Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-28/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə, Cavabdeh2 ASC-yə qarşı “kredit müqavilələrinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC ilə xx xxxx 2015-ci il tarixdə bağlanmış xx-xx-007924 saylı və xx xxxxxxxx 2016-cı il tarixli, 51-xx-xx-064925 saylı kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 2015-ci ildə 2144 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə (həmin vaxtı məzənnə 78 faiz təşkil edirdi) "xxxxxxxxxx" ASC Zaqatala fililalının müdiri B.Y.Mirzəyevdən götürmüşdür. Müqavilənin şərtlərinə görə 2144 ABŞ dolları illik faiz 28 faiz olmaqla 48 ay müddətinə verilmişdi. İddiaçı özünə məxsus **********941652 №-li 78-94 kodlu təqaüd kartını həmin filialın müdiri Mirzəyev Bəhruza vermiş 2016-cı ilin sentyabr ayının 7-nə kimi onun təqaüd kartından pulunu Bəhruz Mirzəyev çıxartmışdır. Bundan sonra Bəhruz Mirzəyev ona bildirdi ki, daha iddiaçı ödənişi Azərbaycan Respublikasının Beynəlxalq Bankına etməlidir. Baxmayaraq ki, o bütün bu müddət ərzində yəni xx xxxx 2015-ci ildən xx xxxxxxxx 2016-cı ilə kimi 8 ay ödəniş etmiş, onun banka olan borcunun bağlanmasına baxmayaraq, iddiaçının hələ 2276 manat banka borcunun oldduğunu göstərir. İddiaçı, kredit müqaviləsilə bağlı Azərbaycan Respublikasının Beynəlxalq Bankına ödəniş etməyinə razı olmamışdır.Çünki artıq iddiaçı «xxxxxxxxxx» ASC-yə olan borcunu ödəyib qurtarmışdır. Bankın əməkdaşlarının bu hərəkətlərini qanunsuz hesab edir. Lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Beynəlxalq Bankı onun təqaüd kartından hər ay tutulmaları davam etdirir. Halbuki, kredit müqaviləsinə əsasən, iddiaçı 48 ay ərzində krediti ödəyib qurtarmışdır. Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən onun təqaüd kartından tutulmaların olması ilə bağlı xxxxxxxxxxxxxxx yazılmamışdır. Cavabdehlər həmin ərizəni özləri kompyuterdə yazıb özləri də imza etmişlər. Lakin buna baxmayaraq cavabdehlər ondan kredit müqaviləsinə üzrə təqaüd kartından tutulmaları davam etdirirlər. Hesab edir ki, bu qanunsuzluqdur. İddiaçı dəfələrlə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankın Balakən filialına təqaüd kartından tutulmaların dayandırılması üçün müraciət etsə də cavabdehlər onun ərizəsinə cavab vermir və tutulmaları dayandırmırlar. Azərbaycan Respublikasının Beynəlxalq Bankın Zaqatala filialının xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2n Zaqatala filialına ünvanlanan müraciətə cavab olaraq bildirir ki, "xxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə X4 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli 51-xx-xx-064925 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 60 ay müddətində ödəmək şərti ilə 2276 manat məbləğində təqaüdçü krediti verilmişdir. «xxxxxxxxx» ASC ilə «Cavabdeh2" ASC arasında imzalanmış kredit müqavilələri üzrə “Tələb hüquqlarının Ötürülməsinə dair” xx-xx-6064925 saylı müqaviləyə əsasən. X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə Cavabdeh2 ASC-yə güzəşt edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli 51-xx-xx-064925 nömrəli kredit müqaviləsinin 5.4.15-ci bəndinə əsasən X4 həmin kredit müqaviləsi üzrə tələb hüquqlarının istənilən üçüncü şəxslərə (bank və ya bank olamayan kredit təşkilatlarına )güzəşt edilməsi halında «Borcalanının» həmin üçüncü şəxslərdə olan bank hesablarındjan kredit və ya kredit istifadəyə görə faiz borcunun, dəbbə pulunu (cəriməni) penyanı həmçinin kreditin verilməsi ilə əlaqədar komission haqlarını ona məxsus bank hesablarından carı kommersiya məzənnəsi ilə konvertasiya olunaraq komission haqları tutulmaq şərti ilə akseptsiz qaydada həmin üçüncü şəxslər tərəfindən silinməsinə razılığını bildirmiş, bundan başqa Nurtanayeva Cana qızı rəsmi «xxxxxxxxxxxxxxx» ilə həmin kredit üzrə tələb hüququ Cavabdeh2 ASC-yə keçdikdən sonra aylıq ödəniş məbləğlərinin hər ay ödəniş cədvəllərinə uyğun olaraq özünün Cavabdeh2 ASC-də olan pensiya kartınızdan akseptsiz qaydada (avtoödəmə xidməti vasitəsi ilə) tutulmasına öz razılıq vermişdir.. Həmin məktubda qeyd olunanlar əsassız və qanunsuzdur. O xxxxxxxxxxxxxxx yazmamış və imza etməmişəm.Beynəlxalq bankın Balakən rayon şöbəsinin və Zaqatala rayon şöbəsinin əməkdaşları həmin xxxxxxxxxxxxxxxni kompyuterdə özləri yazıb, özləri də imza etmişlər. Həmin xxxxxxxxxxxxxxxni və bildirişi iddiaçı imza etməmişdir. Cavabdehlər “xxxxxxxxx” ASC-yə Cavabdeh2n Zaqatala filialı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli №51-15-00-79-24 saylı vəxx xxxxxxxx 2016-cı il tarixli 51-xx-xx-064925 saylı kredit müqavilələrinin ləğv edilməsi tələbi ilə cavabdeh «xxxxxxxxx” ASC-nin baş ofisinin yerləşdiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı və Cavabdeh2 ASC xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-cü maddələrinə əsasən İddiaçı və Cavabdeh2 ASC-nin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, “xxxxxxxxx” ASC («Borc verən») ilə X4 («Borc alan») arasında xx xxxxxxxx 2016-cı il tarixli, 51-xx-xx-064925 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə kredit alana illik faiz dərəcəsi 29% olmaqla 60 ay müddətinə 2.276,00 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilir ki ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 2.058,63 manat məbləğində nəzərdə tutulmuşdur. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxxxxxx 2016-cı il tarixli, 51xx-xx-064925 saylı kredit müqaviləsi üzrə X4 aldığı kredit vəsaitinə görə xx.xx.2019-cu il tarixədək “xxxxxxxxx" X6 cəmi 2.231,80 manat məbləğində pul vəsaiti ödəmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı tərəfindən “xxxxxxxxx” X6 ümumilikdə 2.231,80 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bununda 722,85 manat əsas borca, 1.508,95 manat isə faiz borcuna silinir. xx.xx.2020-ci il tarixli, 24660 saylı rəylə ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxxxx 2016-cı il tarixli, 51-xx-xx-064925 saylı kredit müqaviləsi üzrə İddiaçı xx xxxx 2019-cu İ tarixədək banka olan borcu 1.588,18 manat məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixli xxxxxxxxxxxxxxxndən görünür ki, iddiaçı cavabdeh “xxxxxxxxx” X8 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 51-xx-xx-064925 saylı kredit müqaviləsindən irəli gələn tələb hüququnun Cavabdeh2 ASC-yə keçməsinə etiraz etmir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, “xxxxxxxxx” ASC («Borc verən») ilə X4 («Borc alan») arasında xx xxxxxxxx 2016-cı il tarixli, 51-xx-xx-064925 saylı kredit müqaviləsi bağlandıqdan sonra qeyd olunan bank tərəfindən Cavabdeh2 ASC-yə bankın iddiaçıya qarşı olan tələb hüququ güzəşt edilmişdir. İddiaçı bununla bağlı razılığı olmadığını, kredit borcunun 48 ay ərzində ödədiyini, qanunsuz olaraq təqaüdündən hər ay kredit borcuna görə pul tutulduğunu bildirir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 20-ci fəslində müqavilələrin ləğvinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 195-ci maddəsinə əsasən, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. 198.1-ci maddəsinə əsasən, borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə görə isə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Digər tərəfdən mülki qanunvericiliyin tələbləri baxımından kreditor – cavabdeh bank borclunun razılığı olmadan tələbi digər banka tələbin güzəşti formasında güzəşt edə bilərdi. Bu hal qanunvericiliyə zidd deyildir. İş materiallarından görünür ki, güzəştin yolverilməzliyi barədə borclu ilə cavabdeh bank arasında hər hansı razılaşma da mövcud deyildir. Habelə mülki işdən müəyyən edilir ki, tələbin güzəşti barədə iddiaçıya müvafiq qaydada məlumat verilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri bərabər qaydada İddiaçı 100 manat və cavabdeh “xxxxxxxxx” ASC-dən 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə, Cavabdeh2 ASC-yə qarşı “kredit müqavilələrinin ləğvi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri bərabər qaydada İddiaçı 100 manat və cavabdeh “xxxxxxxxx” ASC-dən 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-28/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-28/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver