Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2833/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12595,30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi qismən təmin olunaraq "xxxx" MMC-yə məxsus “İveko Urbanway” markalı 99_JX- 270 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12595,30 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının və ekspertiza tədqiqatının dəyərinin təşkil edən 100 manat məbləğində pul vəsaitinin mülkiyyətçi-cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi Cavabdeh qarşı hissədə rədd edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)- 3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-362/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarları ilə hazırki iddia tələbi üzrə cavabdeh İddiaçı ondan tutulmuş zərərin əvəzi olan məbləğin Cavabdeh reqres qaydada tələb etmək hüququna malik olması izah edilmişdir. Hazırki iş üzrə Cavabdeh mülkiyyətçi İddiaçı tərəfindən sürücü qismində işə götürülmüş və ona “Daewoo” BS 90 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (avtobusun) idarə edilməsi həvalə olunmuşdur. Bu məqsədlə işəgöütən və işçi arasında 15 may 2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sürücü Cavabdeh srücünün vəzifə təlimatının müddəları ilə də tanış olaraq imza etmişdir. İnzibati xəta hesab edilən yol-nəqliyyat hadisəsi sürücü Cavabdeh təqsiri üzündən baş verdiyinə və əmək qanunvericiliyinin tələblərinə əsasən müqavilə əsasında tam maddi məsuliyyət öhdəsinə götürdüyünə görə o da maddi və mənəvi məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 30.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuulmuş zərərin əvəzi qismində 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat, məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı cavabdeh İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaitinin 20 manat hissəsinin "xxxx" ASC-dən, 100 manat hissəsinin isə cavabdeh İddiaçı tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə cavabdeh İddiaçı iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləği digər Cavabdeh reqres qaydada tələb etmək hüququna malik olması izah edilmşdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-362/2021 saylı 03.02.2021-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlnana 02.06.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3749/2019-014 nömrəli 26.09.2019-cu il tarixli icra sənədinə əsasən, ondan 12595,3 manat məbləğində pul vəsaiti və 30.4 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 03.05.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq icra edilməmişdir. 17.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 200 manat ödəniş edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən (kontrakt) görünür ki, işəgötürən İddiaçı və işçi Cavabdeh arasındakı əmək müqaviləsi 15 may 2017-ci il tarixdən 14 may 2018-ci il tarixədək müddətinə bağlanmışdır. İşçi sürücü vəzifəsinə işə qəbul edilmişdir. 15.05.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilədn görünür ki, əmlak sahibi fiziki şəxs İddiaçı, maddi-məsul şəxs sürücü Cavabdehdur. Maddi məsul şəxs-sürücü Cavabdeh, ona etibar edilmiş maddi sərvətləri (yol vərəqində göstərilən nəqliyyat vasitəsini və onun komplekt hissələrini) qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, baş vermiş yol-nəqliyyat hadisələri zamanı onun günahı üzündən nəqliyyat vasitəsinə və zərərçəkmişə dəymiş ziyana görə tam məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 24 may 2017-ci il tarixində Cavabdeh yol vərəqəsi ilə idarə etdiyi İddiaçı məxsus 90- SE-455 dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Bu əsasla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə vurulmuş zərərin əvəzi olaraq 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat, məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Əskərov X1 Hikmət Mirzə oğluna məxsus “Daewoo BS090” markalı nəqliyyat vasitəsi ilə delikt törətdiyindən və məhkəmə qətnamələrində onun reqres hüququnun olduğu göstərildiyindən hazırki iş üzrə iddiaçı cavabdehdən reqres qaydada pul məbləğini tələb etməkdədir. Məhkəmə iclasında iddiaçı məhkəmə qətnaməsilə tutulmuş məbləğin "xxxx" ASC-yə hissə-hissə ödənişinin davam etdiyini və ödənişin tam ödənilmədiyini bildirmiş, pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsində göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik əsaslarından göründüyü kimi iddiaçının reqres qaydada tələb etmək hüququ borc öhdəliyini yerinə yetirdiyi andan əmələ gəlir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin reqres qaydada tələb hüququ yaranır. Məhkəmə iclasında iddiaçı məhkəmə qətnaməsilə tutulmuş məbləğin "xxxx" ASC-yə tam ödənilmədiyini bildirmiş və pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2833/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2833/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver