Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2905/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 362 manat məbləğində əsas borcun, 96 manat məbləğində dəbbə pulunun və 20 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 479 manat pul məbləğinin Cavabdeh tutularaq "xxxx” MMC yə ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh 01 noyabr 2017ci il tarixli, STN03-1349 №-li alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 2197 azn dəyərində "Kombi xx" almışdır. Müqavilə 349 azn ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən 1848 azn ümumi məbləğ 12 ay ödəniş etmək şərti ilə. hər aya 154 azn ödəniş edilməli idi. Cavabdeh cəmi 1486 azn ödəniş etmişdir. Qalıq borc: 362 azn. Qalıq borc 362 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 01.11.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 96 azndır. 362 azn əsas borc, 96 azn dəbbə pulu və məhkəməyə ödənilən 20 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə 479 manat ödənilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə cavabdeh - Cavabdeh ödənişlə əlaqədar 16.04.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. 1 noyabr 2017-ci il tarixində cavabdeh - Cavabdeh ilə iddiaçı - “xxxx" MMC arasında STN03-1349 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Cavab: cavabdeh - Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələrək müqavilənin icra olunmaması və ya lazımınca icra olunmaması hallarında müqavilənin icrası öhdəliyi öz üzərinə götürmüş və öhdəlik münasibəti əmələ gəlmişdir. Hazırki işlə əlaqədar cavabdeh əşyanı müqavilə bağlandığı gün təhvil almışdır. Bunu müqaviləyə əlavə edilən təhvil-təslim aktından da görmək mümkündür. Deməli, satıcı öz vəzifəsini müəyyənləşdirilmiş müddətdə əşyanı təhvil versə də, alıcı əşyanın dəyərini ödəməmişdir. Müqaviləyə əsasən qiymətin müəyyənləşdirilmiş vaxtlarla ödənilməsi nəzərdə tutulduğundan MM-in 600-cü maddəsinin müddəaları nəzərə alınmaqla alqısatqı müqaviləsinin və öhdəliklərin icra edilməsi və ya icra edilməməsi barədə normalar tətbiq edilməlidir. İddiaçı - İddiaçı MMC-nin cavabdeh - Cavabdeh qarşı tələb hüququ mövcuddur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: X1 ilə Cavabdeh arasında bağlanan 01 noyabr 2017-ci il müqaviləsinə əsasən, 2197 (iki min yüz doxsan yeddi) manat olan “kombi xx" almışdır. Təhvil-təslim aktından görünür ki, Cavabdeh alqı-satqı müqaviləsinin predmeti olan “kombi xx" müqavilə bağlandığı tarixdə, yəni 01 noyabr 2017-ci il tarixdə təhvil verilmişdir. müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçınə 01 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən “kombi x x" üçün 362 manat ödənilməmiş hissə, 96 manat dəbbə borcu yaranmışdır; 10.10.2020-ci il tarixli BM-034/20 saylı bağışlama müqaviləsindən görünür ki, STN03 1349 saylı. 01 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tələb hüquqları bu müqavilə əsasındaİddiaçı balansına keçirilmişdir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh bağlanan 01 noyabr 2017-ci il tarixli, STN03-1349 №-li alqı-satqı müqaviləsinə əsasən, “kombi x x" almış və nəticədə 362 manat əsas, 96 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddiaraya təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 noyabr 2017-ci il tarixli, STN03-1349 №-li alqı-satqı müqaviləsinə əsasən “kombi x x" üçün 362 (üç yüz altmış iki) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə pulu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2905/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2905/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver