Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2780/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 43200 (qırx üç min iki yüz) manatborcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 43230 (qırx üç min iki yüz otuz)manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır və yaxın əlaqələri var. Onunla münasibəti həmişə yaxşı olmuşdur. 2019-cu ilin iyun ayında Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirmişdi. Onun sözlərinə görə bu pul ona Dubay şəhərində biznes fəaliyyətinin təşkili üçün lazım idi və o, alacağı pul borcunu qısa vaxt ərzində qaytaracaqdı. O, aralarında olan münasibəti nəzərə alaraq cavabdehə həmin vaxt Rusiya Federasiyası ərazisində yaşayan bacısının onda olan 40000 (qırx min) manat pulunu və müdiri Səyyad Hüseynovdan aldığı 8800 (səkkiz min səkkiz yüz) manat olmaqla cəmi 48800 (qırx səkkiz min səkkiz yüz) manat pulu Olqa Nikolayevna Mixaylovaya vermişdir. Aralarında olan razılaşmaya əsasən borc məbləğini cavabdeh qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən müddətin başa çatmasına və dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu qaytarmamışdır. Pulun qaytarılması ilə bağlı onun tələbi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə ona 48800 (qırx səkkiz min səkkiz yüz) manat pul borclu olmasına dair şahid Hicran Mirzəyevanın iştirakı ilə öz dəst-xətti ilə qəbz (müqavilə adı ilə) yazıb vermişdir. Həmin vaxt cavabdeh şifahi olaraq bir həftə müddətində pulu tam olaraq qaytaracağını vəd etmiş, lakin xx xxxxx 2020-ci il tarixdə cavabdeh ona 5000 (beş min) manat, sonra isə 2 dəfəyə 600 (altı yüz) manat pul ödəmişdir. Sonrakı müddətdə Cavabdeh 43200 (qırx üç min iki yüz) manat məbləğində pulun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla bağlı 2020-ci ilin iyun ayında o, Bakı şəhəri Suraxanı Rayon polis idarəsinin 31-ci Polis bölməsinə yazılı şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsi üzrə araşdırma zamanı Cavabdeh ona 43200 manat məbləğində pul borcu qaldığını etiraf etmiş, pulu qaytaracağını vəd etsə də, yenə pulu qaytarmamışdır. Ərizəsi üzrə isə cavabdehlə aralarındakı münasibətin mülki xarakter daşıdığı bildirilərək ona müvafiq qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bundan sonra da ötən müddətdə cavabdehə müraciətləri nəticəsiz qaldığından o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçıCavabdeh 41900 (qırx bir min doqquz yüz) manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnın vəkili X2 məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv edilərək mülki işə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı olan borcundan 7.800 (yeddi min səkkiz yüz) manat bank vasitəsi ilə ödəniş etdiyini, hal-hazırda onun iddiaçıya 41.000 (qırx bir min) manat borcunun olduğunu və həmin pulu bütöv şəkildə ödəyə bilməyəcəyini amma hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin vəkilinin işə qiyabi qətnamənin ləğvinə dair ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü və 245.2-ci maddələrinə əsasən işə cavabdehin iştirakı ilə mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, şahidlər Hicran Mirzəyevanın və Sayad Hüseynovun iştirakı ilə Cavabdeh öz dəst-xətti ilə müqavilə adı ilə yazdığı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 48800 (qırx səkkiz min səkkiz yüz) manat borclu olduğunu etiraf etmiş və borcunu imkan daxilində qaytaracağını bildirmiş, həmçinin İddiaçı Cavabdeh borcla əlaqədar narahat etməyəcəyini qeyd etmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat məbləğində borc ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə Türkmənistanın Türkmənbaşı şəhərində doğulmuş İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının surətindən görünür ki, İddiaçı, Azərbaycan Respublikası Baş Prokurorluğa etdiyi müraciət əsasında araşdırma aparılmış, toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət hadisəsi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı 5000 (beş min) manat pul ödəmişdir və İddiaçı həmin pulu almasını imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli ilə yazdığı qəbzdəki şərtlər Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun hərəkətlər edilməmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı cavabdeh MixaylovaOlqa Nikolayevnadan 41900 (qırx bir min doqquz yüz) manat məbləğində borcun onun xeyrinə tutulması barədə ərizə verməsinə baxmayaraq İddiaçı qarşısında Cavabdeh yetirmədiyi öhdəliyə görə yazdığı qəbzə əsasən48800 (qırx səkkiz min səkkiz yüz) manat ödəməli olmuşdur, bu məbləğdən 7800 (yeddi min səkkiz yüz) manatı cavabdeh tərəfindən ödənilmişdir. Cavabdehin 41000 (qırx bir min) manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 41000 (qırx bir min manat) manatməbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 41000 (qırx bir min manat) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2780/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2780/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver