Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2956/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.11.2017-ci il tarixli, MOB03-0006 saylı alqı-satqı müqaviləsi üzrə 672 manat, 12.12.2017-ci il tarixli, MOB03-0058 saylı alqı-satqı müqaviləsi üzrə 2822 manat və iddia üçün ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə, ümumi olaraq 3524 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx" MMC (TEXNOPLUS mağazası) ilə 2 alqı-satqı müqaviləsi imzalamışdır: 11.11 2017-ci il tarixində, MOB03-0006 saylı alqısatqı müqaviləsi və 12.12.2017-ci il tarixində, MOB03-0058 saylı alqı-satqı müqaviləsi. ci il tarixli, № MOB03-0006 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh TEXNOPLUS mağazasından 468 azn dəyərində Samsung SM-J330 Black markalı mobil telefon almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi ilkin ödənişsiz və 12 aylıq, hər ay 39 azn ödəniş şərti ilə bağlanmışdır. 1) 11.11.2017-ci il tarixli, MOB03-0006 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi belədir: 1) 11.12.2017 -39 azn 2) 17.01.2018-39 azn. 1-ci üzrə ümumi ödədilən məbləğ: 78 azn Qalıq borc: 390 azn. Gecikdirmə ilə əlaqədar 11.11 2018-ci il tarixinədək olan dəbbə pulu isə 282 azn etmişdir. 11.11.2017-ci il tarixli MOB03- Q006 saylı alqı-satqı müqaviləsi üzrə TEXNOPLUS mağazasına 672 azn ödəniş edilməlidir. 12.12.2017-ci tarixli, № MOB03-0058 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh TEXNOPLUS mağazasından 1880 azn dəyərində “İphone 8 64GB Black” markalı mobil telefon almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 200 azn həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1880 azn ümumi məbləğdən 200 azn ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1680 azn etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə hər aya 140 azn ödəniş edir. 2) 12.12.2017-ci il tarixli MOB03-0058 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi belədir: 17.01.2018- 140 azn; 2-ci müqavilə üzrə ümumi ödənilən məbləğ: 140 azn ödənilməyən qalıq məbləğ: 1540 azn. Gecikdirmə ilə əlaqədar 22.12.2018-ci il tarixinədək olan dəbbə pulu isə 1282 azn etmişdir. 12.12.2017-cİ il tarixli. MQBQ3-0058 saylı alqı-satqı müqaviləsi üzrə siz TEXNOPLUS mağazasına 2822 azn ödəniş edilməlidir. Hər iki müqavilə üzrə ümumi olaraq isə Cavabdeh TEXNOPLUS mağazasına 3494 azn ödəniş etməlidir. Sonuncu dəfə isə cavabdeh -Cavabdeh ödənişlə əlaqədar 16.04.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan MOB03-0006 nömrəli 11.11.2017-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən X3 bundan sonra “Satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı” ya mobil telefon Samsung SM-J330 Black satır, “Alıcı” isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətəmalı dəyərini “Satıcı”ya ödəyir. Borcun əsas məbləği 468 manat təşkil edir. İş materiallarında olan MOB03-0058 nömrəli 12.12..2017-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən X3 bundan sonra “Satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı” ya mobil telefon İphone 8 64 GB satır, “Alıcı” isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətəmalı dəyərini “Satıcı”ya ödəyir. Borcun əsas məbləği 1680 manat təşkil edir. İş materiallarında olan MOB03-0006 nömrəli 11.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh 468 manat məbləğində vəsaiti aylıq 39 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan MOB03-0006 nömrəli 11.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh 1680 manat məbləğində vəsaiti aylıq 140 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.11.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MOB03-0006 nömrəli müqavilədə göstərilən əşyaları təhvil almışdır. İş materiallarında olan 12.12.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MOB03-0058 nömrəli müqavilədə göstərilən əşyaları təhvil almışdır. İş materiallarında olan 06.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh MOB03-0006 nömrəli 11.11.2017-ci il tarixli müqavilə üzrə 390 manat ödənilməmiş əsas və 282 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 06.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh MOB03-0058 nömrəli 12.12.2017-ci il tarixli müqavilə üzrə 1540 manat ödənilməmiş əsas və 1282 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 08.05.2021-ci il tarixli ərizədən görünür ki, Möhtərəm məhkəmə, diqqətinizə çatdırmaq istəyirəm ki, MOB03-0058 saylı, 12 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi və üzrə tələb hüquqları 10 oktyabr 2020-ci il tarixli BM- 33/20 nömrəli bağışlama müqaviləsi ilə, MOB03-0006 saylı, 12 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi isə 10 oktyabr 2020-ci il tarixli BM-32/20 nömrəli bağışlama müqaviləsi ilə İddiaçı balansına keçirilmişdir. İş materiallarında olan BM-032/20 saylı, 10.10.2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X3 hədiyyə alan İddiaçı MMC-yə əvəzsiz olaraq 11.11.2017-ci il tarixində 12 aylıq bağlanılan MOB03-006 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını verir. İş materiallarında olan BM-033/20 saylı, 10.10.2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X3 hədiyyə alan İddiaçı MMC-yə əvəzsiz olaraq 11.11.2017-ci il tarixində 12 aylıq bağlanılan MOB03-0058 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Belə ki, maliyyə arayışına əsasən, Cavabdeh MOB03-0006 saylı, 11.11.2017-ci il tarixli müqavilə üzrə 390 manat ödənilməmiş əsas borc, MOB03-0006 saylı, 11.11.2017-ci il tarixli müqavilə üzrə isə 1540 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 11.11.2017-ci il tarixli müqavilə üzrə 390 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 282 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata endirilməlidir. Həmçinin cavabdehin 12.12.2017-ci il tarixli müqavilə üzrə 1540 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 1282 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 11.11.2017-ci il tarixli, MOB03-0006 saylı müqavilə üzrə 390 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 12.12.2017-ci il tarixli MOB03-0058 saylı müqavilə üzrə 1540 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 11.11.2017-ci il tarixli, MOB03-0006 saylı müqavilə üzrə 390 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 12.12.2017-ci il tarixli MOB03- 0058 saylı müqavilə üzrə 1540 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2956/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2956/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver