Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-295/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 MMC-nin icraçı direktoru X4 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Sahil-D Kompani MMC və Cavabdeh2 İddiaçı xeyrinə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə ödədiyi 124.480 manat, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 53.416 manat faiz məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “Sahil-D Kompani" MMC arasında 23 fevral 2013-cü il tarixdə 257 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı 124.480 manat ödəməklə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m olan 3 otaqlı 62 nömrəli mənzili əldə etmişdir. Mənzil, iddiaçıya təhvil verilmişdir. Cavabdeh MMC-nin direktoru olmuş X12 barəsində başlanılmış cinayət işində (MMC-nin inşa etdiyi binadakı mənzillərin təkrar satılması ilə bağlı) iddiaçı zərəçəkmiş kimi tanınmamışdır. Çünki iddiaçıya məxsus mənzil, iddiaçıdan başqa hər hansı şəxsə, satılmamışdır. Cinayət işinin gedişində zərərçəkmiş kimi tanınmış şəxslərdən biri - İran vətəndaşı Khalilzad Zohreh olmuşdur. Çünki ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 77 saylı mənzil K.Zohrehə təkrar satılmışdı, yəni K.Zohreh aldadıldığını iddia etmişdir. K.Zohreh cinayət işinin gedişində, konkret desək, 15.01.2015-ci ildə ərizə ilə Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edərək ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 77 saylı mənzilin şəxsi xahişi ilə həmin ünvanda başqa mənzillə əvəzləşdirildiyini, buna görə də “STS” şirkəti və Məzahir Cəfərova qarşı heç bir tələbinin olmadığını bildirmişdir. K.Zohreh, cinayət işinin gedişində, 20 aprel 2015-ci ildə ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında müqavilə əsasında aldığı sahəsi 155,6 kv.m. olan. 3 otaqlı mənzil ilə təmin olunduğunu, buna görə də Cavabdeh1 MMC-yə və onun direktoru Məzahir Cəfərova qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. K.Zohreh, Bakı Ağır Cinayətlər Məhkəməsində 14 may 2015-ci il tarixdə keçirilmiş iclasda zərərçəkmiş qismində dindirilmişdir. Həmin məhkəmə iclasında K.Zohreh ona verilmiş suala cavabında bildirmişdir ki: “Sahil D” şirkətinin təsisçisi Cavabdeh2 köməkliyi ilə evlə təmin olunduğundan Məzahir Cəfərova qarşı heç bir şikayət və tələbi yoxdur” (1(101)- 517/2015 saylı Cinayət işinin materialları, Cild 10, i/v. 159). İddiaçı, cavabdeh MMC və K.Zohreh arasında baş tutmuş məhkəmə işi üzrə aşağıdakı məhkəmə aktları qəbul edilmişdir: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilinə sahiblik və istifadəsinə cavabdeh "xxxx" MMC tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G. Əsədova) 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 4 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 155,6 kv.m. olan 62 saylı mənzilinin (bundan sonra Mənzil) iddiaçının sahibliyinə və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və Mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs qismində İran İslam Respublikasının vətəndaşı Khalilzad Zohreh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən A. Hüseynov, hakimlər S. Hüseynov və İ. Xəlilov) 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Zohreh Xəlilzadın apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən Ə.Əliyev, hakimlər A.Kalbalıyev və V. İbayev) 24 avqust 2018-ci il tarixli qərarı ilə üçüncü şəxs Z. Xəlilzadın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli Qərarı ilə üçüncü şəxs Zohreh Xəlilzadın əlavə kassasiya şikayəti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı və onunla bağlı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (sədrlik edən Z.Əliyev, hakimlər F. Talışınski və R. Eyvazov) 2(103)- 9/20.9 saylı, 4 mart 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Zohreh Xəlilzada qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair ilk iddiası rədd olunmuş; qarşılıqlı iddia üzrə iddiaçılar Zohreh Xəlilzad və Cavabdeh1 MMC-nin ayrı-ayrılıqda verdikləri qarşılıqlı iddiaları qismən təmin edilərək İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 23.02.2013-cü il tarixli, 257 saylı müqavilə qismən, yəni ünvan 2 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 saylı mənzilə (bundan sonra - 62 saylı Mənzil) aid hissədə etibarsız hesab edilmiş, qarşılıqlı iddialar qalan hissədə rədd olunmuşdur. Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev və Ə.Şadiyev) 31 iyul 2019-cu il tarixli qərarı ilə ilk iddiaçı V. Hacıyevanın kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi. Mənzil 2013-cü ilin fevralında İddiaçıya satılmış və təhvil verilmişdir. Sonradan cavabdeh MMC və onun təsisçisi Cavabdeh2 qanuna zidd hərəkətləri nəticəsində, saxta yolla İran vətəndaşı K.Zohrehə “hədiyyə edilmişdir”. Nəticədə İddiaçıya külli miqdarda zərər dəymişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MMC-nin icraçı direktoru X7 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 fevral 2013-cü il tarixli 257 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 m2dən ibarət olan 3 otaqlı 62 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 124.480 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 2 saylı yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur, həmin yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 m2-dən ibarət olan 3 otaqlı 62 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh1 MMC-yə qeyd edilən mənzilə dair borcu yoxdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında KMBİ İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi X13 X6 tərəfindən ünvanlanmış 15.01.2015-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında ona məxsus 155,6 m mənzil sahəsi (10.11.2009-cu il tarixli müqavilə) şəxsi xahişi ilə həmin ünvanda başqa mənzillə əvəzləşdirilmişdir. Gələcəkdə 10.11.2009-cu il tarixli müqaviləyə görə "STS" şirkətinə və onun direktoru olmuş M.İ Cəfərova heç bir iddia və tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidova ünvanlanmış Khalilzad Zohrehin notarial qaydada təsdiq edilmiş 06.02.2015-ci il tarixli ərizəsindən görünür ki, "Sahil-D Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 7 ünvanında müqavilə əsasında aldığı sahəsi 155.6 kvadrat metr olan, 3 (üç) otaqlı mənzil ilə təmin olunmuşdur. Gələcəkdə Cavabdeh1nə və onun direktoru X9 qarşı heç bir iddia və tələbi olmayacaqdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı, 17.10.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15- ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-9/2019 saylı, 04.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı iş üzrə 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1nə və X3 qarşı “sahibliyə və istifadəyə yaradılan maneələrə son qoyulması, müqavilələrin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” haqqında iddia tələbləri rədd edilmiş, X1 və Cavabdeh1 MMC-nin iddiaları qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında sahəsi 155,6 kv.metr olan 3 otaqlı mənzilin verilməsinə dair 23.02.2013-cü il tarixli 257 saylı müqavilə qismən, 15-ci mərtəbədə yerləşən 62 nömrəli (mübahisə predmeti olan) mənzilə aid hissədə etibarsız hesab edilmiş, X1 və Cavabdeh1 iddiaları qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5312/2019 saylı, 31.07.2019-cu il tarixli qərarından görünür ki, Kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin mübahisəsiz halı kimi qeyd edilməlidir ki, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzil 23 fevral 2013-cü il tarixdə 257 nömrəli müqavilə əsasında İddiaçı tərəfindən əldə edilmiş, lakin sonradan məhkəmə qətnaməsi əsasında Khalilzad Zohrehə verilmişdir. Belə ki qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 9/2019 saylı, 04.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı iş üzrə 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1nə və X3 qarşı “sahibliyə və istifadəyə yaradılan maneələrə son qoyulması, müqavilələrin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” haqqında iddia tələbləri rədd edilmiş, X1 və Cavabdeh1 MMC-nin iddiaları qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında sahəsi 155,6 kv.metr olan 3 otaqlı mənzilin verilməsinə dair 23.02.2013-cü il tarixli 257 saylı müqavilə qismən, 15-ci mərtəbədə yerləşən 62 nömrəli (mübahisə predmeti olan) mənzilə aid hissədə etibarsız hesab edilmiş, X1 və Cavabdeh1 iddiaları qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qeyd edilən mənzilə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2013-cü il tarixli 257 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, sözü gedən mənzilin əldə edilməsi üçün hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri kimi 124480 manat məbləğində pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Qeyd edilən hal məhkəməyə təqdim edilmiş 23.02.2013-cü il tarixli maliyyə arayışı ilə də təsdiqini tapmışdır. Belə ki, həmin maliyyə arayışında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə İddiaçı tərəfindən mənzilin pay dəyərinin tam ödənildiyi və hazırda onun MMC-yə borcu olmadığı göstərilmişdir. Arayış Cavabdeh1 MMC-nin direktoru Cəfərov.M.İ tərəfindən imzalanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xeyrinə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə ödədiyi 124.480 manat, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 53.416 manat faiz məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, yuxarıda sadalanan qanunvricilik normalarını nəzərə almaqla mülkin işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia ərizəsi ona dəymiş mənzilə görə ödənilən 124.480 manat zərər hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2013cü il tarixli 257 nömrəli müqavilə etibarsız hesab edilməsi həmin tərəflər arasında müqavilə bağlanmazdan əvvəlki vəziyyətin yaradılmasına əsas olmalıdır. Belə ki, qeyd edilən mənzil hazırda İddiaçı alınsa da, həmin mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat məbləğində pul İddiaçı geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə iddia tələbini hesablanmış 53.416 manat faiz borcunun tutulmasını hissəsində əsassız hesab edir: belə ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona maddi zərərdən əlavə olaraq 53.416 manat məbləğində zərər vurulduğunu, mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat pulun cavabdehdə saxlanmasının iddiaçını əldə edə biləcəyi hansı gəlirlərdən məhrum etdiyini əsaslandırmamış və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının iddia tələbinin qismən təmin edildiyini, habelə hazırki iddia tələbinin cavabdehin hüquqazidd qanunsuz hərəkətlərinin nəticəsində irəli sürüldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia qismən təmin edilsin. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 (bir yüz iyirmi dörd min dörd yüz səksən) manat pul Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-295/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-295/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver