Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2812/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşova qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşova qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşovdan xx.xx.2023-cü il tarixdə yaşadığı Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi mülkiyyətində olmaqla saxladığı 1 baş 7 yaşlı yanı balalı heyvanın həyətdən keçən su arxından su içərkən həyətin üzərindən keçən elektrik xətinin qırılaraq yerə düşməsi və nəticədə heyvanı elektrik cərəyanı vuraraq öldürməklə ona vurulmuş ziyana görə 2000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 40 manatın, cəmi 2040 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və bir kənd sakini olaraq dolanışığı və məşğuliyyəti əkin-biçin və mal-qara saxlamaqdır. Kənd sakini olaraq uzun illərdir ki, şəxsi təsərrüfatında iri və xırda buynuzlu heyvanlar saxlamaqla həmin heyvanları yaşadığı evin həyətində inşa olunmuş tövlədə saxlayır. Lakin buna baxmayaraq cavabdeh qrum tərəfindən görülmüş keyfiyyətsiz iş və onların məsuliyyətsizliyi nəticəsində ona məxsus 1 baş yanı balalı heyvanı ölməklə xeyli miqdarda maddi ziyan vurulmuşdur. 1 baş iri buynuzlu, qara-qonur rəngli 7 yaşlı heyvanın təxminən 40 gün olardı ki, balası olmuşdur. xx.xx.2023-cü il tarixdə həmişə olduğu qaydada həmin heyvan digər heyvanlar kimi həyətindən keçən su arxından su içərkən həyətinin üzərindən keçən elektrik xətti qırılaraq yerə düşdüyündən həmin heyvanı elektrik cərəyanı vurmuş və heyvan yerindəcə ölmüşdür. Hazırda qeyd olunan heyvanın bazar qiyməti 1500-2000 manat təşkil edir ki, bu "xxxx" MMC-dən aldığı rəylədə təsdiq olunur. Eyni zamanda ölmüş heyvanın yeni doğulmuş balası qalmışdır ki, həmin balaya da xüsusi diqqət lazımdır. Çünki, bala körpə olduğundan onun gündəlik olaraq bir neçə dəfə yalnız təbii heyvan südü ilə qidalanmalıdır. Yaranmış vəziyyətlə bağlı cavabdeh qurumun yerli Zərdab Elektrik şəbəkəsinə müraciət etsə də, lakin işlə bağlı heç bir müsbət addım atılmamışdır. Məsələ ilə bağlı üzərlərinə heç bir məsuliyyət düşmədiyini, hadisənin həmin günü əsən külək səbəbindən olduğunu, ziyanı ödəmək üçün vəsaitlərinin olmadığını deməklə məsuliyyətdən yaxa qurtarmaq istəyirlər. Əslində cavabdeh qurum mütəmadi olaraq elektrik xətlərinin monitorinqini aparmalı, harda qəzalı və ya qəzaya səbəb ola biləcək elektrik xətləri, dirəklər olarsa onların doğura biləcəyi qəzaları öncədən yerindəcə aradan qaldırmalıdır. Tələb və qaydalara müvafiq olaraq elektrik qurğuları və onlarla əlaqəli konstruksiyalar ətraf mühitin təsirinə qarşı davamlı olmalı və ya bu təsirdən mühafizə olunmalıdırlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşovu göstərsə də, lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi "xxxx" ASC-yə yönəlmişdir. "xxxx" ASC-nin isə hüquqi ünvanı ünvan 1ai ərizəsi ərazi aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçı dövlət rüsumunu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda, Zərdab Rayon Məhəkəməsinin hesabına ödəmişdir. Həmin Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1436-VDQ nömrəli Qanununa müvafiq olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumları yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməldir. Məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X1 və “Exprespay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı, digər hər hansı formalı ödəniş qəbzləri qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin Satış Departamentinin direktoru Elçin Dadaşova qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2812/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2812/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver