Məhkəmə qərarları › İş №2(005)-2853/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2853/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2853/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Mamedli Nurananın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mamedli Nurana cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə müraciət edərək, Cavabdeh1 və BARATTSON MMC-nin etibarnamədən sui istifadə edərək dəyərindən 7 dəfə aşağı qiymətə bağladqları icarə müqaviləsi ilə ona son 21 ay üçün vurulan maddi ziyan və əldə çıxmış fayda olan 88 950 AZN və əlavə olaraq 358 AZN məhkəmə dövlət rüsumu olmaqla ümumi 89 308 AZN məbləğin ona iki cavabdeh tərəfindən müştərək olaraq ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixə, saat 11:15-ə, xx.xx.2024-cü il tarixə saat 12:00-a və xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Hazırki iş üzrə tərəflərin məhkəmənin çağırışlarına gəlməmələri iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. İddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanması həmin iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərilsə də, tərəflər məhkəməyə gəlmədiklərindən iddiaçı Mamedli Nurananın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Mamedli Nurananın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar