Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-87/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ASC “Xalq” Bankı, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil Məsu oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər ASC “Xalq” Bankı, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər xxxx, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC–i tərəfindən mərhum atası X10 məxsus olan İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 də yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti Xalq Bankın cavabdehlər X15, X11, X4, İddiaçı, X6 qarşı 07 avqust 2014-cü il tarixli **********1914/İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X10 məxsus İsmayıllı şəhəri Məhsəti küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68.3 kv.m. yaşayış və 43.67 kv.m. yardımçı sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx-xx-2014 il tarixli **********1914 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı Açıq X2rşısında 6020.33 məbləğində borc iddiaçı xxxxnın xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 30 manat məbləgində dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi qəbul olunmuşdur. Qəbul olunmuş məhkəmə qətnaməsində İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən 0 06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68.3 kv.m. yaşayış və 43.67 kv.m. yardımçı sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi ipoteka predmeti olan fərdi yaşayış evinin torpaq sahəsi və yardımçı tikililərlə birlikdə hərracda ilkin satiş qiymətinin 20.000 manat müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmentinin hərracda satışdan sonra ən geci 1 ay ərzində evdən çıxarılması və həmin ipoteka predmenti olan ev və həyətyanı torpaq sahəsinin boşaldılması qət edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixli 2(107)-1396 saylı qətnaməsi ilə qüvvəsində saxlamışdır. Qəbul olunmuş məhkəməsi qanunu qüvvəsini aldıqdan sonra İsmayıllı rayon icra və probasiyaya icra olunması üçün göndərilmişdir. Cavabdeh1 tərəfindən iş üzrə icraata başlama haqqında qərar qəbul etmişdir və İsmayıllı şəhəri, Məhsəti küçəsi ev 20 yerləşən fərdi yaşayış evini 09 fevral 2021-ci il tarixli 01/376 saylı sifariş məktubu ilə "xxxx" MMC-nə müraciət olunmuş və sözügedən əmlakın ilkin satış qiyməti 20000 (iyirmi min) manat olmaqla açıq hərracda satışı təşkil edilməsi xahiş edilmişdir. Lakin "xxxx" MMC-də keçirilmiş hərraclar cavabdehlərin iştirakları olmadan keçirilmiş və həmin əmlakın tələbkar təşkilat tərəfindən balansa götürülməsi barədə hər hansı bir məlumatı olmamışdır. Bu zaman İsmayıllı rayon icra xidməti ipoteka ilə yüklü edilmiş və hərracın yekunları barədə imzalanmış yekun protokolu, fərdi yaşayış sahəsi bank tərəfindən balansına götürüldüyünü gizli saxlamış və əsil həqiqəti bildirməmişdir. Belə ki, əgər bank əmlakını borc əvəzinə götürübsə o zaman ”Xalq bank ASC”-nin İsmayıllı filalının əməkdaşı kimi özünü təqdim edən Orxan adlı şəxs ona zəng edərək ondan bankın hesabına ödənilməmiş qalan vəsaitin ödənilməsini tələb etmişdir. O da məhkəmə qətnaməsindən sonra xx.xx.2023-cü il tarixdə borcundan 4800 manat məbləğində banka ödəniş etmişdir. Onda sual olunur nəyə görə hərracdan sonra banka ödədiyi vəsait hansı hesaba işlənib. Cavabdehlər onu yiyəsiz görüb ona qarşı tam qanunazidd hərəkətlər etmiş və ona qarşı qərəzli yanaşılaraq hüquqlarını kobud surətdə pozmuşdurlar. Onsuz da maddi durumum ağır olduğundan cavabdehlər onu belə hərəkətləri ilə daha da ağır duruma salıblar. Cavabdehlərin tərtib etdikləri hərracın yekunlarına dair protokol və s. hüquqi sənədlər tam qanunsuz və əsassızdır, ona görə də həmin sənədlər ləğv olunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi formal və ya əhəmiyyətsiz pozuntu hesab ediməlidir. Həmçinin mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə hərrac keçirilib və həmin hərracdan xəbərləri olmayıb. "xxxx" tərəfindən ona zəng vurularaq bildirilir ki, 6.020 manat məbləğini ödəyin. xx.xx.2023-cü il tarixdə 4.800 manat məbləğini ödəmişlər və 1.220 manat borcları qalmışdır. Bununla bağlı dəfələrlə onlara zəng olunub. Daha sonradan məlumatları olub ki, ev satılıb, balansa götürülüb və bundan məlumatları olmayıb. "xxxx" ASC-nin nümayəndəsi bildirir ki, bildirişi almışlar, lakin bildirişdə öz imzası yoxdur. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2017-ci ilin tutmanın əmlaka yönəldilməsinə dair məhkəmə qətnaməsi qüvvəsini alıbsa bunun da nəticəsi hərraca çıxarılması olmalı idi. İşin nəticəsi və məhkəmə qətnaməsinin qüvvəsini alması barədə iddiaçının məlumatı olub. İcra şöbəsi qanun çərçivəsində işini görüb və evi satıb. İpoteka qoyan iddiaçının atası olub və o da vəfat etmişdir. Borc alan isə iddiaçının qardaşı olub. Ödəniş aparılana qədər hesablamalar gedir və sistem tərəfindən hesablanılır. Evin 12.750 manata satılması və 6.023 manat öhdəliyin olması ilə bağlı qeyd edir ki, atanın adına açılmış hesabda fərq indiyə qədər qalır və vərəsəlik müəyyən ediləndən sonra həmin məbləğ çıxarılacaq. Ailənin ödədiyi pullar dəbbə, faiz və s. görə hesablanılıb və bank ona görə həmin pulu götürüb, lakin evin satışından əldə olunan pulun qalığı vəfat etmiş şəxsin adındadır və vərəsəlik müəyyənləşəndən sonra həmin məbləğ qaytarılacaq. Borc olub, ipoteka predmeti olub və bankın balansına keçirilib. Əmlak hazırda bankın balansındadır və 2021-ci ildə çıxarış alınıb. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X24 bildirmişdir ki, evə dair 3 dəfə hərrac keçirilib. İlkin olaraq 15%, sonra 25 %-lə banka təklif olunub və bank balansına götürüb. xx.xx.2021-ci il tarixdə saat 11:00-da birinci hərrac keçirilib və alıcı olmadığına görə hərrac baş tutmayıb. xx.xx.2021-ci il tarixdə ikinci sonuncu hərrac keçirilib, 3-cü də isə 25% aşağı qiymətlə banka təklif olunub. Hərraclarla bağlı bildiriş göndərilib və qəzetdə elan da yerləşdirilib. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 68,3 kv.m yaşayış, 43.67 kv.m köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. - İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı icra vərəqəsindən görünür ki, cəmi 6020 (altı min iyirmi) manat 33 (otuz üç) qəpik məbləği X5 alınaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına ödənilməsi, 6020 (altı min iyirmi) manat 33 (otuz üç) qəpik məbləği xx.xx.2013-cü il tarixli **********07113/1 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, AR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa uyğun olaraq İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən, X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********52-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydə alınmış 1 mərtəbəli, 111,97 kv.m ümumi, 68,3 kv.m yaşayış və 43,67 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi, X8 mülkiyyətində olmaqla ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi, X16, X18, X4, İddiaçı Hüseyn oğlu və X12 tutma ipoteka qoyulmuş evə yönəldikdən və ev hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində fərdi yaşayış evini tərk etmədikdə evdən çıxarılması qət edilmişdir. - Cavabdeh1 16 aprel 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(037)-19/2017 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. - “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 01 №-li bildirişdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi üzrə İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə dair hərracın ilkin satış qiyməti 20000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. -“Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 02 №-li bildirişdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi üzrə İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə dair hərracın satış qiyməti 17000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-da keçirilməsi təyin edilmişdir. -"xxxx" MMC tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı, digərlərinə və "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair 20 mart 2021-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 12750 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 37/09 №-li 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi dəyəri 12750 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. - İsmayıllı rayon Məhkəməsinin e-2(037)-9/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 iddiaçı xxxxnın xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 535 manat məbləğində peniya və 53.41 manat dövlət rüsumu və 0.40 manat çəkilmiş xərc olmaqla, ümumilikdə cəmi 3394.22 (üç min üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləği tutulması qət edilmişdir. -19 oktyabr 2023-cü il tarixli nəğd mədaxil qəbzindən görünür ki, İddiaçı ASC X28 filialına 4800 (dörd min səkkiz yüz) manat ödəniş etmişdir. -ASC "xxxx" tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli BO-XO- 20.2.2024-001 saylı arayışdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-9/2023 saylı qətnaməsi üzrə X7 ASC “Xalq” Bankının qarşısında təmin olunmuş borcu 3394.22 manat təşkil etmişdir, o cümlədən 2805.41 manat məbləğində zərər, 535 manat məbləğində penya, 53.81 manat məbləğində isə dövlət rüsumu və çəkilmiş xərclər. xx.xx.2023-cü il tarixində X16 tərəfindən 4 800 manat məbləğində ödəniş həyata keçirilmişdir. 3 394.22 manat qeyd olunan qətnamə ilə təmin olunmuş borcun silinməsinə, qalan 1 405.78 manat isə X16 tərəfindən könüllü olaraq ASC “Xalq” Bankı qarşısında xx.xx.2013-cü il tarixli **********07113 №-li Kredit Müqaviləsi üzrə yaranmış, lakin qətnamə ilə təmin olunmamış borcun (1 360.54 manat penya və 45.24 manat rüsum borcu) silinməsinə yönəldilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 iyul 2024-cü il tarixli 4/502 sayllı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X1 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)" yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)” yazıları qarşısında, X6 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (eltisi)" yazıları qarşısında; X10 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini) yazıları qarşısında, X9 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (qardaşı arvadı) yazıları qarşısında; X6 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (eltisi) yazıları qarşısında; X10 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)" yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)" yazıları qarşısnda əks olunmuş imzalar - X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X1 ünvanlanmış 16 fevral 2021-ci il tarixli xəbərnamənin ksrosurətində “Digər qaydada" qrafasında əks olunmuş "İddiaçı" əlyazmaları və imza; X9 ünvanlanmış 16 fevral 2021-ci il tarixli xəbərnamənin kserosurətində "Digər qaydada" qrafasında əks olunmuş "İddiaçı" əlyazmaları və imza; X16 tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, İddiaçı Hüseyn oğluna ünvanlanmış 16 fevral 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada” qrafasında əks olunmuş “Xəlilova Aysu (qızı)" əlyazmaları və imza – X19 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X1 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində.İddiaçı Hüseyn oğluna ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X6 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X10 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X9 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X6 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X10 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində, İddiaçı Hüseyn oğluna ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada" qarfalarında əks olunmuş “Xəlilova Rüxsarə” əlyazmaları - X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli 4/1657 sayllı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X1 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)” yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)” yazıları qarşısında, X6 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (eltisi)” yazıları qarşısında; X10 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini) yazıları qarşısında, X9 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (qardaşı arvadı) yazıları qarşısında əks olunmuş imzalar; X6 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada Xəlilova Rüxsarə (eltisi) yazıları qarşısında; X10 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)” yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)” yazıları qarşısndakı imzalar - X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X1 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, İddiaçı Hüseyn oğluna ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X6 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X10 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində, X9 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada” qrafalarında əks olunmuş “Xəlilova Rüxsarə” əlyazmaları; X6 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə, X10 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə, İddiaçı Hüseyn oğluna ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada” qrafalarındakı “Xəlilova Rüxsarə” əlyazmaları X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflərin nümayəndə və nümayəndə-vəkilinin izahatları, iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı icra vərəqəsinə əsasən, X5 6020,33 manat alınaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına ödənilməli, borcun İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmaqla yönəldilməsi, X8 mülkiyyətində olmaqla ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, X16, X18, X4, İddiaçı Hüseyn oğlu və X12 tutma ipoteka qoyulmuş evə yönəldikdən və ev hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində fərdi yaşayış evini tərk etmədikdə evdən çıxarılmalıdır. Qeyd olunan qətnamə - icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon icra şöbəsinə yönəldilmiş və 16 aprel 2018-ci il tarixdə icraata başlanılmışdır. İsmayıllı rayon icra şöbəsi xx.xx.2021-ci il tarixli 83882\18-45-1 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə ipoteka predmeti olan əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. Qeyd olunan məktuba əsasən "xxxx" MMC tərəfindən əmlakın ilkin satış qiyməti 20000 manat olmaqla xx.xx.2021-ci il tarixdə ilkin hərrac, satış qiyməti 17000 (15% daha az) manat olmaqla 19 mart 2021-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin 20 mart 2021-ci il tarixli məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 12750 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş, sonuncu tərəfindən əldə olunmuşdur. Bununla razılaşmayan iddiaçı hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsızlığı ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdə hərracın keçirilməsindən məlumatlı olmamış və hərracların keçirilməsində iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuş, hərracların keçirilməsində borcluların məcburi iştirakı imperativ şərt kimi göstərilməmişdir. Məhkəmə tərəfindən iş materialları ilə ”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının, habelə icra sənədi üzrə digər borcluların icra vərəqəsində qeyd edilən ünvanı (İddiaçı hazırki iddia ərizəsində də eyni ünvanı göstərmişdir) üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 09 fevral 2021-ci il tarixli 235 №-li, 10 mart 2021-ci il tarixli 239 №-li və 30 mart 2021-ci il tarixli 241 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının vəsatətinə əsasən açıq hərracın keçirilməsi barədə bildirişlərin çatdırılmasına dair xəbərnamələrdə olan imza və yazılara dair məhkəmə-xətşünaslıq və əlavə məhkəmə-xətşünaslıq ekspertizaları keçirilmişdir. Ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, X1 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)" yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)” yazıları qarşısında, X6 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (eltisi)" yazıları qarşısında; X10 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini) yazıları qarşısında, X9 ünvanlanmış 09 aprel 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (qardaşı arvadı) yazıları qarşısında əks olunmuş imzalar; X6 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada Xəlilova Rüxsarə (eltisi) yazıları qarşısında; X10 ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamənin kserosurətində “Digər qaydada Xəlilova Rüxsarə (gəlini)" yazıları qarşısında, İddiaçı Hüseyn oğluna ünvanlanmış 20 mart 2021-ci il tarixli xəbərnamədə “Digər qaydada Xəlilova Rüxsarə (yoldaşı)" yazıları qarşısnda əks olunmuş imzalar – iddiaçının həyat yoldaşı, X13 tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə hərracın keçirilməsinə dair işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı, "xxxx" MMC hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək (bildirişin çatdırılması barədə qəbzi şəxsən onun özünə imzalatmaq) və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı icra sənədində adları qeyd edilən şəxslərə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi əsasında cavabdehlərin, o cümlədən hazırki iş üzrə İddiaçı yaşadığı İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 manat olmaqla açıq hərracda satılması qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə (xx.xx.2021-ci il) hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq ipoteka predmeti olan əmlaka dair ilkin hərrac (02 mart 2021-ci il) və təkrar hərrac (19 mart 2021-ci il) təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya, habelə digər borclulara müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Qanunvericiliklə ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə ilkin və təkrar olmaqla iki hərracın keçirilməsi imkanı, ilkin və təkrar hərrac baş tutmadığı halda əmlakın ilkin satış qiymətinin ardıcıl olaraq 15 % və 25 % azaldılması və təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hazırki mülki iş üzrə İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən 20 mart 2021-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq tələbkar ASC "xxxx"-a təklif olunmuş və sonuncu tərəfindən əldə olunmuşdur. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Həmçinin məhkəmə tərəfindən ASC “Xalq” Bank İsmayıllı filalına ödənilmiş 4800 (dörd min səkkiz yüz) manat pul məbləğinin banka olan hansı borcun silinməsinə yönəlməsi barədə məlumatları əks etdirən arayışın təqdim edilməsi məqsədilə xx.xx.2024cü il tarixli e-2(005)-646/2024 saylı sübutların təmin edilməsi qərardadı qəbul edilmiş və icra edilməsi üçün göndərilmişdir. Qərardadın icrası olaraq, ASC "xxxx" tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli BO-XO-20.2.2024-001 saylı arayışla müəyyən olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-9/2023 saylı qətnaməsi üzrə X7 ASC “Xalq” Bankının qarşısında təmin olunmuş borcu 3394.22 manat təşkil etmişdir, o cümlədən 2805.41 manat məbləğində zərər, 535 manat məbləğində penya, 53.81 manat məbləğində isə dövlət rüsumu və çəkilmiş xərclər. xx.xx.2023-cü il tarixində X16 tərəfindən 4800 manat məbləğində ödəniş həyata keçirilmişdir. 3394.22 manat qeyd olunan qətnamə ilə təmin olunmuş borcun silinməsinə, qalan 1405.78 manat isə X16 tərəfindən könüllü olaraq ASC “Xalq” Bankı qarşısında xx.xx.2013-cü il tarixli **********07113 №-li Kredit Müqaviləsi üzrə yaranmış, lakin qətnamə ilə təmin olunmamış borcun (1360.54 manat penya və 45.24 manat rüsum borcu) silinməsinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan ödəniş İddiaçı tərəfindən deyil, X16 tərəfindən ödənilmiş, onun böyük hissəsi İsmayıllı rayon Məhkəməsinin e-2(037)-9/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə X7 borcunun ödənilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İsmayıllı şəhəri, Məhsəti küçəsi ev 20 ünvanında yerləşən əmlakın açıq hərracdan satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməli, ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər xxxx, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC–i tərəfindən mərhum atası X10 məxsus olan İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 də yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, İddiaçı 276 (iki yüz yetmiş altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər xxxx, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC–i tərəfindən mərhum atası X10 məxsus olan İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 də yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 276 (iki yüz yetmiş altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-87/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-87/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver