Məhkəmə qərarları › İş №2(005)-2788/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2788/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2788/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Mirzəyev Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mirzəyev Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını artırılaraq Mirzəyev Cavabdeh oğlundan 19.02.2010-cu il təvəllüdlü Mirzəzadə Əbülfəz Cavabdeh oğlu və 21.05.2013-cü il təvəllüdlü Mirzəzadə Cavid Cavabdeh oğlunun saxlanması ücün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mirzəyev Cavabdeh oğlu ilə nikahları Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4204/17 saylı, 20.09.2017-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqların İddiaçı himayəsində saxlanılması və tərəflərin birgə nikahdan yetkinlik yaşına çatmayan 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015-ci il təvəllüdlü X1 üçün ümumilikdə 272 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin bu məbləğ uşaqların saxlaması üçün nəzərdə tutulan xərcləri ödəmir. Bu səbəbdən də alimentin miqdarının artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, 282227 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Mirzəyev Cavabdeh oğlu və İddiaçı arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında qeydlər kitabına 2017-ci ilin noyabr ayının 23-cü gününə 403 nömrəli qeyd daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Mirzəzadə Əbülfəz Cavabdeh oğlu və 19 fevral 2015-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Mirzəzadə Cavid Cavabdeh oğlu 21 may 2013-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarı artırılaraq Mirzəyev Cavabdeh oğlundan 19.02.2010-cu il təvəllüdlü Mirzəzadə Əbülfəz Cavabdeh oğlu və 21.05.2013-cü il təvəllüdlü Mirzəzadə Cavid Cavabdeh oğlunun saxlanması ücün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.07.2021-ci il tarixdən başlayaraq, Mirzəyev Cavabdeh oğlundan 19.02.2010-cu il təvəllüdlü Mirzəzadə Əbülfəz Cavabdeh oğlu və 21.05.2013-cü il təvəllüdlü Mirzəzadə Cavid Cavabdeh oğlunun saxlanması ücün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar