Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2872/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 (səkkiz min) manat əsas borc və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 8100 (səkkiz min yüz) manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, 2020-ci ilin avqust ayında tanışı Cavabdeh iddiaçıdan onlar üçün kombi istilik sistemlərini öz adına kreditə götürüb onlara verməyini xahiş etmiş və hər ay krediti özləri ödəyəcəyinə söz vermişdir. Hazırki iş üzrə Cavabdeh və X1 ilə birlikdə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Kontakt Home" mağazasından öz adına 3 ədəd, ümumi dəyəri 8.000 (səkkiz min) manat olan Kombi istilik sistemi kreditə götürərək bir başa onlara vermişdir. Hazırki iş üzrə cavabdehə himayəsində olan azyaşlı uşaqların olduğunu, iddiaçının onun üçün kredit ödəmək imkanı olmamasını və kredit verən mağaza tərəfindən narahat edildiyini bildirmişdir. Dəfələrlə Cavabdeh krediti vaxtında ödəmədi üçün xəbərdarlıq etsə də heç bir nəticə olmamış,Tərəf iddiaçıya verdiyi vədinə əməl etmədən iddiaçının adına götürdüyü kombi istilik sistemlərinin pulunu ödəməkdən açıq-aşkar imtina etmişdir. Tərəfindən məsələ ilə bağli Nəsimi rayon Polis idarəsinə şikayət ərizəsi verilmiş və Nəsimi rayonu Polis İdarəsinin 22ci Polis bölməsində təhqiqat şöbəsində araşdırma aparılmış və hazırki cavabdeh həmin yükü özü apardığını etiraf etmişdir. Hazırki iş üzrə Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis bölməsinin təhqiqat bölməsindən işin mülki qaydada məhkəməyə verilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, hazırki mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilməli və ədalətli məhkəmə qətnaməsi çıxarılmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək, onun taksi sürücüsü işlədiyini, həmin vaxt iddiaçı ilə Yaqut İsmayılovanı “Kontakt Home” mağazasına gətirdiyini, onların birlikdə mağazaya girib alış-veriş etdiyini, özünün isə avtomobildə əyləşib onları gözlədiyini, kombi istilik sisteminin alınması üçün iddiaçıdan belə bir xahişinin olmadığını, ümumiyyətlə onun bu məsələyə heç bir aidiyyətinin olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Nicat Ədilbəylinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən dövlət orqanlarına ünvanlanan şikayət ərizəsinin surətindən görünür ki, bildirir ki, 2020-ci il Avqust ayı tanışım X1 Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kontakt home mağazasından mənim adıma kombi istilik sistemi götürməyi xahiş etmiş və ödənişləri özü tərəfindən ödəniləcəyinə vəd vermişdir. Yaqut oğlu Fuad (***-***-**-**) qohumu Kamandarla (***-***-**-**) birgə məndən 1 ədəd kombi götürəcəyini xahiş etsə də mən mağazada lazımi sənədlərə imza atdıqdan sonra etimadımdan sui istifadə edərək məndən xəbərsiz 3 ədəd ümümi dəyəri 8 min manat olan kombi götürmüşlər. Bu barədə şahidlər də vardır. 3 ədəd kombi götürmələri mənə sonradan məlum olmuşdur. Bu dələduzluğa əl atmaları ilə yanaşı hazırda ödəniş etməyərək mənim “Kontak Home” mağazası qarşısında 8.000 manatlıq öhdəliyim yaranmışdır. Dəfələrlə telefon əlaqəsi yaratmağa cəhd etsəm də telefonuma cavab vermir, mənə vermiş vədinə əməl etmirlər. Hesab edirəm ki, bir qrup şəxslər tərəfindən mənə qarşı törədilmiş iqdisadi cinayətdir və qanunvericiliyə uyğun araşdırılaraq hüquqi qiymət verilməlidir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı Cavabdeh xahişi ilə Kontakt Home mağazasından kombi istilik sistemlərini öz adına kreditə götürüb cavabdehə vermişdir, cavabdeh isə öz növbəsində hər ay krediti ödəyəcəyinə söz vermişdir. Cavabdeh isə iddiaçıya verdiyi vədinə əməl etmədən iddiaçının adına götürdüyü kombi istilik sistemlərinin pulunu ödəməkdən açıq-aşkar imtina etmişdir. Cavabdeh iddia tələbinin əsassız olduğunu onun Yaqut adlı şəxs ona müraciət edərək mağazadan kombi alacaqlarını bildirmiş və alınan malları ünvana çatdırmış, o sadəcə yükü taksi kimi daşımış və digər məsələlər barədə heç bir məlumatı olmadığını bildirir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı Cavabdeh xahişi ilə kreditə mal götürdüyünü bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur. Onun izahatları isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan cinayət işinin rədd edilməsi ilə əlaqədar toplanmış materiallardakı sübutlar, habelə iddiaçının məhkəmə iclasındakı izahatlarından məlum olur ki, iddiaçının hazırki cavabdehlə hər hansı danışıqları və ya sövdələşməsi olmamışdır. Olsa da belə iddiaçı bu halı sübut edəcək hallara dair hər hansı mötəbər sübut təqdim edə bilməmiş, bundan əlavə məhkəmə iclasında ziddiyyətli izahatlar verərək, cavabdehin hər hansı öhdəliyinin olmasını sübut edə bilməmişdir. Belə olan halda isə iddiaçı iddia tələbinin dəlillərinə, o cümlədən izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2872/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2872/2022
17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver