Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2830/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12770 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rahman küçəsi məhəllə 9-15, ev 15, mənzil 46-da yaşayan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə iddiaçıdan 14170 (on dörd min bir yüz yetmiş) manat borc pul almışdır. Cavabdeh borcpul alarkən yazılı izahat vermişdir. O, borcu alanda yanlarında X5, X2 və X4 olmuş və həmin şahidlər də cavabdeh tərəlindən yazılı izahatı imzalamışdır. Qeyd edir ki. X4 cavabdehin atasıdır. Cavabdeh və şahidlər tərəfindən imzalanmış izahatın əslini iddia ərizəyə əlavə etmişdir. O, aldığı pulu xx xxxxxx 2019-cu il ərzinə qədər qaytarmağa söz vermişdir. 2019cu il ərzində cavabdeh ümumilikdə hissə-hissə olaraq ona 1100 (bir min dörd yüz) manat pul qaytarmışdır. O, 12770 (on iki min yeddi yüz yetmiş) manat ona borclu qalmışdır. Dəfələrlə Cavabdeh ila əlaqə saxlamış lakin hər dəfə cavabdeh bildirir ki, yaxın vaxtlarda pulunu verəcək. Bu günə qədər də cavabdehdə qalan 12770 (on iki min yeddi yüz yetmiş manal pulu ala bilmir. Münasibətləri daha da kəskinləşibdir. İddiaçı ona görə da borc tələbi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmənin ədalətli qərar verəcəyinə inanır. Məhkəmədən Cavabdeh 12770 (on iki min yeddi yüz yetmiş) manat borcun və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, cəmi 12800 (on iki min səkkiz yüz) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirmişdir ki, o, İddiaçı əmisidir. Pulu qardaşı oğlu verəndə o da orda olmuşdur. Onlar həm bir yerdə işləyirdilər həm də çox yaxın dost olublar. Qardaşının oğlu ona inanaraq dostuna pulu verib. Pulu verərkən sənədə imza atmışdır. Hesab ediblər ki, Cavabdeh birdən sözündən geri dönər pulu qaytarmaz. X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı atasıdır. Cavabdehlə qohumluq əlaqələri yoxdur. Oğlunun vasitəsi ilə cavabdehlə tanış olmuşam. Cavabdeh həm oğlumun iş yoldaşı, həm də dost olmuşdur. Oğlu cavabdehə pulu ondan, yəni atasından alaraq verib. Pulu verəndə özü də orda olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli Cavabdeh İddiaçı 14170 manat borc pul almışdır. Cavabdeh maddi vəziyyəti yaxşı olmadığından pulu hissə-hissə qaytaracağını söz verir. Yanvar ayının 15-i 1500 manat, fevral ayının 15-i 1500 manat, mart ayının 15-i 1500 manat, qalan 9670 manat mart ayının 30-u qaytaracağına söz verir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, Cavabdeh İddiaçı tərəfindən ona borc olaraq verilmiş 14170 manat pulu yazılı ərizəyə uyğun olaraq qəbul etsə də, lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə iddiaçıya 12770 manat məbləğində borcu olmasına baxmayaraq həmin vəsaiti ödəməkdən yayınmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh borclu olduğu məbləği – 12770 manat pul vəsaitini iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas-lan-dırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12770 manat və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2830/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2830/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver