Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2896/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehlə bağladığı alqı-satqı müqaviləsinə əsasən ondan “Samsung” markalı televizor almış və həmin televizora görə cavabdehə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 149 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin həmin televizoru o, evə gətirdikdə onun qüsurlu olduğunu aşkar etmiş və dərhal cavabdehə qaytarmışdır. Ona bildirilmişdir ki, bu televizorun yerinə ona başqa bir televizor veriləcəkdir. Lakin bunun üçün ödəniş tərəfindən tam həyata keçirilməlidir ki, onunla yeni müqavilə bağlanılsın. O da həmin televizoru cavabdehə qaytarmasına baxmayaraq aylıq ödənişləri yerinə yetirmiş və bu televizora görə onun cavabdehə borcu qalmamışdır. Ödəniş başa çatan kimi xx.xx.2022-ci ildə cavabdeh ona başqa bir “Samsung” markalı televizor vermiş və onunla yenidən alqısatqı müqaviləsi bağlayaraq bildirmişdir ki, onlar tərəfindən bu qaydada əvəzləşdirilmə aparılacaq və o yekunda televizorların dəyəri arasındakı fərqi ödəyəcəkdir. Belə ki, 2-ci dəfə ona satılan televizorun ümumi dəyəri 2398,99 manat olmuşdur. O, cavabdehin bu təklifini qəbul edərək müqaviləni bağlamış və 2-ci dəfə aldığı televizora görə ödəniş etməmişdir. Lakin cavabdeh 1-ci müqavilə üzrə aldığını televizorun əvəzi olaraq bu televizoru ona verməsinə baxmayaraq, Xaçmaz rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmış və ondan cavabdehin xeyrinə 2398 manat əsas borcun 50 manat cərimə və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmuşdur. Göründüyü kimi, cavabdeh ona xx.xx.2021-ci il tarixli müqavilə əsasında aldığı və sonra da geri qaytardığı televizorun dəyərini tam olaraq ödəsə də, həmin televizoru ona verməmiş, 2-ci dəfə aldığı televizorun həmin televizorla əvəzləşdiriləcəyi bildirilsə də, bu televizorun tam dəyərini ondan tələb etmiş və bununla bağlı qətnamə də qəbul olunmuşdur. Belə olan təqdirdə cavabdeh 1799 manat dəyərində olan borcunu tam olaraq ödədiyi “Samsung” markalı, diaqonallı televizoru tam işlək və saz vəziyyətdə ona qaytarmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1essual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mübahisənin istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olması səbəbindən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Digər tərəfdən iş materiallarına əlavə edilmiş məişət zəmanət talonu, mədaxil qəbzi və ödəniş cədvəlindən görünür ki, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin “Xaçmaz Filialı”nda bağlanmışdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı, eləcə də mübahisələndirilən müqavilənin bağlandığı və ya icra edildiyi yer Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə və ya Xaçmaz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə və ya Xaçmaz Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2896/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2896/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver