Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2927/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrimə 1945 (min doqquz yüz qırx beş) manat əsas borc, 500 (beş yüz) manat zərər və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2019-cu il tarixdə xaricdə magistratura təhsilini davam etdirmək məqsədi ilə ünvan 1 saylı ünvanda yerləşən “xxxx” təhsil mərkəzində, həmin Şirkətin direktoru, Bakı şəhəri, Nərimanov rayonu S.Ələsgərov küçəsi ev 14-də qeydiyyada olan və yaşayan Cavabdeh ilə bu mövzuda söhbət etmiş, sonuncu ona ilkin mərhələdə 1000 manat, ikinci mərhələdə isə 800 manat ödəməli olduğunu, əgər iş alınmasa ödədiyi məbləği tam olaraq geri qaytaracağını bildirmişdir. Cavabdeh ona pulun 1000 (min) manatını dərhal ödəmək lazım olduğunu bildirmiş, ondan pulu hansı banka ödəmək lazım olduğunu soruşmuş, Ruslan isə pulu götürərək lazımı hesaba köçürəcəyini bildirmişdir. Təxminən 5 ay keçdikdən sonra Ruslan ona zəng edərək işin düzəldiyini bildirmiş, lakin Universitetdən rəsmi qəbul sənədini almaq üçün əlavə 800 (səkkiz yüz) manat pul lazım olduğunu demişdir. xx xxxxxx 2019-cu il tarixdə yenidən təhsil mərkəzinə gedərək 112 nömrəli müqavilə bağlamış, müqavilə bağlamamışdan əvvəl xx xxxxxx 2019-cu il tarixdə Ruslan ona 800 manat pulun Azərbaycan Respublikası Beynəlxalq Bankın Tərtər rayon filialından onun şəxsi hesabına ödəməyini, sonra özü həmin məbləği qəbul olduğu Universitetin hesabına köçürəcəyini demişdir. Bu məbləğdən əlavə Cavabdeh ondan 125 (yüz iyirmi beş) manat və 20 (iyirmi) manat da almışdır. xx xxxxxx 2019-cu il tarixdə Ruslan İtaliyanın paytaxtı Roma şəhərində yerləşən X1 bir başa özü gedib gətirəcəyini dedi. Sonradan Ruslanın onu aldatdığı məlum olduğuna görə ondan 1945 (min doqquz qıx beş) manat pulunu tələb etsə də Ruslan pulu qaytarmamışdır. O, məcbur qalaraq pulu Ruslandan almaq üçün Yasamal rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Polis İdarəsinin 27-ci Polis bölməsində təhqiqatçı Nicat Abdullayev tərəfindən araşdırma aparılmış, tələbin mülki xarakterli olması əsası ilə xx xxxx 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. 27-ci Polis bölməsində şikayət ərizəsi araşdırılarkən izahatı alınmış Cavabdeh öz izahatında ondan 1945 manat pul aldığını və geri qaytarmadığını tam etiraf etmiş və tez bir zamanda pulu qaytaracağına söz vermişdir. Lakin bu günədək cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh onu aldatması səbəbindən əlavə xərcə düşdüyünü, dəfələrlə Cavabdeh yaşadığı Bakı şəhərinə, eyni zamanda araşdırma zamanı dəfələrlə Bakı şəhərində yerləşən 27-ci Polis bölməsinə gedib-qayıtdığına görə, həmçinin sənədlərin məhkəməyə verilməsi üçün çəkdiyi xərclərə görə əlavə olaraq 500 manat miqdarında xərcə düşdüyündən həmin məbləğin də ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən surətindən görünür ki, İddiaçı oğlu ilə “xxxx” Xaricdə Təhsil mərkəzinin direktoru Cavabdeh arasında müqavilə bağlanmış, cavabdeh tələbənin xx.xx.2019-cu il tarixdən etibarən “Xaricdə Təhsil” üzrə xidmətin göstərilməsi ,tələbə tərəfdən isə xidmət haqqının ödənilməsi və digər öhdəliklərlə bağlı yaranacaq münasibətlərin tənzimlənməsini təşkil etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının seriya AZE, № ******** olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən və həmçinin Tər-Tər rayonu, İcra Hakimiyyəti başçısının Tər-Tər şəhər Ərazi İdarəsi üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixli, 1254 №-li arayışından görünür ki, xx.xx.1998-ci il tarixdə Tər-Tər şəhərində doğulmuş İddiaçı Tər-Tər şəhəri, F.B.Köçərli küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının seriya AZE, № ******** olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh Balı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının surətindən görünür ki, Cavabdeh əməlində, habelə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ərizənin surətindən görünür ki, iddiaçı işə qiyabi icraat qaydasında baxılaraq onun xeyrinə 1945 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında razılaşmanın şərtləri Cavabdeh tərəfindən pozulmuş, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu əsasla cavabdehin borcu yaranmışdır. Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında cavabdeh 1945 manat borcu olduğunu və həmin pulu qısa zamanda qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi qaydada təmin edilməli, Cavabdeh 1945 (min doqquz yüz qırx beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1945 (min doqquz yüz qırx beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2927/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2927/2020
30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver