Məhkəmə qərarları › İş №2(005)-2854/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2854/2020

05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2854/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X22, X23, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X22, X23, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 51 saylı Notariat ofisi tərəfindən, ünvan 1 saylı ünvanında yerləşən 34,1 kv.m qeyri-yaşayış sahəsinə dair X11 ilə X13 arasında bağlanmış xx.xx.2016-cı il tarixdə reyestrdə 4Ə-948 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi və bununla əlaqədar aparılmış qeydiyyatları ləğv edilməsi,xx.xx.2018-ci il tarixdə ölmüş X5 vərəsələrinə, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş reyestrdə, 2v-42 nömrə ilə qeyd edilmiş X12 ¼ pay, X14 ¼ pay, Talıblı LeylaHəsən qızına ¼ pay və X15 ¼ pay bölgüsü ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatları ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X12, X14, Talıblı Leyla iləsən qızına və X26ma verilmiş çıxarış və həmin çıxarışla bağlı aparılmış qeydiyyatları ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası, X16 ilə anası, X4 nikahları xx xxx 1961-ci il tarixdə rəsmiləşdirilmişdir. Valideynlərinin 1961-ci ildən, 2011-ci ilədək olan 50 illik birgə nikah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.O, ABŞ-da yaşadığı müddətdə anası X6 göndərdiyi pul ilə 2004-cü ildə sözügedən ünvan 1 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi alınmış və anası X4 adına rəsmiləşdirilmişdir. 2011-ci ildə ABŞ-dan qayıtdıqdan sonra anası iddiaçının pulu ilə alınmış həmin əmlakı ona bağışlamışdır. Bundan xəbər tutan bacısı X17 və onun əri X22 80 yaşlı anasına təzyiqlər edərək anası ona qarşı Məhkəməyə müraciət etməyə məcbur etmişlər. Keçirilmiş Məhkəmələrin yekun qətnamə və qərarı ilə, anası ünvan 1 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmini ondan geri alaraq qızı X10 bağışlamışdır.Bu barədə olmuş məhkəmə çəkişmələrinə dair, Nərimanov rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-5287/2014 saylı qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü tarixli, 2(103)-2020/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2015-cü il tarixli, 2(102)-4423/2015 saylı qərarı mövcuddur.Həmin Məhkəmə qovluğu, Bakı Apelyasiya Məhkəməsinin arxivində saxlanılır və bu Məhkəmə baxışında həmin Məhkəmə qovluğundakı sənədlərdən istifadə olunmalıdır. Çünki, qovluqda olan sənədlərlə tam sübut olunur ki, sözügedən ünvan 1 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi 2004-cü ildən anam X11 ilə X3nun birgə mülkiyyətləri olmuşdur.İşə əlavə edilmiş çıxarış isə yuxarıda göstərilmiş Məhkəmə çəkişmələrinin yekun Qərarından sonra yəni, xx.xx.2016-cı il tarixdə eyni əmlaka təkrar olaraq yeni çıxarış alınmışdır.Valideynlərimin vəfatından sonra vərəsəlik işi açılmış, lakin birgə nikah dövründə yəni, 2004-cü ildə əldə olunaraq X4 adına mülkiyyət hüququ qeydə alınmış ünvan 1 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi miras kütləsinə daxil edilməmişdir. Belə ki, qeyd olunan əmlak hər iki şəxsin ümumi əmlakı olmasına baxmayaraq X11 tərəfindən X10 bağışlanmışdır. Qeyd etmək istəyir ki, birgə nikah dövründə, yəni 2004-cü ildə valideynləri tərəfindən alınmış ümumi əmlak ünvan 2 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi vərəsələrin razılığı olmadan və atasının payına düşən hissəsini də bağışlanma müqaviləsinə əsasən X10 tam payda bağışlamış və onun adına özgəninkiləşdirilmişdir.Hesab edir ki, notariat orqanı X7 ölümündən sonra vərəsəlik işinin açılmasını, hazırda da başa çatmadığını bildiyi halda tam payda bağışlanma müqaviləsinin bağlanmasına razılıq vermişdir. 3-cü şəxs qismində Məhkəməyə cəlb olunan X22, X23, X24 və X25 ölmüş, X5 əri və qızlarıdır.Maraqlı şəxs qismində məhkəməyə cəlb olunmuş Maraqlı şəxs, mirasqoyan X4 vərəsəsidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 saylı ünvanındayerləşən 34,1 kv.m qeyri-yaşayış sahəsinə dair, X11 ilə X13 arasında, Cavabdeh1ndə xx.xx.2016-cı il tarixdə, reyestrdə 4Ə-948 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin reyestr qeydi ləğv edilməsi, bağışlama müqaviləsini etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixdə ölmüş X5 vərəsələrinə,Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə, reyestrdə 2v-42 nömrə ilə qeyd edilərək X12 ¼ pay, Talıblı AylinHəsən qızına ¼ pay, X18 ¼ pay və X21 ¼ pay bölgüsü ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamənin reyestr qeydinin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququhaqqında şəhadətnaməni etibarsız hesab edilməsi, yuxarıda göstərilmiş bağışlama müqaviləsi və qanun üzrə vərəsəlik hüququhaqqında şəhadətnamələr əsasında, Azərbaycan Respublikası ƏMDK yanında,DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən, X12 ¼ payüçün, X14 ¼ pay üçün, X18 ¼ payüçün və X15 ¼ pay üçün verilmiş çıxarışların reyestr qeydinin ləğv edilməsi, çıxarışları etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X22 iddianın əsassız olduğunu, həmçinin iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını bildirdi və rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontorunun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu bildirmiş, Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış müqavilə üzrə qanunvericiliyin tələbləri pozulmamışdır, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Kontorunun notariusu İlham Məmmədov məhkəməyə məktubla müraciət edərək, etiraz və mülahizələrin olmadığını, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxsinlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, təqdim etdikləri sübutları tədqiq edib, digər sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən X16 xx.xx.2011-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Quba rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 02 №-li ölüm haqqında akt qeydi tərtib edilmişdir. Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Quba rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 02 №-li ölüm haqqında akt qeydi tərtib edilmişdir. Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı xx.xx.1963-cü ildə Quba şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1963-cü il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən 354 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X11. xx.xx.2019-cu il tarixli, 165 №-li İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizəyə əsasən X4 vəfatı ilə əlaqədar ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə X4 adına rəsmiləşdirilmişdir. X11 ilə X13 arasında daşınmaz əmlakın bağışlamasına dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-948 reyestr nömrəli müqaviləyə əsasən X11 özünə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X10 bağışlamışdır. Quba rayon qeydiyyat şöbəsinin AZ-İİİ 552257 saylı doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən X13 xx.xx.1976-cı il tarixdə Quba şəhərində doğulmuşdur. X3, anası X11. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadənamənin təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 xüsusi notariusu X1 Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X5 vərəsəsi: X22, X23, X24, X20r və onlar miras əmlakdan hər biri ¼ hissədə pay almalıdırlar. Miras əmlak - ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ibarətdir. xx.xx.2018-ci il tarixli, AZ-İ 941638 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)- 5287/2014 saylı qətnaməsinə əsasən X11 ilə İddiaçı arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlama müaviləsi etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2020/2015 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-5287/2014 saylı qətnaməsi ləğv edilmiş, X11 ilə İddiaçı arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlama müaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4423/15 qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2020/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı səhəri, Yasamal rayonu, B.Səfəroğluküçəsi, 119 saylı ünvanda yerləşən ikimərtəbəli binanın yarımzirzəmisindəki 34,1 kv.mqeyriyaşayış sahəsi 006269 saylı, xx.xx.2005-ci il tarixli "Mülkiyyət hüququ haqqındaşəhadətnaməyə əsasən X4 adına dövlət reyestrindəqeydiyyata alınmışdır. 3 saylı NK-nın 4ə-01/58 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli bağışlamamüqaviləsinə əsasən sözügedən mülk İddiaçı adınarəsmiləşdirilmişdir. Bakı Appellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli,2(103)- 2020/2015 saylı qətnaməsinə (arxivdə surəti mövcuddur), 3 saylı NK-nın B/407saylı, xx.xx.2016-cı il tarixli məktubuna əsasən qeyri-yaşayış sahəsi Əliyeva FirəngizSadıq qızının mülkiyyətinə qaytarılmışdır. 51 saylı NK-nın 4ə-948 reyestr nömrəli, 23.11 2016-cı il tarixli bağışlamamüqaviləsinə əsasən X11 bəhs edilən əmlakı Əlizadə İlhaməMəcnun qızına bağışlamışdır. X5 vəfatından sonra 5 saylı NK-nın 2V-42 reyestrnömrəli, xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədəəsasən Bakı səhəri. Yasamal rayonu. B.Səfəroälu küçəsi, 119 saylı ünvanda yerləşənqeyri-yaşayış sahəsi üzərində hər birinə 1/4 hissə olmaqla X23,X25, X24, X9mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətlərindədir. Məhkəmə qeyd edir ki, hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi əqd ilə bağlı hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibətdə bildirir ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-5654/2019 saylı qərardadından görünür ki, iddiaçı mübahisəli bağışlama müqaviləsindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan sonra məlumatlı olması barədə iddia ərizəsindəki izahatı qeyri-səmimidir. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli İddiaçı notariat kontoruna ərizə ilə müraciət etdiyi, həmçinin X2 İnformasiya Sistemindən çıxarışlara əsasən X4 qanun üzrə, vəsiyyətnamə üzrə vərəsələri, X5 qanun üzrə vərəsələri barədə məlumatları əldə etmişdir. İş üzrə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı bağışlama müqaviləsindən elə həmin vaxtdan məlumatlı olmuş, lakin bağışlama müqaviləsinin etibarsızlığına əsas olan halları bildiyi yaxud bilməli olduğu vaxtdan 1 il ərzində mübahisələndirməli olduğu halda bunu etməmişdir. Beləliklə, İddiaçı Bakı səhəri, Yasamal rayonu, B.Səfəroğluküçəsi, 119 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsininbağışlandığını bilsə də, qanunvericiliklə lazımi qaydadamüəyyən edilmiş iddia ərizəsi iləyalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Belə ki, xx.xx.2019-cuildən hazırki iddia ərizəsi ilə mübahisələndirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı müqavilədən xəbəri olsa da, hazırki mülki iş üzrə iddiaçı bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (bilməli olduğu gündən) qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin “bağışlama müqaviləsinin hüquqi nəticələrinin ləğvi, bağışlama əsasında verilmiş çıxarışın ləğvi və mənəvi zərərin ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “bağışlama müqaviləsinin reyestr qeydinin ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydini ləğv edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların reyestr qeydini ləğv edərək, çıxarışların etibarsız hesab edilməsi”nə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq iddiaçıya aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddiaçının tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X22, X23, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X22, X23, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar