Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2757/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 7.473,10(yeddi min dörd yüz yetmiş üç manat on qəpik) manatməbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7.503,10 (yeddi min beş yüz üç manat on qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı”Açıq Səhmdar Cəmiyyətinin İddiaçı şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************)bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx xxxx 2015-ci il tarixində 8153 nömrəli“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********0078 nömrəli abonent koduverilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə Cavabdeh fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdeh təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, Cavabdeh yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 6.830,30 (altı min səkkiz yüz otuz manat otuz qəpik) manat məbləğində İddiaçınə maddi zərəin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, iş üzrə Cavabdeh 2016-cı ilin fevral ayına kimi də (qanunsuz xəttin aşkar olunması ilə bağlı ilk aktın tərtib olunduğu tarixə kimi)642,80 (altı yüz qırx iki manat səksən qəpik) manatməbləğində qalıq borcuda mövcud olmuşdur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq borcla birlikdə ümumi olaraq 7.473,10 (yeddi min dörd yüz yetmiş üç manat on qəpik) manat məbləğində təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı təşkilat tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cüyarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx xxxx 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 (üç) il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx xxxx 2000-ci il tarixli, 356 nömrəli Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə abonent Cavabdeh arasında imzalanmış xx xxxx 2015-ci il tarixli 8153 nömrəli“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********0078 nömrəli abonent koduverilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən qazdan istifadəyə görə yaranmış borc məbləği hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir; AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə çıxarışın məzmunundan görünür ki, Cavabdeh 2016-cı ilin fevral ayına kimi də (qanunsuz xəttin aşkar olunması ilə bağlı ilk aktın tərtib olunduğu tarixə kimi)642,80 (altı yüz qırx iki manat səksən qəpik) manatməbləğində qalıq borcumövcud olmuşdur; xx xxxxxx 2016-cı il tarixli 092999 nömrəli və xx xxxx 2016-cı il tarixli ******* nömrəli aktların surətlərindən və məzmunldarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar toplam 233,30 (iki yüz otuz manat otuz qəpik) manat məbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxxxx 2016-cı il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2016-cı il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 248,20 (iki yüz qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2016-cı il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 289,40 (iki yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 246,40 (iki yüz qırx altı manat qırx qəpik) manat məbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 1.062 (bir min altmış iki) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 201,60 (iki yüz bir manat altmış qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 540,20 (beş yüz qırx manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 331,80 (üç yüz otuz bir manat səksən qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 133,20 (bir yüz otuz üç manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 266,40 (iki yüz altmış altı manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 133,20 (bir yüz otuz üç manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 66,60 (altmış altı manat altmış qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 284,40 (iki yüz səksən dörd manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 32,40 (otuz iki manat qırx qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 142,20 (bir yüz qırx iki manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evində sayğacdan kənar 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manatməbləğində təbii qazdan istifadə olunması aşkar edilmişdir; xx xxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İstehsalat Bilriyi tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın: 3.2.1-ci və 3.2.2-ci bəndlərinə əsasən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidirlər; 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin: 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur; 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən “X2”nın tələbləri pozulmuş, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma həyata keçirilmiş, qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq müvafiq aktlar tərtib olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə bağlamış olduğu müqavilənin tələblərini əsaslı qaydada pozaraq, təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurmuş və nəticədə təbii qazdan sayğacdankənar istifadəsi nəticəsində onun ümumilikdə 7.473,10 (yeddi min dörd yüz yetmiş üç manat on qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 7.473,10(yeddi min dörd yüz yetmiş üç manat on qəpik) manatməbləğində maddi zərər Cavabdeh məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı”Açıq Səhmdar Cəmiyyətinin İddiaçı şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************)bank hesabına ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 7.473,10(yeddi min dörd yüz yetmiş üç manat on qəpik) manatməbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7.503,10 (yeddi min beş yüz üç manat on qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı”Açıq Səhmdar Cəmiyyətinin İddiaçı şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************)bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2757/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2757/2020
20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver