Məhkəmə qərarları › İş №2(008)-4640/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4640/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4640/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Aqrarkredit" QSC BOKT cəlb edilməklə “hərracın baş tutmaması barədə elanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 barədə keçirilmiş hərracın baş tutmaması barədə elanın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Rüstəmova (İmanova) Roza Əsgərovna, X9 və Məmmədova (Əjdərzadə) Samirə Məhəmməd qızına qarşı "ipotekaya qoyulmuş mənzilə tutma yönəldilməsi və kredit borcunun tutulması" tələbinə dair iddiası qismən təmin edilərək, Rüstəmova (İmanova) Roza Əsgərovnadan xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə 40649 manat əsas borc, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 40749 manat borc, xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə 73222 manat əsas bore, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 73322 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40749 manat borc "xxxx" ASC-yə ipotekaya qoyulmuş ünvan 2ylı evin 17 saylı mənzilinə yönəldilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 73322 manat borc ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ünvan 2ylı evin 17 saylı mənzilinin ilkin satış qiymətinin 68*** manat və ünvan 1 ünvanında yerləşən evin ilkin satış qiymətinin 15***0 manat müəyyən edilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsaitin cavabdeh Rüstəmova (İmanova) Roza Əsgərovnanın banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin ödənilməsini təmin etmədiyi halda qalıq borcun Rüstəmova (İmanova) Roza Əsgərovnadan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi, 7 saylı evin 17 saylı mənzili və ünvan 1 ünvanında yerləşən ev satıldıqdan bir ay sonra mənzillərin boşaldılması, Məmmədova (Əjdərzadə) Samirə Məhəmməd qızının ünvan 3 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması, X6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə çıxarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru Vüqar Əliyev də hüquqlarının pozulması işini davam etdirərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası üçün verilmiş icra sənədi üzrə icra hərəkətlərini, icraata başlamaq haqqında qərarın surətini ona göndərmədən həyata keçirmişdir ki, nəticədə onun məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Belə ki, icraçı qərarın surətini ona göndərmədiyindən, həmin qərarı məhkəmə qaydasında mübahisələndirə bilməmişdir. Eyni zamanda qərarın ona təqdim edilməməsi səbəbindən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən də xəbərsiz olmuş və həmin qətnamənin ləğv edilməsi üçün vaxtında məhkəməyə təkrar müraciət hüququnu həyata keçirə bilməmişdir. Eyni səbəbdən icra hərəkətlərinin təxirə salınması üçün müraciət etmək hüququnu da həyata keçirə bilməmişdir. O, həmin mənzildə yaşamasa da, qonşularından eşidib bildiyinə görə, son günlər mənzilinin yerləşdiyi binaya müxtəlif şəxslər gəlir, mənzilin alınmasında maraqlı olduqlarını bildirirlər. Gələnlərin deməsinə görə, mənzil cavabdeh hərracın təşkilatçısı tərəfindən 2023-cü ilin sonlarında açıq hərraca çıxarılmış və hərracın təşkilatçısı hərracın baş tutmamasını elan edərək, mənzili xx.xx.2024-cü il tarixə təkrar hərraca çıxarmışdır. Bildirir ki, ona hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. Bundan başqa, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə qanunun bu tələblərinə riayət etməmişdir. Ona hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi mənzilinin ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılması ilə nəticələnmişdir. Eyni zamanda hərracdan xəbərsiz olduğu üçün ipoteka predmetini ilkin satış qiymətilə alınması üçün ipoteka saxlayanla danışıqlar da apara bilməmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia tələbinin predmeti olan ünvan 4 ünvanında yerləşən mənzil və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verildiyindən və hazırki tələb üzrə cavabdeh "xxxx" ASC qeyd edilən iddiaya cavab verməli şəxs olmadığından cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4640/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Aqrarkredit" QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia müddətinin tədbiqi barədə məhkəməyə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65.30 kv metr olan mənzil Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Problemli kredit aktivi kimi ünvan 5 ünvanında yerləşən mənzil və ona dair bütün hüquqlar xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsi, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi" barədə iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin icraatında olmuş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır. Burdan məlum olur ki, İddiaçı hərracın nəticələri barədə protokoldan və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı əsasənda mənzilin Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına keçməsindən məlumatlı olmuşdur. İddiaçı hərracın yekunları barədə protokoldan xx.xx.2024-cü il tarixdə məlumatı olmuş və iddia müddətinin axımı da həmin vaxtdan başlanmışdır. İpoteka haqqında qanuna əsasən, hərracın yekunları barədə ipoteka saxlayan tərəfindən imzalanan protokol müqavilə qüvvəsinə malikdir. Əqdlərin etibarsızlığı üzrə iddia müddəti bir il təşkil edir və iddiaçı hazırki iddia üzrə iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, qanunla müəyyən ediİmiş bir illik iddia müddətini ötürmüşdür. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC BOKT iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, cavabdeh X11 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40.749.0 manat məbləğində pul vəsaitin tutulması, borc tələbinin Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satıldıqdan bir ay sonra boşaldılması və s. qət edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASCnin problemli aktivlər üzrə tələb hüquqları, o cümlədən X12 kredit borcu üzrə tələb hüquqları 19 noyabr 2018-ci il tarixli, S-FK-1526 nöməli təhvil-təslim aktı ilə "Aqrarkredit QSC-yə ötürülmüş, ipoteka predmeti olan Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzil açıq hərracda satılmadığı üçün borc əvəzinə artıq tələbkar olan "Aqrarkredit QSC tərəfindən əldə edilərək onun üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı "X8 MMC və "xxxx" QSC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq əvvəllər ona məxsus olmuş ipoteka predmeti mənzilin açıq hərracda satılmasına dair xx.xx.2018-ci il tarixli, 114/1 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunlarına dair həmin tarixli əmlakın alqı-satıqısı barədə müqavilənin etibarsız hesab edilməsini, həmçinin bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2693/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 iddia tələbi təmin edilmiş, hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satıqısı barədə müqavilənin etibarsız hesab edilərək, Dövlet Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmuşdir. Həmin qətnamə 23.06 2020-ci il tarixdə qüvvəyə minmişdir. Buna görə də iddiaçının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən xəbərsiz olmasından ibarət bəyanatı həqiqətə uyğun deyil. İddiaçı hələ 2019-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən artıq Bakı şahari Sabunçu Rayon Məhkəməsinin 2(008)- 624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. İddiaçının hüququ pozulduğu halda o apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti barpa edərək Bakı Apellyasiya Məhkəməsinde birinci instansiya məhkəməsinin qətnaməsini mubahisələndirərdi, lakin o bunu etməmişdir. Bundan əlavə, "xxxx" QSC-nin müraciətinə əsasən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, 252858/19-V saylı sifariş məktubu ile ipoteka predmeti təkrar olaraq hərraca çıxarılmış, iddiaçı isə xx.xx.2023-cü tarixli ərizə ilə "xxxx" QSC-yə müraciət edərək hərraca çıxarılmaqda olan mənzilinin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2693/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvəyə mindiyi tarixdən ipoteka predmetinin təkrarən hərraca çıxarılmasınadək 3 ildən artıq vaxt keçmişdir. Həmin müddət ərzində iddiaçı mənzilin hərracdakı 68.***, manat ilkin satış qiymətilə yox, X12 əvəzinə 40.749.0 manat məbləğində pul vəsaiti birbaşa "Aqrarkredit QSC-yə, yaxud Sabunçu rayon icra şöbəsinin depozit hesabına ödəyib ipotekanı ve əsas borc üzrə tələb hüququnu öz adına keçirə bilərdi. Bunundan başqa, iddiaçının "Aqrarkredit QSC-yə olan ərizəsindən görünür ki, iddiaçı ipoteka predmetinin hərraca çıxarılması barədə məlumatlı idi. Həmçinin cavabdeh Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görmək olar ki, bütün bildirişlər iddiaçıya göndərilmişdir. İddiaçının həmin mənzildə yaşamaması iddiasına gəlincə yuxarıda qeyd olunan ərizədə iddiaçı özü həmin mənzildə yaşamasını qeyd edir və bu halı təkzib edən və eyni zamanda bu istinad etdiyi halı təsdiq edan heç bir sübutu məhkəməyə iddiaçı tərəfindən təqdim etməmişdir. Bundan əlavə AR DİN-nin xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki iddiaçı bu günə kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzildə qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bununla da iddiaçının hərracın keçirilməsi barədə bildirişin ona göndərilməməsi və buna görə də ipoteka predmetinin ilkin satış qiyməti ilə alınması üçün ipoteka saxlayanla (yəni "xxxx" QSC ilə) danışıqlar apara bilmədiyi, eyni zamanda ünvan 6 ünvanda yaşamaması iddiaları da həqiqətə uyğun deyil. Həmçinin bildirir ki, iddiaçı 2024-cü il ərzinde iki dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hazırkı tələbləri irəli sürərək iddia qaldırmış, hər dəfə məhkəmə iclasının müxtəlif bəhanələr gətirərək təxirə salınmasını xahiş edərək vaxtın uzadılmasına nail olmuş, sonradan isə məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1518/2024 nömrəli ve xx.xx.2025-ci il tarixli, 2(008)-355/2025 qərardadı ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. AR MM-nin 354.2-ci maddesine asasan iddiaçı iddia müddətini ötürmüşdür. AR MM 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi mehkemenin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını istəmədiyini, iddia ərizəsini və sənədləri geri götürmək istədiyini, iddiası əsasında 2(008)- 4640/2025 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin "xxxx" QSC BOKT-un nümayəndəsi X5 iddiaçının işin baxılmamış saxlanılması barədə təqdim etdiyi ərizənin rədd edilməsini, işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxaraq, yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər "xxxx" MMC-nə, Sabunçu Rayon İca və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işin baxılmamış saxlanılması barədə və cavabdeh "xxxx" ASCnin nümayəndəsinin işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsinə dair ərizələrə ayrılıqda baxaraq hesab edir ki, işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşdən göründüyü kimi cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırki halda iddianın baxılmamış saxlanılması mümkün deyil. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2(008)-624/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Rüstəmova (İmanova) Roza Əsgərovnadan xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə 40649 manat əsas borc, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 40749 manat borc, xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə 73222 manat əsas borc, 0 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 73322 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40749 manat borcun "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi 7 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, Rüstəmova (İmanova) Roza Esgerovnadan iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzre tutulacaq ümumilikde 73322 manat borc ünvan 7 ünvanında yerləşən mənzillərə yönəldilməsi, ünvan 8 saylı evin 17 sayli mənzilinin ilkin satış qiyməti 88*** manat va ünvan 7 ünvanında yerləşen evin ilkin satış qiymətinin 150 *** manat müəyyən edilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait cavabdeh Rüstəmova (İmanova) Roza Əsgərovnanın banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, İpoteka predmetinin satışından alde olunmuş vesait borcun ödənilməsini təmin etmədiyi halda qalıq borc Rüstəmova (İmanova) Roza Əsgərovnadan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, İpoteka predmeti olan ünvan 8 say evin 17 saylı manzil və ünvan 7 Ünvanında yerləşən ev satıldıqdan bir ay sonra mənzillərin boşaldılması, X3 ünvan 9 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması qət edilmişdir. Mülki iş üzrə qətnamə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan 2(005)-2693/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 114/1 saylı, xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında protokol və xx.xx.2018ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəməyə Sabunçu rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin qovluğundan və Cavabdeh2 tərəfindən tədim edilmiş materiallardan görünür: «X4”-nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən iki dəfə hərrac keçirilmişdər – xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə. Həmin hərracın keçirilməsinə dair 2293/23 və 1509/23 №-li bildirişlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı elanlar «Birja yenilikləri» qəzetində dərc edilmiş, bildirişlər iddiaçının ünvanına (ünvan 10öndərilmişdir. Təqdim edilmiş reyestrlərin və xəbərnamələrin sürətindən bu fakt öz təsdiqini tapmışdır. Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2024-cü il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzilini təkrar harracdakı satış qiymətindən (təkrar hərracda satış qiymati 57.800 25 faiz az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. “Aqrarkredit" QSC BOKT xx.xx.2024-cü il tarixli ərizəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzilini təkrar harracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, 43350 manata alınmasına razılıq bildirmişdir. Açıq hərracın Yekunları barədə 27/24 nömrəli xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzil “Aqrarkredit" QSC BOKT tərəfindən alınaraq dövlət reyestrinə daxil edildiyindən ipotekaya xitam verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzil Yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, bakıxanov qəsəbəsi, nəriman Nərimanov küçəsi, giriş 33, M1, m2 “Aqrarkredit" QSC BOKT-un tam mülkiyyətindədir. Sonradan İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzildə halhazırda əlil qardaşı və onun qızı yaşadığından evin boşaldılması üçün ona may ayının sonuna qədər vaxt verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsi barədə “X4”-nın nəzdində yaradılmış Cavabdeh2 MMC-nin keçirilmiş hərraclarla əlaqəli bildirişləri və sənədləri İddiaçı rəsmi şəkildə göndərilmişdir. Bu da borclu İddiaçı hərracın keçirilməsindən xəbərdar olduğuna əsas verir. Göründüyü kimi hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, iddiaçı qətnamə və evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, «MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur». Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatldırılması ilə şərtləndirilmir. Hazırki işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır. Məhkəmə cavabdeh "xxxx" ASC-nin müddətin tətbiq olunması barədə ərizəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə iddia müddəti şamil edilmir. Çünki, hazırki iddia tələbi mülkiyyət hüququndan irəli gəldiyindən mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Bundan başqa əqdlərin etibarsız hesab edilməsi ilə bağlı müddətlər iddia müddəti deyil, kəsici müddət hesab edilir və kəsici müddətlərin tətbiqi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən asılı deyil, yəni bu müddətlərə məhkəmə tərəfin tələbin asılı olmayaraq baxılaraq hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olsa da bütövlükdə tələb yuxarıda qeyd edildiyi kimi mülkiyyət hüququ ilə bağlı olduğundan belə tələblərə kəsici müddətlər şamil edilmir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Məcəllənin 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri Sabunçu Rayon İcra Və Probasiya Şöbəsi, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Aqrarkredit" QSC BOKT cəlb edilməklə “hərracın baş tutmaması barədə elanın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar