Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-282/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 ogluna qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Böyükaga qızına qarşı “su axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Böyükaga qızından 10.000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 79 saylı evin 38 saylı mənzil iddiaçıya məxsusdur, cavabdeh isə onun üst qonşusudur. Cavabdehin qanunsuz hərəkətləri barədə 0, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon 54 saylı MKİS-nin iştirakı ilə mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Mənzilə baxış keçirilərkən məlum oldu ki, həmin binanın Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 79 saylı evin 41 saylı mənzildən su axıdılır. Mənzil sahibi Cavabdehdır. Su axması nəticəsində 38-ci mənzildə elektrik xəttində qısa qapanmadan işıqlar sönmüş, vanna otağının qapısı su axıntısından islanaraq şişmiş və qapı bağlanmır, qonaq otağının və dəhlizin tavanının suvağında islanmadan çatlar əmələ gəlmiş, mətbəx və vanna otağının tavanı su axmasından saralmış, lambirtam qopmuşdur. Mənzilin tam təmirinə ehtiyac yaranmışdır. Eyni zamanda mətbəxin divarı və mətbəxdəki əşyalar islanmışdır. Cavabdeh 2002-ci ildən həmin mənzili xaricilərə kirayəyə verir, özü başqa mənzilində yaşayır. İddiaçı anasının xəstəliyi ilə əlaqədar oğlu ilə birlikdə uzun müddətdir ki, anasıgilə yaşamağa məcbur olmuşdur. Mənzilindəki məişət əşyaları, o cümlədən 2 ədəd xarici soyuducu, 1 ədəd paltaryuyan maşın tam yararsız hala düşmüş, əmtəə dəyərini itirmişdir. Bununla əlaqədar onun çoxlu tələb və təkliflərim bu günə kimi nəticəsiz qalmışdır. Bakı şəhəri, Nərimanov rayon 54 saylı MKİS-nin əməkdaşlarının mənzilə baxışından sonra o məzili təmir etdirmək üçün usta dəvət etdikdə onun sözünə görə bütün elektrik sistemi dəyişilməli, bundan sonra mənzil tam əsaslı təmir edilməlidir. Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin araşdırmasından sonra ona rəsmi qaydada izah olunmuşdur k, cavabdehin qanunsuz hərəkətləri barədə yəni onun tərəfindən vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı raqılıgı ilə cavabdeh imi göstərilmiş Cavabdeh Böyükaga qızı əsl cavabdeh X5 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 6.000 manat maddi, 4.000 manat mənəvi və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqının tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 54 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxx 2020-ci il tarixli aktının surətindən və məzmunundan görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında yaşadıqları F.Xoyski pros.79 saylı binanın 38 saylı mənzilinə mənzil 41-dən su axıdılır. Mənzil sahibi Cavabdeh Böyükaga qızıdır. Su axması nəticəsində 38 saylı mənzildə elektrik xəttində qısa qapanmadan işıqlar sönmüş, vanna otağının qapısı su axıntısı nəticəsində şişmiş və qapı bağlanmır. Otaq və dəhlizin tavanının suvağında islanmadan çatlar əmələ gəlmiş, mətbəx və vanna otağının tavanı su axmasından saralmış, mənzilin təmirinə ziyan vurulmudur. Eyni zamanda mətbəxin divarları və mətbəx əşyaları islanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 79 nömrəli evin 38 nömrəli mənzili xx.xx.2017-ci ildən İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Nərimanov rayonu, X8 prospekti, 79 nömrəli evin 41 nömrəli mənzili X3 mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 79 nömrəli evin 41 nömrəli mənzili xx.xx.2016-cı ildən X3 mülkiyyətindədir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2660 nömrəli xx.xx.2020-ci il tarixli rəyinin məzmunundan görünür ki, suyun sızması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 79 nömrəli evin 38 nömrəli mənzilinin otaqlarının tavanında, divarlarında ləkələr yaranmış,bəzi hissələrdə qabarmalar müşahidə olunur. Sanitar qovşağın qapısı suyun təsirindən yararsız vəziyyətə düşmüşdür. Sanitar qovşağın və mətb vurulmuş lambir təbəqəsi üzərində sızan suyun təsirindən sarımtıl ləkələr yaranmışdır. Aparılmış tədqiqat nəticəsində suyun sızması zamanı əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud qiymətlərinə uyğun olaraq 2076 manat məbləgində olduğu müəyyən edilmişdir. X1 25 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin məzmunundan görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və təqdim olunmuş sənədlərə (sübutlara) əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospektində yerləşən 79 saylı evin 38 saylı mənzilinə suyun sızması nəticəsində, mənzilin elektrik sisteminə, mənzilin daxilindəki əşyalara, o cümlədən iki soyuducuya, patlaryuyan maşına, hava sorucuya (aspirator) və mətbəx şkafına dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1370,0 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2660 nömrəli xx.xx.2020-ci il tarixli və X1 25 nömrəli xx.xx.2021-ci il tarixli rəyləri əsas götürülməklə (2076+1370=3.446) iddia qismən, yəni maddi zərər hissəsində 3.446 (üç min dörd yüz qırx altı) manat hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda məhkəmə, iddianın vurulmuş mənəvi ziyana görə 4.000 (dörd min) manatın cavabdehdən alınaraq iddiaçıлара verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının evi yaşamağa yararsız vəziyyətə düşmüş, evindəki əşyalara zərər dəymiş, uzun müddət kirayələrdə yaşamasını və bununlada ona maddi zərərin vurulmasının sübut edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı dəymiş maddi zərər nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə belə hesab edir ki, mənəvi zərər hissədə iddia qismən təmin edilməli və mənəvi zərərin əvəzi olaraq 2.000 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Məhkəmə iddia tələbinin “ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqının” ödənilməsi ilə bağlı qeyd edir ki, həmin məbləg də cavabdehdən iddiaçının tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 3.446 (üç min dörd yüz qırx altı) manat, mənəvi zərər olaraq 2.000 (iki min) manat və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqı, cəmi 5.746 (beş min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaiti cavabdeh X6 oglundan tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X6 oglundan tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 3.446 (üç min dörd yüz qırx altı) manat, mənəvi zərər olaraq 2.000 (iki min) manat və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqı, cəmi 5.746 (beş min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaiti cavabdeh X6 oglundan tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-282/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-282/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver