Məhkəmə qərarları › İş №2(005)-2963/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2963/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2963/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.000 (on səkkiz min) manat məbləğində əsas borc, 2.506,50 (iki min beş yüz altı manat əlli qəpik) manat məbləğində əldən çıxmış fayda və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 20.536,50 (iyirmi min beş yüz otuz altı manat əlli qəpik)manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Cavabdeh1 göstərişi ilə X14 baldızı X15, Cavabdeh2 və “X24” Açıq Səhmdar Cəmiyyətinin birgə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazonov küçəsi, döngə 1, dalan 5 ünvanında ilkin olaraq 3 mərtəbə, üstü mansard 33 mənzildən ibarət bina inşa etdirilməyə başlandı. Cavabdeh1 məsləhəti ilə X27, baldızı X1 nümayəndəsi kimi binanın tikilməsində və mənzillərin satışı ilə bağlı bütün işlərin aparılması tapşırılmışdır. O da digər sakinlər kimi satış müdiri olan X21 yaxınlaşdı, tikilinin şərtləri ilə maraqlandıqdan sonra şərtlər onu qane etdiyinə görə oradan mənzil almaq qərarına gəlmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5 ünvanında inşa aparılan 1 nömrəli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasından, dəyəri 18.000 (on səkkiz min) manat olan 29 kv.metr, 31 nömrəli mənzilə görə xx xxxxxx 2017-ci il tarixli 11/15 nömrəli müqavilə bağlayaraq, 18.000 (on səkkiz min) manat məbləğində pul vəsatini şəxsən ödəmişdir. Ona həmin pulun dəyərində olan mənzil üçün müqavilə və borcumun olmaması barədə maliyə arayışı təqdim edilmişdir. Sonradan 33 mənzilli binadan digər sakinlər iki evi alıb birləşdirdiyi üçün mənzilin sayı 30 olmuşdur. Beləliklə, ona verilən mənzil 31 mənzil 27-yə dəyişərək müqavilədə dəyişiklik etdilər. Beləliklə o təmir işlərini apara bilməsi üçün mütəmadi olaraq alaçağı evlə maraqlanırdı. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və “Unibank” X33 Səhmdar Cəmiyyəti əlbir olub öz çirkin oyunlarına onların min bir zülmlə qazanıb aldıqları evləri qurban ediblər. Müqavilə əsasında aldığı evə Cavabdeh1 evini təmir edib yaşamağına imkan vermədi. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən və ondan aldıqları pulları qaytarmadıqlarından, onların barəsində şikayət edildi, cavabdehlərin ona və qeyrilərinə qarşı hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlıqları kimi qiymətləndirilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 313, 32.4, 313-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Cinayət işinin ibtidai istintaq zamanı və iş məhkəmədə baxılan ərəfədə cavabdehlər ona vurduğu maddi ziyanın ödənilməsini təmin etməmişlər. Cinayət işi məhkəmədə baxılan zaman ona dəymiş maddi ziyanla bağlı cavabdehlərə mülki iddia verməmişdir. Göründüyü kimi, X14 xx xxxxxx 2017-ci ildə ondan 18.000 (on səkkiz min) manat məbləğində pul alması və həmin pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisinə istifadə etməklə, bu günədək ona qaytarmamaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X27, Cavabdeh1 və Cavabdeh2 oğu haqqındakı xx xxxxxx 2020-ci il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. Bundan əlavə, cavabdehlərin ondan aldıqları 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitindən özü istifadə etməklə bu üç ilə yaxın müddət ərzində 4.000-5.000 manat məbləğinə pul qazana bilərdi. Lakin, cavabdehlərin vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığından istifadə edib, onun pulunu ələ keçirməklə və vaxtında qaytarmamaqla onu bu imkandan nəinki məhrum etmiş, həmçinin həmin pulu hər hansı bankın depozitinə qoymaq, heç olmazsa Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 5% illik bank uçot dərəcəsi miqdarında, yəni ən azından 2.506,50 (18.000 x 5 % = 900: 18.900 x 5% = 945: 19.845 x 5%: 12 x 8 = 661,50: 900 + 945 + 661,50 = 2.506,50) manat gəlir əldə etməkdən onu məhrum etmişlər. Həmçinin, cavabdehlərin ona vurduqları maddi ziyanı vaxtında və mübahisəsiz ödəməməklə, onu əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu və özünə vəkil tutmaq, vəkilə xidmət haqqı ödəmək məcburiyyətində qoymuşdur. Ona görə də, o cavabdehlərdən ona olan 18.000 (on səkkiz min) manat məbləğində əsas borcun, 2.506,50 (iki min beş yüz altı manat əlli qəpik) manat məbləğində əldən çıxmış faydanın, ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 20.536,50 (iyirmi min beş yüz otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq qaytarılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxxx” Mənzil Tikinti Şirkəti-şirkət ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli N-11/15 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, şirkətə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təklif edir (1.1-ci bənd). Şirkət inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təhvil verməyi öhdəsinə götürür (2.1-ci bənd). Mənzilin ümumi sahəsi 29 kv.metr olmaqla bir otaqdan ibarətdir, mənzilin dəyəri 18.000 (on səkkiz min) manat təşkil edir (2.2-ci bənd); “xxxxx” Mənzil Tikinti Şirkəti-şirkət ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, şirkətə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 27 nömrəli mənzili payçıya təklif edir (1.1-ci bənd). Şirkət inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 27 nömrəli mənzili payçıya təhvil verməyi öhdsinə götürür (2.1-ci bənd). Mənzilin ümumi sahəsi 34 kv.metr olmaqla bir otaqdan ibarətdir, mənzilin dəyəri 20.400 (iyirmi min dörd yüz) manat təşkil edir (2.2-ci bənd); “xxxxx” Mənzil Tikinti Şirkətinin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmmədov Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzilin dəyərini İddiaçı tərəfindən tam ödənilmiş və onun borcu qalmamışdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmünün surətindən və məzmunundan görünür ki, təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyrikommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələrin ilə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs X14 cəzasının əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs X14 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4-cü, 313-cü maddələri ilə təqsirli bilinərək, 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, təqsirlənidirilən şəxs Cavabdeh1 münasibətdə hökmün icrasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, təqsirlənidirilən şəxs Cavabdeh1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirlənidirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, təqsirlənidirilən şəxs Cavabdeh2 münasibətdə hökmün icrasının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi, təqsirlənidirilən şəxs Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddiaçı X8 mülki iddiasının baxılmamış saxlanılması, mülki iddiaçı X7 mülki iddiasının təmin edilməsi, X13 36.000 (otuz altı min) manat məbləğində pul vəsaitinin tutularaq X12 ödənilməsi, mülki iddiaçı Hacıdəmirəli Əli Əlövsət oğlunun mülki iddiasının təmin edilməsi, X13 14.400 (on dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin tutularaq Hacıdəmirəli Əli Əlövsət oğluna ödənilməsi, mülki iddiaçı X6 mülki iddiasının qismən təmin edilməsi, X13 15.840 (on beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq X9 ödənilməsi, mülki iddiaçı X6 iddiasının qalan hissədə təmin edilməməsi, mülki iddiaçı X2 mülki iddiasının qismən təmin edilməsi, X13 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq X3 ödənilməsi, mülki iddiaçı X2 iddiasının qalan hissədə təmin edilməməsi, mülki iddiaçı X16 mülki iddiasının qismən təmin edilməsi, X13 9.721 (doqquz min yeddi yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin tutularaq X22 ödənilməsi, mülki iddiaçı X16 iddiasının qalan hissədə təmin edilməməsi, mülki iddiaçı “X26” Açıq Səhmdar Cəmiyyətinin mülki iddiasının təmin edilməsi, X13 64.416,20 (altmış dörd min dörd yüz on altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq “X26” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə maddi sübutlar - 01 ədəd CD disk, “Bakı Nyus Servis” və “X35” fərdi tikinti şirkətinin möhürləri, alqı-satqı müqavilələri, ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 104 (bir yüz dörd) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslər X13, X10 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, təqsirləndirilən şəxs Cavabdeh2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 nömrəli Vəkil Bürosunun vəkili X17 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat məbləğində xidmət haqqının ödənilməsi, təqsirləndirilən şəxs X21 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhər 11 nömrəli Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat məbləğində xidmət haqqının ödənilməsi, xidmət haqqının ödənilməsinin icrasının Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli 1(103)- 520/2020 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmündən məhkum BəşirovRamiz Bəşir oğlunun müdafiəçiləri X25 və X18 tərəfindən ayrı-ayrılıqda verilmiş, məhkum Cavabdeh1 müdafiəçisi X19 tərəfindən, zərərçəkmiş şəxs Hacıdəmirli Əli Əlövsət oğlu tərəfindən, məhkum Cavabdeh2 və onun müdafiəçisi X23 tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmünün dəyişdirilməsi, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmünə əsasən X14 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmünün təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 dair hissədə ləğv edilməsi, təqsirləndirilən şəxslər Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü, 313-cü maddələri ilə və Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxx” Mənzil Tikinti Şirkəti-şirkət ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli N-11/15 nömrəli mənzil tikinti haqqında müqaviləyə əsasən şirkətə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təklif edir. Şirkət inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təhvil verməyi öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 29 kv.metr olmaqla bir otaqdan ibarətdir, mənzilin dəyəri 18.000 (on səkkiz min) manat təşkil edir. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun şirkətə müvafiq mənzilə dair borcu qalmamışdır. Bu barədə payçıya şirkət tərəfindən müvafiq maliyyə arayışı təqdim edilmişdir. “xxxxx” Mənzil Tikinti Şirkəti-şirkət ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mənzil tikinti haqqında müqaviləyə əsasən payçıya verilən 31 nömrəli mənzil 27 nömrəli mənzilə dəyişdirilərək müqavilədə dəyişiklik edilmişdir. Məhkəmə baxışında mövcud sübutlarla həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 313, 32.4, 313-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə iddia tələbinin “18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 567-ci maddəyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia ərizəsinin “18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən payçı tərəfindən mənzilə görə ödənilmiş 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə yalnız iddiaçı şəxs tərəfindən müqavilə üzrə ödənilmiş pul məbləği tutulmalı, iddia ərizəsi qeyd edilən qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “2.506,50 (iki min beş yüz altı manat əlli qəpik) manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası ödənilmiş pul vəsaitinin tutulması hissəsində əsaslıdır, iddiaçı iddia tələbinin qeyd edilən hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilə üzrə ödənilmiş 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar