Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2855/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizad Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 22.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13196,73 manat əsas borc, 4654,28 manat faiz borcu və 12154,9 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 30005,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 22.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT-dan illik 25 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 22.05.2019-cu il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" BOKT təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış Tələbin güzəşti barədə 07.05.2019-cu il tarixli müqaviləyə 1 nömrəli Əlavə Sazişə əsasən Cavabdeh1 ilə "xxxx" BOKT təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20.04.2021-ci ilədək Cavabdeh1 banka 22.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13196,73 manat əsas borc, 4654,28 manat faiz borcu və 12154,9 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 30005,91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin müddəalarına uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 yaranmış borcunun vaxtında ödəyə bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 20.04.2021-ci il tarixə 13196,73 manat əsas borc, 4654,28 manat faiz borcu, 12154,9 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 30005,91 manat borcu mövcuddur. 22.05.2019-cu il tarixli BAKU1-38180-16536 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 maksimal illik 50 faizlə 240 ay müddətinə 15000 manat kredit verilmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 22.05.2019-cu il tarixli BAKU1- 38180-16536+BAKU1-39096 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslaı müəyyən edilmişdir. 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqavilədən görünür ki, "xxxx" BOKT MMC ilə bu müqavilənin 1 saylı Əlavəsində göstərilən borclular arasında Əlavə 1-də qeyd edilən tarixli və nömrəli kredi müqavilələri bağlanmış, qeyd edilən kredit müqavilələri üzrə borcluların icrasının təmin edilməsi məqsədilə Əlavə 1-də qeyd edilən təminat müqavilələri rəsmiləşdirilmişdir. Həmin Tələbin güzəşti barədə müqaviləyə Əlavə 1-də qeyd olunan kredit müqavilələr üzrə tələb etmə hüququ "xxxx" İKB ASC-yə keçmişdir. 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləsinə 27.12.2019-cu il tarixli, 1 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilənin tərkib hissəsi hesab olunan 1 saylı Əlavə qüvvədən düşmüş hesab edilməklə, yeni Əlavə tərtib olunmuşdur. Yeni Əlavə 1-də qeyd olunan kredit müqavilələr üzrə tələb etmə hüququ İddiaçı ASC-yə keçmişdir. 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 22.05.2019-cu il tarixli BAKU1-38180-16536 nömrəli kredit müqaviləsi üzrə tələb etmək hüququ İddiaçı ASC-yə keçmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 06.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 9/4874 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 22.05.2019-cu il tarixli, BAKU1-38180-16536 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürməklə Cavabdeh1 banka olan borcu: 20.04.2021-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 13248,71 manat, faiz borcu üzrə 4054,25 manat; 06.10.2021-ci il tarixə (rəy tərtib edildiyi tarixə) əsas borc üzrə 13248,71 manat, faiz bprcu üzrə 5581,53 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" BOKT MMC ilə 22.05.2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə tələb etmək hüququ "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləyə əsasən sonuncuya keçmiş, daha sonra isə "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləsinə 27.12.2019-cu il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASCyə keçmişdir. "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləyə 1 saylı əlavə daha sonra "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 07.05.2019-cu il tarixli Tələbin güzəşti barədə müqaviləsinə 27.12.2019-cu il tarixli, 1 nömrəli Əlavə Saziş ilə qüvvədən düşmüş və yeni 1 saylı Əlavə tərtib edilmişdir. Həmin yeni 1 saylı Əlavədə Cavabdeh1 kredit borcun tələb etmək hüququ İddiaçı ASC-yə keçməsi öz əksini tapmışdır. Həmçinin "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 22.05.2019-cu il tarixli BAKU1-38180-16536+BAKU1-39096 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 22.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi dərəcədə icra edilməsini öz öhdəliyinə götürmüş, bü səbəbdən İddiaçı ASC Cavabdeh2 cavabdeh qismində cəlb edərək hər iki cavabdehdən müştərək qaydada kredit borcun tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 9/4874 saylı ekspert rəyini əsas götürərək məhkəmə hesab edir ki, iddia faiz məbləği hissəsinə 4054,25 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 13196,73 manata mütənasib olmadığından 12154,9 manat məbləğində cərimə pulunun 300 manat məbləğinə azaldılması məqsədəuyğundur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmiş hissəsinə mütanasib olaraq 17,60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdehlərdən tutulması hissəsində əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.05.2019-cu il tarixli BAKU1-38180-16536 nömrəli kredit müqaviləsi üzrə 13196,73 manat əsas, 4054,25 manat faiz, 300 manat cərimə borcu və 17,60 manat dövlət rüsumu tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 150 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.05.2019-cu il tarixli, BAKU1-38180-16536 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13196,73 manat əsas, 4054,25 manat faiz, 300 manat cərimə olmaqla, cəmi 17550,98 (on yeddi min beş yüz əlli manat, 98 qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,60 (on yeddi manat 60 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 150 (bir yüz əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2855/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2855/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver