Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2850/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gulieva Giunai-ın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Gulieva Giunai mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdeh 12.637 (on iki min altı yüz otuz yeddi) manat ziyanın, həmçinin ziyan məbləğinə illik 5% məbləğində faiz borcunun ödənilməsinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Səbail rayonu ərazisində yerləşən, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini 2023-cü ilin sonlarında təmir etdirmək qərarına gəlmişdir. Elə həmin tarixlərdə usta işləyən, o cümlədən qohumluq münasibətində olduğu Cavabdeh ilə görüşmüş və evin təmiri ilə bağlı razılığa gəlmişdir. Lakin sonradan cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, əvvəlcədən ödənilmiş pulların müqabilində razılaşdırılmış işlər görülməmiş, görülmüş işlər isə keyfiyyətsiz olmaqla yanaşı, həm də natamam vəziyyətdə olmuşdur. İddiaçı cavabdehə evin təmiri üçün 2023-cü ilin sonlarından başlayaraq, 2024cü ilin iyun ayına qədər ümumilikdə 28000 (iyirmi səkkiz min) manat ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh təmiri yarımçıq qoymuş və ümumiyyətlə aldığı pulların müqabilində işləri yerinə yetirməkdən boyun qaçırmışdır. Başqa sözlə, qohumluq münasibətlərindən sui-istifadə edərək evin təmirini bitirməkdən imtina etmişdir. İddiaçı göstərilənlərlə bağlı Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət etmişdir. Səbəb isə cavabdehin təmiri yarımçıq qoyub getməsi, telefon zənglərinə cavab verməməsi, eləcə də aldığı pulun müqabilində işləri yerinə yetirməməsi, hətta yerinə yetirmədiyi işlərin müqabilində aldığı pulları geri qaytarmaması olmuşdur. Araşdırma zamanı kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis ekspertizası təyin olmuşdur. Təyin edilmiş ekspertizanın 10/7450 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, sözügedən yaşayış evində usta xərci 10213 (on min iki yüz on üç) manat təşkil edir. Göründüyü kimi ekspert rəyini nəzərə alsaq, cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçıya 17.787 manat (dəqiqləşdirilmiş məbləğ 12637 manat) məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini, hətta mübahisənin yarandığı ilk vaxtlarda cavabdehdən işləri tam şəkildə yerinə yetirmək tələb olunsa da, cavabdeh qərəzli şəkildə bundan imtina etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, tərəflərindən təqdim edilmiş, “Whatsapp” ani ismarıc xidməti vasitəsilə aparılan danışıqların ekran görüntülərindən müəyyən edilir ki, 30 aprel tarixində cavabdeh ümumilikdə ona usta xərci qismində 19700 manat məbləğində pul verildiyini, həmin məbləğin 4600 manatının evin çöl hissəsinin təmiri tikintisi üçün ödənildiyini etiraf etmişdir. İşin materiallarında olan ekspert rəyindən görünr ki, evin təmiri zamanı usta xərcinin məbləi 10213 manat təşkil edir. Beləliklə, 30 aprel tarixə qədər cavabdehin artıq təxminən 5000 manat civarında borcu yaranmış; iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən 12637 manat məblğində pulun qalan hissəsi idə sözügedın trixdən sonra ödənilmişdir. Bunu təsdiq edən sübutlar təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və rədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçı onun dayısı oğludur. Evin təmiri ilə bağlı bütün danışıqlar iddiaçı ilə deyil, üçüncü şəxs Quliyeva Günay ilə aparılıb. Verilən məbləğlər ona usta xərci olaraq deyil, mal-materialın alınması üçün verilib. İddiaçı tərəfindən razılaşdırılan əmək haqqı verilmədiyinə görə təmir tikinti işlərini yarımçıq qoyub. Ətraflı araşdırılsa onun iddiaçıya deyil, iddiaçının cavabdehə borclu olduğu ortaya çıxa bilər. İddiaçı əsassız şəkildə ondan polidə şikayət edib, onun xəbəri olmadan ekspertiza keçirilib Həmin ekspert rəyi ilə razı deyil,orada onun gördüyün bütün işlər sadalanmayıb Ümumilikdə ona 35000 manat ödənilməli idi, dəqiq ödənilən məbləği xatırlaır. 19700 manat təkcə usta xərci deyil, orada materiallara görə olan ödənişlər də nəzərə alınıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddia tələbini qəbul etmirlər. Sübut yoxdur.İş materiallarına ərizə və qərar əlavə edilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarda cavabdehin ərizəsi yer almayıb, ekspertizanın keçirilməsində iştira etməyib. İddiaçı ilkin ərizədə cavabdehə 28000 manat məbləğində pul ödədiyini qeyd edib və cavabdehdən 18000 manat məbləğə yaxın pul tutulmasını xahiş edib. Cavabdeh tərəfindən müvafiq yazışmalar təqdim edildikdən sonra iddia tələbinin həcmi azaldılıb. Göstərilən məvləğin usta xərci, ya mal-material üçün ödənildiyini müəyyən etmək qeyri-mümkündür. Sübutetmə yükünün iddiaçının üzərinə dşdüyü nəzərə alınaraq, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştira edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gulieva Giunai izahar verərək qeyd etdi ki, iddia tələbi əsaslıdır. Belə ki iddiaçı-həyat yoldaşı ilə birlikdə fərdi yaşaış evnin tikintisi çün cavabdehlə danışmışlar və işlər başlamışdır. Verilən bütün məbləğlərin qəbzləri saxlanılmayıb. Belə ki, həmin məbləğlərin bir qismini cavabdeh iddiaçıdan əlbəəl götürüb. Yaxın qohum – bibioğlu-dayıoğlu olduqları üçün iddiaçı cavabdehə inanıb, hər hansı yazılı müqavilə imzalnmayıb. Cavabdeh onları hərtərəfli aldadıb. Təmir-tiinti işlərini yarımçıq qoyub, başqa yerdə iş götürdüyünü bildirib, fərdi yaşayıevinin sahəsini artıq bildirərə, əlavə pul alıb. Bundan başqa öz şəxsi ehtiyacları üçün də dəfələrlə borc götürüb,qaytarmayıb. Sonrada iddiaçıya məlum olub ki, cavabdeh digər müştərilərini də bu şəkildə aldadır, özü də pis vərdişlərə qurşanıb. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, cavabdeh onun bibisioğludur. Fərdi yaşayışevinin tikintisi üçün usta xərci olaraq hər kvadrat metrə 90 manat razılaşmışdılar. Cavabdehə ödənişlər həm nağdsız qaydada (kartdan-karta öçürmələr və “MilliÖn” tiöli aparatlardan köçürmələr şəklində) həm də nağd qaydada əlbəəl ödənilib. Cavabdeh təmir-tiinti işlərinin aparılması görüntüsünü verib, lakin kamera quraşdırılandan sonra məlum olub ki, evin arxa hissəsində olan otağın pəncərəsindən çıxaraq gedir və heç bir iş görmür. Dəfələrlə xoşluqla məsələni nizamlamaq istəsə də, nəticə verməyib. Cavabdeh hətta evdə təmir-tikinti işləri aparan fəhlələrin də əl haqqını verməyib. Son nəticədə səbr kasası dolan iddiaçı polis orqanlarına müraciət edərək, haqqının bərpa edilməsini tələb edib. Ekspertiza keçirilib. Məsələnin mülki iş olduğu bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilib. Həmin vaxt cavabdehin qardaşı da barışıq üçün gəlib, hətta təmir işlərinə kömək edə biləcəyini bildirib. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Mülki işin materialları - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7450 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən İddiaçı məxsus evin təmirində usta xərci 10.213.00 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə təhqiqat araşdırılması və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixində rədd edilmişdir.Bundan əlavə aralarında yaranan mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli məqsədi ilə müvafiq məhkəmə orqanına müraciət etmək hüququ vardır. - 10 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində İddiaçı müraicətinə baxılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - 03 iyul 2025-ci il tarixli "xxxx"ASC-yə məxsus çıxarışdan görünür ki, Ms.Giunai Gulieva (hesab № **********006210) Xalq Online sistemi vasitəsilə **********300704 saylı karta 24 sentyabr 2023-cü il tarixdə 302 manat, 20 oktyabr 2023-ü il tarixdə 200 manat, 06 fevral 2024-cü il tarixdə 500 manat, 05 fevral 2024-cü il tarixdə 1355 manat, 10 fevral 2025-ci il tarixdə 200 manat, 16 fevral 2024-cü il tarixdə 100 manat, 15 fevral 2024-cü il tarixdə 250 manat, 20 fevral 2024-cü il tarixdə 500 manat, 09 aprel 2024-cü il tarixdə 300 manat, 28 aprel 2024-cü il tarixdə 300 manat, 30 aprel 2024-cü il tarixdə 100 manat, 04 may 2024-cü il tarixdə 1000 manat, 18 may 2024-cü il tarixdə 80 manat, 07 may 2024-cü il tarixdə 400 manat, 24 may 2024-cü il tarixdə 440 manat, 22 may2024-cü il tarixdə 500 manat, 01 iyun 2024-cü il tarixdə 500 manat, 08 iyun 2024-cü il tarixdə 500 manat, 21 iyun 2024-cü il tarixdə 440 manat; **********966570 saylı karta 27 iyun 2024-cü il tarixdə 200 manat, 19 iyun 2024-cü il tarixdə 200 manat, 02 iyul 2024 –cü il tarixdə 100 manat, 06 iyul 2024-cü il tarixdə 100 manat, 09 iyul 2024-cü il tarixdə 100 manat, 10 iyul 2024-cü il tarixdə 200 manat, 20 iyul 2024-cü il tarixdə 100 manat, 22 iyul 2024-cü il tarixdə 400 manat, 24 iyul 2024-cü il tarixdə 35 manat, 27 iyul 2024-cü il tarixdə 100 manat, 26 iyul 2024-cü il tarixdə 25 manat ödəniş aparılmışdır. - 11 iyun 2024-cü il tarixli “mpay”ödəniş sistemi basitəsilə həyata keçirilən köçürmənin qəbzindən görünür ki, “E***** N****F*** oğlu” nun adına olan 523915******0704 nömrəli karta 1930 manat, 29 aprel 2024-cü il tarixdə 200 manat, 12 may 2024-cü il tarixdə 200 manat,15 fevral 2024-cü il tarixdə 200 manat, 06 noyabr 2023cü il tarixdə 655 manat, 11 noyabr 2023-cü il tarixdə 1330 manat, 30 sentyabr 2023-cü il tarixdə 410 manat, 25 sentyabr 2023-cü il tarixdə 800 manat, 13 oktyabr 2023-cü il tarixdə 1500 manat; 13 iyun 2024-cü tarixdə Cavabdeh adına olan son 8 rəqəmi “71966570” olan kart hesabına 1000 manat, 21 sentyabr 2023-cü il tarixdə “E***** N****F*** oğlu” nun adına olan 416973******9128 nömrəli karta 121 manat, 23 sentyabr 2023-cü il tarixdə 800 manat, 01 sentyabr 2023-cü il tarixdə 1350 manat;X3 adına, son 8 rəqəmi “10470775” olan karta 10 sentyabr 2023-cü il tarixdə 220 manat; X2 adına, son 8 rəqəmi “71948263” olan 21 sentyabr 2023-cü il tarixdə 200 manat; LA***** İB***** adına “5***********9131” saylı karta 22 sentyabr 2023-cü il taridə 570 manat; “e-manat” sistemi vasitəsilə aparılan 08 may 2024-cü il tarixli ödənişin qəbzindən görünür ki, “E***** N****F*** oğlu” nun adına olan 523915******0704 nömrəli karta 310 manat, 17 may 2024-cü il tarixdə 700 manat; “MilliÖn” elektron ödəmə sistemi “E***** N****F*** oğlu” nun adına olan 523915******0704 nömrəli karta 01 dekabr 2023-cü il tarixdə 1400 manat, 02 mart 2024-cü il tarixdə 200 manat, 15 fevral 2024-cü il tarixdə 200 manat, 11 fevral 2024-cü il tarixdə 200 manat, 13 fevral 2024-cü il tarixdə 400 manat, 18 oktyabr 2023-cü il tarixdə 100 manat, 28 oktyabr 2023-cü il tarixdə 1240 manat, 14 oktyabr 2023-cü il tarixdə 400 manat köçürmələr aparılmışdır. - 14 fevral 2024-cü il trixli qəbzin surətindən görünür ki, “**********300704” kart hesabına 100 manat məbləğində köçürmə aparılmışdır. - Yazışmaların surətindən görünür ki, 05 fevral 2024-cü il tarixdə cavabdeh “Fayiq Günay” adı ilə qeyd edilən şəxsə bir sıra material adı, sayı və qiymətini yazaraq, cəmi 1354 manat rələb olunduğunu bildirir, daha sonra **********300704 saylı, Mr. Nazim Ellazov adına olan kartın şəkli göndərilir; başqa tarixdə “Fayiq Günay” adı istifadəçi “necə fəhlə neçə gün? Çıxıram onda 1400 ataram dəmirin depozitini verəndə taxtanı hesablayararlar” məxmununda ismarıc göndərmiş, 01 dekabr 2023-cü il tarixdə “Milliön” eletron ödəmə sistemi vasitəsilə 1400 manat ödəməni təsdiq edən qəbzin şəklini göndərmişdir; 20 fevral 2024-cü il tarixdə yenidən cavabdeh tərəfindən müəyyən malmaterialın siyahısı və cəmi 499 manat məbləğində ödənişin tələb olunduğu bildirilir, “Faiq Gunay” adlı istifadəçi tərəfindən həmin tarixdə "xxxx" ASC vastəsilə kartdan karta 500 manat məbləğində ödənişin aparıldığını təsdiq edən qəbzin şəkli göndərilir; 05 noyabr 2023-cü il tarixdə cavabdeh mal-materialların siyahısını, hər biri üzrə tələb olunan mbləği və say qeyd edir, “ismarıcın sonunda cəmi 532 m, köhnədən qalıb xamutun 56 m. maşın pulu?” məzmununda, “Faiq Qızılgül” adlı istifadəçi isə 06 noyabr 2023-cü il tarixdə “mpay” ödəmə sistemi vasitəsilə 655 manat məbləğində ödənişi aprdığı barədə qəbzin şəklini göndərdiyi yazışma baş tutmuşdur. 10 iyun 2024-cü il tarixdə cavabdeh yenidən malmaterialın adı, sayı, məbləği barədə ismarıc göndərmiş və yekunda 1923 manat məbləğində pulun tələb edildiyini bildirmiş, daha sonra “X6 nə oldu pul gəlib çıxmadı” məzmununda ismarıc göndərmiş, “Faiq Qızılgül” adlı istifadəçi 11 iyun 2024-cü il tarixdə “mpay” ödəmə sistemi vasitəsilə 1930 manat məbləğində ödəməni aprdığını təsdiq edən qəbzin şəklini göndərmişdir. 23 may 2024-cü il tarixdə cavabdeh “7 kisə sement qalıb sabahı görməyəcək. 440 manat eliyir. Maşın pulu vermirik” məzmununda ismarıc göndərilir; “Faiq Günay” adlı istifadəçi 24 may 2024-cü il tarixdə "xxxx" ASC vastəsilə kartdan karta 440 manat məbləğində ödənişin aparıldığını təsdiq edən qəbzin şəkli göndərilir; eyni tarixdə də 22 may 2024-cü il tarixdə cavabdeh mal-materialın adı, sayı, məbləği barədə ismarıc göndərmiş və yekunda 696 manat məbləğində pulun tələb edildiyini bildirmiş, “Faiq Gunay” adlı istifadəçi “oy Nazim..hadan alım sənə də 500 atmalıyam..hardan alım o boyda indi”; cavabdeh “mən neyləyim axı”; Faiq Gunay” adlı istifadəçi “ mən sənin 500-nü göndərim faiq də 700 bunu..” məzmununda ismarıc, "xxxx" ASC vasitəsilə kartdan karta 500 manat məbləğində ödənişin aparıldığını təsdiq edən qəbzin şəkli göndərilir. Oxşar məzmunda yazışmalar digər tarixlərdə də baş tutur. 08 iyun 2024-cü il tarixdə 500 manat, 04 may 2024-cü il tarixdə 1000 manat, 07 may 2024-cü il tarixdə 400 manat,15 fevral 2024-cü il tarixdə 250 manat, 19 iyun 2024-cü il tarixdə 200; 27 iyun 2024-cü il tarixdə 110 manat ; 01 iyul 2024-cü il tarixdə 100 manat, 02 iyul 2024-cü il tarixdə 100 manat, 06 iyul 2024-cü il tarixdə 100 manat, 09 iyul 2024-cü il tarixdə 100 manat, manat məbləğində olan ödəmələrin mamaterial üçün aparıldığı müəyyən edilir. - “Whatsapp”sosial şəbəkə vasitəsi ilə “nazim faiq” adlı istifadəçi və +**********50 əlaqə nömrəsinə məxsus istifadəçi arasında danışıqlardan görünür ki, +**********50 əlaqə nömrəsinə məxsus istifadəçi-isti polun kabelini atmısan kollektira?Sadəsi üçün elektronu ekranlıdı ya kolektorun özündən tənzimlənir?.... “nazim faiq” adlı istifadəçi - Yox,biz elə sistem çəkməmişik. +**********50 əlaqə nömrəsinə məxsus istifadəçi - yəni,Santexnika işini təmiz bitirmisən ya yox? Nə elektrikanı korobkaları qoymusan ne santexnikanı. Yəni,28 minlik budu? Kvadratı 90-dan 260 kv-ın 28 min edir tam tehvili. 260 da yox 240 edir 90-na vuranda. Vermişəm. Tehvil vermədən 28000 almısan, 90 etmir kvadratı çox edir. Sence sən halallıq ala bilərsən? Hallalıq? Bütün işlər yarımçıq. 2 aydır ki, korobkalar ortada mənə aldırmısan. Hər şey eləcə. Evimizin içdən kvadratını düzgün hesablamamısan. Çölü ayrıca ödəmişik. İşə çıxanda düzgün hesablayarsan. Ona görə də pulunu hesablayarsan. Bundan sonra hamısı dəqiqliklə olacaq. İşlədiyin bunlardır? Çöldən 170-dir. Çölü də 4600 ödənişi etmişəm. Kvadratı 90-dan deyilmiş 110-nu keçir. Nazim sənlə işimiz bitdi. Çıxmağın lazım deyil. Başqa cür danışacayıq....“nazim faiq” adlı istifadəçi- Günay bir az səbrli olun, gəlib işləyəcəm. Sonra siz çətinlik çəkəcəksiz mən eləmirəm demirəm. - “Whatsapp” ani ismarıc sistemi vasitəsi ilə “Faiq Günay” adlı istifadəçi və Cavabdeh arasında danışıqlardan görünür ki, “Faiq Günay” adlı istifadəçi-Sənə indiyə kimi nə qədər vermişəm? 1000 çölə hesablamışam qalan sənə?... Cavabdeh- Onda 7000 içəri,opşi 8000-dir. 3000 bir 2000 bir 1000 bir 2000 bir axrıncı olub.... “Faiq Günay” adlı istifadəçi- Bu gündə 1000 verəcəm. Sənə 8 oldu, çölə min. Ok?.... Cavabdeh-Yaxşı.... “Faiq Günay” adlı istifadəçi- Nazim, zəhmət olmasa mən sənə çöllü içərili nə qədər pul vermişəm? Yaz çox xahiş. dəftərimi yoxlayıram....Cavabdeh-19700.... “Faiq Günay” adlı istifadəçi- Hə,onda düz imiş. Ordan 4600 çöldü?.... Cavabdeh- Hə..” məzmununda danışıqlar baş tutumuşdur. - Flaşkart informasiya daşıyıcısındakı məlumatlardan görünür ki,mübahisə predmeti olan yaşayış evi təmirsiz vəziyyətdədir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəSinə götürür. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər 763.2-ci maddəsinə əsasən, əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən, əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Məhkəmə qeyd edir ki, cavabdeh şifahi razılaşma üzrə fərdi yaşayış evinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən müəyyənləşdirilən işin mübahisəsiz halı bundan ibarətdir ki, İddiaçı cavabdeh – bibisioğlu Cavabdeh fərdi yaşayış evinin inşa və təmir etdirilməsi üçün müraciət etmişdir. Tərəflər arasında yazılı müqavilə bağlanamasa da, hər iki tərəf işin bu halıını mübahisələndirməmişdir. Eyni zamanda tərəflər o halı da mübahisələndirməmişlər ki, 2023-cü ilin sonlarından başlayaraq cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin daxili hissəsinin təmirinə başlamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçının subyektiv hüququnun olmadığını, bütün danışıqların üçüncü şəxs Quliyeva Günay ilə aparıldığını, "xxxx" ASC-də olan hesabın sonuncuya məxsus olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən örünür ki, iddiaçı və üçüncü şəxs 05 noyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Eyni zamanda o da qeyd edilir k, məhkəmə iclasında izahat verərək həm iddiaçı, həm də üçüncü şəxs cavabdehə ödənilən məbləğlərin onların birgə mülkiyyəti olduğunu qeyd etmişlər. Eyni zamanda həm iddiaçı, həm cavabdeh fərdi yaşayış evinin tikintisinin 2023-cü ilin sonlarından etibarən başladığını qeyd etmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh şifahi razılaşma üzrə fərdi yaşayış evin inşa edilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini təmir etdirmək sifariş vermiş,bunun müqabilində cavabdehə hisə-hissə 19700 (on doqquz min yeddi yüz) manat məbləğində pul ödəmişdir. Bu hal özünü iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə aralarında olan danışqlar ilə təsdiqini tapır. Daha sonra evin tikintisi üçün materialların alındığı və cavabdeh tərəfindən qəbul edilməsi tərəflərin izahatları ilə təsdiqini tapır. Mübahisəli məsələ eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən – iddiaçı tərəfindən ona ödənilən məbləğin evinin tikintisi üçün xərclədiyini bildirərək, iddia tələbini qəbul etmir. Cavabdeh bu halı sübut etmək məqsədilə apardığı qeydi təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir. Belə ki, cavabdeh özü də bildirir ki, iddiaçı tərəfindən evin tikintisi ilə bağlı ona 19700 (on min) manat məbləğ ödənilmişdir.Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7450 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən İddiaçı məxsus evin təmirində usta xərci 10.213.00 manat müəyyən edilmişdir. Tərəflərin təqdim etdiyi yazışmalardan görünür ki, iddiaçı cavabdehə 30 aprel 2024cü il tarixə qədər 19700 manat məbləğində pul ödəmiş, bunun 4600 manat hissəsi evin çölü, qalanı isə evin içərisinin təmiri üçün usta xərci olaraq ödənilmişdir. Cavabdeh həmin hissəni məhkəmə iclasında mübahisələndirsə də, yazışmaların özü tərəfindən aparıldığını etiraf etmişdir. Həmin yazışmalardan görünür ki, cavabdeh iddiaçı tərəfindən ona 19700 manat məbləğində pulun ödənildiyi, onun 4600 manatının evin çölü üçün olduğunu qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında həmin məbləğə həm də təmir üçün zəruri mal və materialın qiymətinin də daxil olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Fərdi yaşayış daxili hissəsinin təmiri üçün 2023cü ilin axırlarından başlayaraq 2024-cü ilin aprel ayına qədər ödənilmiş 19700 manat məbləğ pulun həcminə həm təmir haqqının, həm də mal-material məbləğlərinin olmasını məhkəmə ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Eyni zamanda tərəflərin arasında aparılan 22 may 2024-cü il tarixli başqa yazışmanın mətnində də cavabdehə usta xərci olaraq ödənilən məbləğ “sənə ödənilməlidi” deyə fərqləndirilib. Belə olan təqdirdə əsas mübahisə predmeti 2024-cü il 29 aprel tarixindən sonra ödənilmiş məbləğin müəyyənləşdirilməsidir. Təqdim edilmiş "xxxx" ASC-nin çıxarışından müəyyən edilir ki, 29 aprel tarixdən sonra cavabdehə məxsus kart hesablarına ümumilikdə 5530 manat məbləğ miqdarında ödəniş həyata keçirilmişdir. Digər ödəmə sistemləri “mpay”, “milliÖn”, “E-manat” vasitəsilə aparılmış ödənişlərin ümumi məbləği 4140 manat təşkil edir. Lakin həmin ödənişlərdən 08 iyun 2024-cü il tarixdə 500 manat, 04 may 2024-cü il tarixdə 1000 manat, 07 may 2024-cü il tarixdə 400 manat, 19 iyun 2024-cü il tarixdə 200; 21 iyun 2024-cü il tarixdə 440 manat, 27 iyun 2024-cü il tarixdə 110 manat, 01 iyul 2024cü il tarixdə 100 manat, 02 iyul 2024-cü il tarixdə 100 manat, 06 iyul 2024-cü il tarixdə 100 manat, 09 iyul 2024-cü il tarixdə 100 manat, 11 iyun 2024-cü il tarixdə 1930 manat, 24 may 2024-cü il tarixdə 440, 08 avqust 2024-cü il tarixdə 500 manat, manat məbləğində olan ödəmələrin təmir-tikinti materialları üçün aparıldığı müəyyən edilir. Beləliklə, 29 aprel 2024-cü il tarixdən sonra olan ümumilikdə 9670 manat məbləğində ödənişin ümumilikdə 5920 manat hissəsinin mal və materiallara xərcləndiyi təsbit edilir. Belə olan təqdirdə müəyyən edilir ki, qalan (9670-5920=)3750 manat olan hissəsi usta xərci olaraq ödənildiyini təkzib edən sübutlar iş materiallarında mövcud deyil. Evin daxili hissəsinin təmirinə 29 aprel 2024-cü il tarixədək olan dövr ərzində (19700- 4600=) 15100 manat məbləğində pulun ödənildiyi təsbit edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyi ilə müəyyənləşdirilmiş 10213 manat məbləğində pul ümumi məbləğdən çıxıldıqda (15100+3750-10213=)8637 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “ziyan məbləğinə illik 5% məbləğin tutulması” hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçının istinad etdiyi MM-nin 445.7-ci maddəsində illik 5% məbləğində pulun tutulması mexanizminin borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildikdə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə tərəflərin arasında münasibətlər borcpul ödənilklərindən irəli gəlmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini həm qanunvericiliyə uyğun təqdim etdiyi sübutlarla sübut edilə bilmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi hallar işin araşdırılmış halları ilə öz qismən təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia ərizəsi qismən təmin edilməli və Cavabdeh 8637 (səkkiz min altı yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda qeyd edir ki, AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə xərcləri məsələsi də həll edilməlidir. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı ilin olaraq 17787 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmiş və müvafiq qaydada 144 manat dövlət rüsumu ödəmişdir. Daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərə, cavabdehdən 12637 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia qismən təmin edildiyindən, 144 manat dövlət rüsumunun 87 manatı Cavabdeh oğllundan tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş dövlət rüsumu - 16 manat məbləğində pul dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8637 (səkkiz min altı yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 144 manat dövlət rüsumunun 87 manatı Cavabdeh oğllundan tutularaq İddiaçı ödənilsin, artıq ödənilmiş dövlət rüsumu - 16 manat məbləğində pul dövlət büdcəsindən iddiaçıya qaytarılsın, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2850/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2850/2025
27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver