Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2782/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1845 manat məbləğində pulun və ödənilmiş 38.45 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, məbləğlə razı olmadığını bildirmiş, mülki işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 2782/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli, MAS-3116 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi dəymiş zərər və borcun Ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 03 mart 2023-cü il tarixli 2(005)-653/2023 saylı qətnaməsi ilə İddiaçı MMCnin iddası təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1845 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərmələr ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, avtomobil digər şəxsə satarkən cərimələri olmamalıdır. Bu səbəbdən cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin cərimələrini iddiaçı şirkət ödədiyinə görə hazırda iddiaçı həmin məbləğin cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, avtomobilə ümumilkdə 13.000 manat məbləğində ödəniş etmişdir. Sürücülük hüququna məhdudiyyət qoyulduğuna görə onu təhvil vermişdir. Sonuncu ödənişi 835 manat olmuşdur. Buna dair qəbzləri isə növbəti iclasda məhkəməyə təqdim edəcəkdir. Ödənişləri 2 ay əvvəl etmişdir. Həmçinin avtomobil satılıb, buna baxmayaraq cərimələr hələ də onun adına gəlir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2020-cı il tarixli MAS-2366 nömrəli “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630559 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - İddiaçı, X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2366 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə - təhvil-təslim aktından görünür ki, X1 “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. - AR DİN BDYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Khazar LX” minik markalı 99PJ458 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyul 2022-ci il tarixə 1301,46 (bir min üç yüz bir manat qırx altı qəpik) manat gecikdirilmiş əsas, 281,44 (iki yüz səksən bir manat qırx dörd qəpik) manat gecikdirilmiş mükafat və 50 (əlli) manat dəbbə pulu, 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3074,4 (üç min yetmiş dörd manat qırx qəpik) manat borc və ödənilmiş 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 1261 №-li pretenziya məktubundan görünür ki, cərimələrə görə ödənilmiş ümumilikdə 1845 manat məbləğində pulun 7 gün ərzində ödənilmədi tələb edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - Elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh 99PJ458 qeydiyyat nişanlı avtomobillə edilmiş xətalara görə, xx.xx.2022-ci il tarixdə EQ 10658852 saylı protokol üzrə 45 manat, xx.xx.2022-ci il tarixdə EQ ******* saylı protokol üzrə 45 manat, xx.xx.2022-ci il tarixdə EQ ******* saylı protokol üzrə 45 manat, xx.xx.2022-ci il tarixdə EQ ******* saylı protokol üzrə 45 manat, xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokol üzrə 96 manat, xx.xx.2022-ci il tarixdə EQ 10658847saylı protokol üzrə 36 manat, xx.xx.2021-ci il tarixdə EQ 10658846 saylı protokol üzrə 45 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 16 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 32 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 16 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 64 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 80 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* saylı protokol üzrə 16 manat cərimə hesablanmışdır. -“Hökümət ödəniş Portalı” vasitəsilə edilmiş ödəniş qəbzlərindən görünür ki, EQ 10658853 saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; İXP ******* saylı protokola görə 96 manat; EQ 10658847 saylı protokola görə 36 manat; EQ 10658846 saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* savlı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat məbləğində pul vəsaiti ödənilmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC, X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-2366 nömrəli saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630559 ban nömrəli, ağ rəngli avtomobil verilmişdir. Avtomobil xx.xx.2020-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə ödənişləri yerinə yetirmədiyindən iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ümumilikdə 3074,4 manat borc və ödənilmiş 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokollara əsasən AR X4 cərimələrinə görə yaranmış 1845 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Avtomobilin cavabdehdə olduğu müddət ərzində, onun tərəfindən yol hərəkət qaydaları pozulduğundan aidiyyəti protokollar tərtib edilmiş və EQ 10658853 saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; İXP ******* saylı protokola görə 96 manat; EQ 10658847 saylı protokola görə 36 manat; EQ 10658846 saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* savlı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 32 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat olmaqla, cəmi 1845 manat məbləğində cərimə məbləği İddiaçı MMC tərəfindən ödənilmişdir ki, bu hal, işdə olan sənədlərlə - elektron portaldan çıxarış, ödəniş qəbzləri və İddiaçı MMC-nin bank hesabından çıxarışı ilə öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Həmin “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Göründüyü kimi müqavilənin həmin bəndinə əsasən, cavabdeh törədilmiş inzibati xətaya görə məsuliyyət daşıyır. Buna baxmayaraq törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələri ödəməmiş, cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırda reqres qaydada ödənilmiş cərimə məbləğlərinin cavabdehdən tələb etməsinin faktiki əsasları mövcud olduğu kimi, qanuni əsası da vardır. Odur ki, hazırda iddia tələbi üzrə 1845 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38,45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1845 (min səkkiz yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 38,45 (otuz səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1845 (min səkkiz yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 38,45 (otuz səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2782/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2782/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver