Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2935/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçıİB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5024,30 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğin dövlət rüsumunun, ümumilikdə isə 5.054,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bank İddiaçı Şöbəsi üzrəbank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də ən son olaraq smart qaz sayğacının mexaniki qaz sayğacı ilə əvəz olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixində 04-293 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir.Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2018-ci il tarixdə 1802AZ**********42 nömrəli, 2020-ci ilin aprel ayında isə 40012929 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. Mənzilə sonuncu dəfə mexaniki qaz sayğacının quraşdırılması ilə əlaqədar müqavilə də yenilənmişdir.Cavabdeh ayrı-ayrı vaxtlarda yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacına müdaxilə etməklə, habelə qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə etməsi, habelə qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Bildirir ki, cavabdehin qeyd etdiyi borc məbləğindən əlavə olaraq 2020-ci ilin aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 19,60; 13,40; 3 və 1,10 manat məbləğində debitor borcları da yaranmışdır.Əlavə olaraq məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, 2012-ci ilin may ayından etibarən iş üzrə cavabdehin İddiaçı İB-yə 590,90 manat məbləğində borcu olmuş və iş üzrə cavabdeh tərəfindən müəyyən tarixlərdə müəyyən məbləğlərdə ödənislər edilmiş, həmin ödənişlərin bir qismi borca tutulmuş olduğundan iş üzrə cavabdehin İddiaçı İB-yə 2018-ci ilin yanvar ayına kimi 236,90 manat məbləğində qalıq borcu da mövcud olmuşdur.Nəticədə cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq borcla birlikdə ümumi olaraq 5.024,30 manat təşkil etməkdədir.Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıİB-in nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan "İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 04-293 saylı qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus abonentin saldosundan görünür ki, ünvan 2 ünvanının qaz təchizatına görə 1944 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********00000 Smart Sayğaclı abonentin məlumatlarından görünür ki, Cavabdeh 340 manat məbləğində təbii qaza görə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, laboratoriyanın xx.xx.2018-ci il tarixli 29/1710-00527 saylı rəyinə əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanına dair “Qaz sayğacıının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 1332 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 7992 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-cu il tarixdə zərər 9720 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 1332 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 1332 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 1332 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 324 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 1008 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 2520 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə zərər 2520 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə zərər 2520 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə zərər 2952 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə zərər 1279 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilənin tələblərini əsaslı qaydada pozaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməkdən yayınmış, həmçinin qazdan qeyriqanuni yolla, yəni əlavə xətt vasitəsilə istifadə etmişdir. Buna dair İddiaçı əməkdaşları tərəfindən aktlar tərtib edilmişdir. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan müqavilədən kənar və qeyriqanuni yollarla istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh təbii X2nın pozulması nəticəsində dəymiş ziyana görə 5024,30 manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 5054,30 (beş min əlli dörd manat, otuz qəpik) manat borc İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii X2nın pozulması nəticəsində dəymiş ziyana görə 5024,30 manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 5054,30 (beş min əlli dörd manat, otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2935/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2935/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver