Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2957/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyəti Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı hərracın ləğv edilməsi və mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh1 və Cavabdeh3-yə qarşı hərracın ləğv edilməsi və mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən, 2 saylı evin, 90-cı mənzilinə görə Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv olunması və mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 bildirdi ki, iddiaçı hərracın etibarsızlığını və əmlakın yenidən qiymətləndirilməsini tələb edir. İcraatda olan tələblər üzrə qanuni qüvvəsini almış qətnamələr mövcuddur. İş üzrə icrata xitam verilməsini xahiş etdi. İddiaçı və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(105)-13/2019 saylı qətnaməsinə əsasən,cavabdeh X1 apelyasiya şikayəti qismən təmin edilməsi,cavabdeh X1 apelyasiya şikayəti üzrə Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(060)11742/2016 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, H.Zeynalabdİn qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin ilkin satış qiymətinin 21000 (iyirmi bir min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi,ipoteka predmeti olan Sumqayıt şəhəri,H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 saylı evin 90 saylı mənzilinin hərracda ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması,iş üzrə aparılmış mühasibatlıq ekspertizalarının dəyəri olaraq 195 (yüz doxsan beş) manat pul cavabdeh Yengibar Dadaşovdan alınaraq aşağıdakı hesaba Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22; tikintitexniki ekspertizanın dəyəri olan 150 (yüz əlli) manat pulun 75 (yetmiş beş) manatı iddiaçı "xxxx" KB ASC-dən, 75 (yetmiş beş) manatı cavabdeh Yengibar Dadaşovdan alınaraq aşağıdakı hesaba: "xxxx" MMC, VÖEN: **********, Hesab nömrəsi: AZ53CDBB********************, “X14” ASC, VÖEN: 13 00174701, müxbir hesabı:AZ30NABZ********************4, KOD: 505174, SWİFT: CDBBAZ22 keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(105)- 872/2024 saylı qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-337/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-872/2024 saylı qətnaməsindən görünür ki, iddiaçının iddia tələbinin dəlilləri – hərracın keçirilməsindən məlumatsız olması, mənzilin ucuz qiymətə hərraca çıxarılması və s . də hazırki iddia tələbi ilə eynilik təşkil etmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir: “...Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübuttmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin sasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, bormativ hüquqi aktların, ümumiyyətlə qanunvericiliyin tələblərin pozulması halı müəyyən edilmədiyindən, Azərbaycan Respublikası Mülki məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Digər tərəfdən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli “Qərar”ın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu şəxslər X7, X6, X4, İddiaçı, X2, onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 2 saylı evin 90 saylı mənzilə istifadə hüquqlarına xitam verilmişdir və həmin mənzil onlar tərəfindən boşaldılmışdır. 50. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qanuni qüvvəyə minmiş və artıq icra olunmuş məhkəmə aktlarının ləğv edilməsinə, təkrar hərracın keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir (47-50-ci bəndlər). Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh1 və Cavabdeh3-yə qarşı hərracın ləğv edilməsi və mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən, 2 saylı evin, 90-cı mənzilinə görə Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv məsələsinə artıq münasibət bildirilmişdir və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə tələbin "mənzilin yenidən qiymətləndirilməsi" hissəsi ilə bağlı qeyd edir ki, mənzil icra icraatı mərhələsində qiymətləndirilməyib. Həmin qiymət məhkəmə qətnaməsi ilə müəyyənləşdirilib. Bu səbəbdən tələbin bu hissəsinə də məhkəmədə yenidən baxıla bilməz. Məhkəmə hesab edir ki, istinad edilən qətnamə mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir, mülki prosessual qanunvericilikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mülki işə baxılmasına yol verilmədiyindən, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.5, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2957/2025 saylı mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu (qəbz №: **********; tarix: xx.xx.2025-ci il) İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2957/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2957/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver