Məhkəmə qərarları › İş №2(005)-2841/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2841/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2841/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı «xxxx» İKB ASC-nin nümayəndəsi X1, Cavabdeh Abbasqulu qızının iştirakları ilə, İddiaçı “xxxx” İKB ASC cavabdeh X2 qarşı “kredit tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı “kredit tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abbasqulu qızından iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə 2836,26 (iki min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində əsas borcun, 352,39 (üç yüz əlli iki manat 39 qəpik) manat məbləğində faiz borcunun, 2,72 (iki manat 72 qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 3191,37 (üç min iki yüz səksən yeddi manat 37 qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 2836,26 manat əsas, 352,39 manat faiz, 2,72 manat cərimə, olmaqla cəmi 3191,37 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən «xxxx» KB ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, 2836 manat əsas, 352,39 manat faiz, 2.72 qəpik cərimə borcu olduğunu qəbul etdiyini, lakin ödəməyə imkanı olmadığından ödəmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 26% olmaqla 3000 manat məbləğində kredit vermişdir.Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 26 % təşkil edir. Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün cərimə tətbiq edir. İş materiallarında olan Bank tərəfindən aidiyyatı məhkəmə orqanlarına ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” KB ASC-yə 2836,26 (iki min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində əsas borcu, 352,39 (üç yüz əlli iki manat 39 qəpik) manat məbləğində faiz borcu, 2,72 (iki manat 72 qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 3191,37 (üç yüz doxsan bir manat 37 qəpik) manat borcu var. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev.270 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, 2836,26 manat əsas və 352,39 manat faiz və 2.72 manat borcu olduğunu qəbul etdiyini, lakin ödəməyə imkanı olmadığından ödəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2020-ci il tarixli maliyyə arayışı nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə 2836,26 (iki min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində əsas borcu, 352,39 (üç yüz əlli iki manat 39 qəpik) manat məbləğində faiz borcu, 2,72 manat cərimə borcu olmaqla cəmi 3191,37 (üç min yüz doxsan bir manat 37 qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2836,26 (iki min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində əsas borcu, 352,39 (üç yüz əlli iki manat 39 qəpik) manat məbləğində faiz borcu, 2,72 (iki manat 72 qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 3191,37 (üç min yüz doxsan bir manat 37 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutularaq iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abbasqulu qızından 2836,26 (iki min səkkiz yüz otuz altı manat, 26 qəpik) manat əsas, 352,39 (üç yüz əlli iki manat, 39 qəpik) manat faiz, 2,72 (iki manat, 72 qəpik) manat cərimə borcu olmaqla, cəmi 3191,37 (üç min yüz doxsan bir manat, 37 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar