdeh ünvan 2 ünvanında sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 07.08..2019-cu il tarixli 29/1710- 01086 №-li Aktına əsasən G-4 markalı 1202AQ**********5 №-li sayğacın hesablama mexanizminin qoruyucu Örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı cüzi zədəlidir. Sayğacda xx.xx.2019 tarixində ALARM-1 rejimi aşkar olundu. Abonentin saldosundan görünür ki, Abonent kodu **********00152 olan, istehlakçı Cavabdeh ünvan 2 ünvanında 4 nəfər ailə tərkibi mövcuddur, 572,40 manat ödənilməmiş borc mövcuddur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqaviləyə əsasən paylayıcı İstehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən cavabdehi qazla təmin etmək üçün quraşdırılmış qaz sayğacında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktına əsasən müdaxilə faktı aşkarlandığı sayğac yoxlanılmaq üçün labaratoriyaya göndərildiyini, xx.xx.2019-cu il tarixli MSK- 29/1710-01086 nömrəli labaratoriya rəyinə əsasən "Qaz sayğacında hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı cuzi zədəli" olduğu müəyyən edildiyini qeyd edir, cavabdeh qeyd olunanları təkzib edir, ümumiyyətlə qaz sayğacının onun evindən kənarda yerləşdiyini, sayğacla bağlı keçirilən hər hansı baxışda iştirak etmədiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi qaz ilə təmin etdiyi və bununla bağlı xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı G-4 markalı 1202AQ**********5 №-li sayğacın hesablama mexanizminin qoruyucu Örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı cüzi zədələnməsində cavabdehin təqsirli hərəkətlərinin olub-olmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş, “X2”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İddiaçı təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə cavabdehin məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca hər hansı müdaxilə edilməsində cavabdehin təqsirinin olması sübuta yetirilməmişdir. Belə olan halda isə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddası təmin edilməsi. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar