Məhkəmə qərarları › İş №2(005)-2789/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2789/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2789/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X6 nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş faiz məbləğinin cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş faiz məbləğinin cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X6 xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X3 X4 illik 26 faizlə 24 ay müddətinə 9.450 (doqquz min dörd yüz əlli) ABŞ dolları çəbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx xxxx 2020-ci il tarixədək Cavabdeh1 banka xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı X6 nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 oglu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, əsas məbləği qəbul etdiyini, faiz, cərimə və gecikdirilmiş borc məbləğini qəbul etməyərək, əsas borcun hissəhissə ödənilməsinə dair müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxx 2015-ci il tarixli 19-M-2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsininməzmunundangörünürki, “Nikoyl” X3 X6 Lökbatan filialı Cavabdeh1 24 ay müddətinə illik28% dərəcəsi ilə 9.450 (doqquz min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə müvafiq zaminlik müqaviləsi də bağlanmışdır; xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “Nikoyl” X3 X9 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 19-M-2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehin“Nikoyl” X3 X7 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12.006,52 (on iki min altı dollar əlli iki sent) ABŞ dolları məbləğində borcu vardır. “Nikoyl” X3 X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 (beş) gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-326/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “Nikoyl” X3 X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.848,19 (beş min səkkiz yüz qırx səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 2.539,86 (iki min beş yüz otuz doqquz dollar səksən altı sent) ABŞ dolları məbləğində faiz borcu və 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8.588,05 (səkkiz min beş yüz səksən səkkiz dollar beş sent) ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “Nikoyl” X3 X6 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)-39/2019 nömrəli qərardadının surətindən və məzmunundan görünür ki, müvafiq qərardadla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-326/2018 nömrəli qətnaməsindən iddiaçı “Nikoyl” X3 X9 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-326/2018 nömrəli işi üzrə xx xxx 2018-ci tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “Nikoyl” X3 X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində olan pul vəsaitinin tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “Nikoyl” X3 X9 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 oglu borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 oglu və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 İddiaçı X4 (“Nikoyl” X3 X4) aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1.416,12 (bir min dörd yüz on altı dollar on iki sent) ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən İddiaçı X6 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı X6 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 oglundan və Cavabdeh2 müştərək qaydada İddiaçı Bankı X6 xeyrinə xx xxxxx 2015-ci il tarixli 19-M-2-0-221- 15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə banka 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.640,40 (on min altı yüz qırx dollar qırx sent) ABŞ dolları məbləğində borc vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X6 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2015-ci il tarixli 19-M- 2-0-221-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə banka 5.701,67 (beş min yeddi yüz bir dollar altmış yeddi sent) ABŞ dolları məbləğində əsas, 3.965,33 (üç min doqquz yüz altmış beş dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 923,40 (doqquz yüz iyirmi üç dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.640,40 (on min altı yüz qırx dollar qırx sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Bankı X6 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar