Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2812/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyi ilə məhkəmə qərarının vaxtında icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 111268 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 480,72 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçının hal-hazırda niyyəti cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinin hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bu halla razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən hazırda iddia tələbi icra orqanın hərəkət və hərəksizliyindən ibarət olduğundan bu tələbə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması qanunvericliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi normanın qeyd olunan tələb üzrə inzibati məhkəməyə müraciət edilməlidir. İddiaçının hazırki tələbi icra sənədi üzrə qətnaməni qəbul etmiş məhkəməyə icraaya nəzarət qaydasında baxılan işlərə aid olmadığından icraat götürülməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarnın 16.1-ci bəndinə əsasən Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Həmin Qərarın 16.2-ci bəndinə uyğun olaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçıya hazırki iddia tələbi ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğunu izah edir. Yuxarıda şərh olunanlara əsasən İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2812/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2812/2022
17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver