Məhkəmə qərarları › İş №2(005)-2956/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2956/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2956/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun dövlət nəfınə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə idarənin icra nəmuru məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuş və həmin tarixdə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh “ATTENTİ” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun kabrosu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində məhkum Cavabdeh idarəyə yaxınlaşmış, ona tətbiq olunmuş “ATTENTİ" markalı elektron nəzarət vasitəsinə aid mobil qurğunu itirdiyini bildirmişdir. Məhkum Cavabdeh yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyəri 2277.40 (iki min İki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə dərman vasitələrinin alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslə söhbət aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Tamela Rüstəmova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3 maddəsi ilə təqsirli bilinib 01 İl 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.1964-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan məhkum Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində söhbət aparmış, söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzaifələri izah edilmiş və yol verə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslə söhbət aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Tamela Rüstəmova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3 maddəsi ilə təqsirli bilinib 01 İl 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.1964-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan məhkum Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində söhbət aparmış, söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzaifələri izah edilmiş və yol verə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitəsinə baxış keçirilməsi və dəyişdirilməsi barədə protokoldan görünür ki, Cavabdeh üzərinə baxış keçirilərkən mobil qurğunun üzərində olmadığı müəyyən edilmiş, sonuncu həmin qurğunu itirdiyini qeyd etmişdir. Hazırda iddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun dövlət nəfinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.5-ci maddəsinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlarla sübuta yetmişdir. Yuxarıda istinad olunan mülki qanunvericiliyin maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi tamamilə əsaslı olduğundan 2277.40 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) pul tutulsun və dövlət nəfinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar