Məhkəmə qərarları › İş №2(005)-290/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-290/2023

07.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-290/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Şirinova Fatima Ağamehdi qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş maddi ziyana görə 3000 manat məbləğində (üç min manat) pulun Cavabdeh Anatolyevnadan alınıb iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Təbriz 55A, mən.57 ünvanında yerləşən mənzil 30 ildir iddiaçıların birgə mülkiyyətindədir. İddiaçılar daima qonşularla münasibətdə birgə yaşayış qaydalarına əməl etmişlər, lakin 8-ci mərtəbədə iddiaçı ilə qonşuluqda yaşayan cavabdeh tərəfindən dəfələrlə birgə yaşayış qaydaları pozulmuşdur. Belə ki, cavabdeh bir neçə dəfə onların mülkiyyətində olan mənzili güclü su axıntısına məruz qoymuşdur. Sonuncu güclü su axıntısından sonra öz vəsaiti hesabına mənzil təmir olunub. Cavabdeh bu haqda məlumat vermişlər. Cavabdeh isə heç bir nəticə çıxarmamış, əksinə daha da qanunazidd hərəkətlərini davam etdirmiş, yəni törətdiyi mülki hüquq pozuntusunun qarşısını almamışdır. xx.xx.2022-ci il tarixdə axşam rayondan evə gəldikdən sonra mənzilə güclü su axıntısmın şahidi oldular. Su axıntısımn hansı mənzildən axdığını müəyyənləşdirmək üçün 7-ci mərtəbəyə qalxdı. X2ra da 61-ci mənzildən güclü su axdığını bildirdi. İddiaçılar qonşu ilə Cavabdehnm mənzilinə (yəni 61-ci mənzilə) qalxdılar. O, bir çətinliklə qapını açdı. İddiaçını söyüb təhqir edərək şərəf və ləyaqətimi alçaldan ifadələr işlətdi. İddiaçını yumruqla vurdu, hərəkətinin iddiaçı tərəfindən cavabsız qaldığından ruhlanaraq, sağ əlinin üst nahiyəsini cırmaqladı, həmçinin bizi 8-ci mərtəbədən alacağı ilə təhdid etdi. Həmin vaxt qızı iddiaçıya, yəni İddiaçı2 hücum etdi və qapı ilə sağ qoluna zərbə vurdu. Su onların mənzildən axmır deyərək, gedin axtarın görün haradan axır dedi. İddiaçılar içəri keçdilər və həqiqətən suyun bu mənzildən axdığının şahidi oldular. Bir daha suyu bağlamağı tövsiyyə etdi. Lakin cavabdeh tərəf suyun axmasına səbəb olan nasazlığı ardadan qaldırmadı. Nəticədə, onların mənzilə maddi ziyan dəydi. Belə ki, evində olan bütün əşyalar (tefal ət çəkən yeni), (Tefal el. Samovar yeni), ( Tefal mikser yeni) Ağacdan hazırlanmış 3 qapılı dolab, EP markalı kompyuter və digər məişət əşyalarım suda islanaraq yararsız vəziyyətə düşmüşdür. Dolab deformasiyaya uğrayıb. Evin döşəməsi qabarıb eyilib, otağın tavanı qopub tökülür, divarlarda çirkli ləkələr yaranmışdır. Su idarəsinin əməkdaşları gəlib suyu bağlasalar da, yenə üç gün su axmağa davam etmişdir. Su axıntısımn dayandırmaq məqsədilə gecə saatlarında 102 xidmətinə müraciət etdilər, ondan sonra polis əməkdaşları ünvana gəldilər. Daha sonra MİS nümayəndələri gəldilər. Mənzilə baxış keçirib müvafiq akı tərtib edilmişdir. Sahə müvəkkili ünvanda olub, mənzilə baxış keçiribdir. Bütün bunlara baxmayaraq, Cavabdeh su axıntısını dayandırmadı. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 36 saylı MKİSin rəis əvəzi Əliyev.F, sahə nəzarətçisi Cəfərov.S, polis müvəkkili Məmmədov.R bu aktı ona görə tərtib etmişlər ki, ünvan 1-də yerləşən binanın 3-cü girişin sakinləri tərəfindən dəfələrlə şifahi şikayətlərinə əsaslanaraq həmin girişin “61” nömrəli mənzilin sahibi Cavabdeh məxsus mənzilinə baxış keçirildi. Baxış nəticəsində üzdə olan heç bir su axıntısı aşkar edilməmişdir. Hamamın və şaxtanın döşəməsi quru idi və su axıntısı müşahidə olunmamışdır. Uzun müddət olaraq davamlı su axıntısı nəticəsində “57”, “59” və onların altında yerləşən mənzillərin ev əşyalarına və təmirlərinə ciddi ziyan dəymişdir. Tərəflərindən edilmiş xəbərdarlığa baxmayaraq “61” nömrəli mənzilin sahibi suyun axıntısının səbəbini tapıb qarşısını almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 yerləşən 57 saylı mənzil İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 10/7324 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 A saylı evin 57 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Bakı şəhəri Nərimnov rayonu 36 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 A saylı evin 57 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 61 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 A saylı evin 57 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməsli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1491 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1491 manat müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1491 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyirinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində pul İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar