Məhkəmə qərarları › İş №2(005)-2947/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2947/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2947/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alğı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1.510 manat məbləğində əsas borcun, 323 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 1.863 manat pul məbləğinin cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 06 sentyabr 2017-ci il tarixli, KR ******* nömrəli alğı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 1808 azn dəyərində Hoffman TV 32 a 3300, Zilan Mikrodalğalı soba, Zilan Soba rotaru, Samsung tozsoran, Fakir çay dəsti, çaydan Boradey, Kamei üzqırxan, Zilan ütü masası, divar saatı Skartel almışdır. Eyni zamanda alğı-satqı müqaviləsi ilkin ödənişsiz şərti ilə bağlanmışdır və 12 aylıq ödəmə şərti ilə hər aya 151 azn ödəniş edilməli idi. Cavabdeh ümumi olaraq 302 manat ödəniş etmişdir. Qalıq borc 1510 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 06.09.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 323 manatdır. 1510 azn əsas borc, 323 azn dəbbə pulu və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə 1863 manat ödənilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə cavabdeh - X2 ödənişlə əlaqədar 16.04.2021- ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. 06 sentyabr 2017-ci il tarixində cavabdeh - X3 ilə iddiaçı - “xxxx" MMC arasında Ns KR ******* nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh - X3 alğı-satqı müqaviləsindən irəli gələrək müqavilənin icra olunmaması və ya lazımınca icra olunmaması hallarında müqavilənin icrası öhdəliyi öz üzərinə götürmüş və öhdəlik münasibəti əmələ gəlmişdir. Qeyd edildiyi kimi cavabdeh - Cavabdeh ilə iddiaçı - xxxx' MMC (TEXNOPLUS) mağazası arasında 06 sentyabr 2017-ci il tarixində alğı- satqı müqaviləsi imzalanmışdır. Hazırki işlə əlaqədar cavabdeh əşyanı müqavilə bağlandığı gün təhvil almışdır. Bunu müqaviləyə əlavə edilən təhvil-təslim aktından da görmək mümkündür. Deməli, satıcı öz vəzifəsini müəyyənləşdirilmiş müddətdə əşyanı təhvil versə də, alıcı əşyanın dəyərini ödəməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: 06 sentyabr 2017-ci il tarixli, KR ******* nömrəli alğı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 1808 azn dəyərində Hoffman TV 32 a 3300, Zilan Mikrodalğalı soba, Zilan Soba rotaru, Samsung tozsoran, Fakir çay dəsti, çaydan Boradey, Kamei üzqırxan, Zilan ütü masası, divar saatı Skartel almışdır. Eyni zamanda alğı-satqı müqaviləsi ilkin ödənişsiz şərti ilə bağlanmışdır və 12 aylıq ödəmə şərti ilə hər aya 151 azn ödəniş edilməli idi. Cavabdeh ümumi olaraq 302 manat ödəniş etmişdir. Qalıq borc 1510 manatdır. 06.04.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçınə 06 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 1812 manat ödənilməmiş hissə, 151 manat dəbbə borcu yaranmışdır; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, müvafiq müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan Alğı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1510 manat məbləğində əsas borcu, 323 manat məbləğində dəbbə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddiaraya təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 1.510 manat məbləğində əsas borc, 323 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu, ümumilikdə 1.863 manat pul məbləği cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar