Məhkəmə qərarları › İş №2(005)-2925/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2925/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2925/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəməiclasındabaxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh, qarşı “kredit tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, əsas məbləğ üzrə 813,28 (səkkiz yüz on üç manat 28 qəpik) manat, cərimə borcu üzrə 1827,94 (min səkkiz yüz iyirmi yeddi manat 94 qəpik) manat, xx xxxx 2020-ci il tarixə gecikdirlmiş vaxt üçün hesablanan faiz borcu üzrə 119,68 manat olmaqla cəmi 2760,90 (iki min yeddi yüz altmış manat 90 qəpik) manat məbləğində borcunun və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixli, 109559 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 800 manat məbləğidə kredit xətti açılmışdır. xx xxxx 2014-cü il tarixli, 109559 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixnədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 813.28 manat əsas, 1827.94 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirlmiş vaxt üçün hesablanan 119.68 manat faiz olmaqla, ümumilikdə 2706.90 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini, mülki iş üzrə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək onun hazırda 815 manat məbləğində əsas borcunun olduğunu, lakin hal hazırda maddi imkanının olmaması səbəbindən borcu ödəyə bilmədiyi üçün nəzərə alınmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir., İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2014-cü il tarixli 109559 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 813,28 (səkkiz yüz on üç manat 28 qəpik) manat, cərimə borcu: 1827,94 (min səkkiz yüz iyirmi yeddi manat 94 qəpik) manat, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 119,68 manat faiz olmaqla, cəmi 2760,90 (iki min yeddi yüz altmış manat 90 qəpik) manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli bildiriş məktubundan görünür ki, borcluya 3 (üç) gün ərzində kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan cavabdeh Əsədov Börək Mütalib oğlunun ərizəsindən görünür ki, iddia tələbini qismən qəbul edərək onun hazırda 815 manat məbləğində əsas borcunun olduğunu, lakin hal hazırda maddi imkanının olmaması səbəbindən borcu ödəyə bilmədiyi üçün nəzərə alınmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tənasübsüz surətdə iddia edilən 1827 manat,94 qəpik borc məbləği 30 manat kimi hesablanmalıdır. Cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 813,28 (səkkiz yüz on üç manat 28 qəpik) manat, cərimə borcu üzrə 30 (otuz) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Odur ki, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 119,68 (yüz on doqquz manat 68 qəpik) manat da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumukimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini və xx xxxx 2020-ci il tarixli №**********293 saylı maliyyə arayışında qeyd olunanları nəzərə alaraq işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 813,28 (səkkiz yüz on üç manat 28 qəpik) manat əsas borc, 30 manat cərimə borcu, 119,68 (yüz on doqquz manat 68 qəpik) manat faiz borcu olmaqla, cəmi 962,91 (doquz altmış iki manat 91 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 813,23 (səkkiz yüz on üçün manat 23 qəpik) manat əsas borc, 30 manat cərimə borcu, 119,68 (yüz on doqquz manat 68 qəpik) manat faiz borcu, cəmi 962,91 (doqquz yüz altmış iki manat 91 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar