Məhkəmə qərarları › İş №2(005)-2827/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2827/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2827/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Cavabdeh “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət X5rşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət X5rşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2020-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Hal-hazırda İddiaçı “xxxxxxxxxxx“ X6 Təşkilatı ASC-nə, Cavabdeh2na və Cavabdeh3nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddiasına baxılır. Hesab edirəm ki, “xxxxxxxxxx” BOKT ASC-nin də eyni zamanda ona qarşı ‘‘ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair" iddiasına Nərimanov rayon Məhkəməsinin icraatında hakim Solmaz Ədilovanın icraatında baxılmaqdadır. Hazırkı iddia ərizəsinin məzmunundan və tələbindən göründüyü kimi etibarsız hesab edilməsi tələb edilən alqı-satqı müqaviləsi üzrə predmet hakim Solmaz Odilovanın icraatında olan mülki iş üzrə ipoteka predmeti olan “Schmitz” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli yarımqoşqu və 20Ü7-ci il buraxılışlı “Mercedes Benz” M1840LS yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobildir. Mülki iş materiallarından da göründüyü kimi, “xxxxxxxxxx” BOKT ASC-nin iddia tələbinin bir hissə olan ipoteka predmetinin alqı-satqısının etibarsızlığı mübahisələndirilir. Bu hal isə hər iki iddia tələbinin bir-biri ilə sıx əlaqəli olduğunun və hər iki iddia tələbinin nəticəsinin bir-birinə əhəmiyyətli təsirinin danılmaz olduğunu təsdiq edir. Ona görə də hazırkı mülki işin nəticəsinin 2(905)- 1540/2020 saylı mülki iş üzrə qəbul ediləcək qətnaməyə əhəmiyyətli təsir edəcəyini nəzərə alaraq 2(005)-1540/2020 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinin nümayəndəsi X2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2827/2020 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1540/2020 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət X5rşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair 2(005)-2827/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxxxxxxxxx“ X6 Təşkilatı ASC-nin İddiaçı qarşı ‘‘ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair 2(005)-1540/2020 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” X6 X4 Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət X5rşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair 2(005)-2827/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxxxxxxxxx“ X6 Təşkilatı ASC-nin İddiaçı qarşı ‘‘ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair 2(005)-1540/2020 nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar